Kainat uca Allah`ın "Ol" əmri ilə bir anda yaradılmışdır. Ancaq belə qısa müddətdə yaradılmasına baxmayaraq möhtəşəm zənginliyə və qüsursuz tarazlığa malikdir. Bütün kainatı Allah`ın yaratması insanlar üçün böyük nemətdir. Çünki bu, sonsuz və üstün ağıl sahibi Allah`ın nəzarətində olduğumuza dəlalət edir.
Kainatımız qüsursuz yaradılışa, mükəmməl və çox mürəkkəb sistemlərə, canlıların yaşamağı üçün lazım olan hər cür şəraitə malikdir. Xüsusilə 20-21-ci əsrin kəşfləri kainatın qüsursuz yaradılış nümunəsi olduğunu bir daha sübuta yetirir. Elmin gəldiyi nəticə kainatı üstün ağıl və sonsuz güc sahibi uca Allah`ın yaratmasıdır.
Müşahidə edilə bilən kainat
Tədqiqatçılar kainatın 13,8 milyard il yaşı olduğunu hesablayırlar. Lakin bu hesablama işıq sürəti və məsafənin nisbətinə əsasən aparıldığı üçün yer kürəsindən yalnız 13,8 milyard işıq ili uzaqlıqdakı məsafəni müşahidə etmək mümkün olur. Bu, okeanın ortasındakı gəmidən yalnız müəyyən məsafəni görməyimizə bənzəyir. Alimlər də teleskopları ilə yalnız 13,8 milyard işıq ili uzaqlığı müşahidə edə bilirlər. "Müşahidə edilə bilən" sözündən də aydın olduğu kimi, bu məsafədən daha uzaq sahənin varlığını hələ bilmirik. Buna görə də həm kainatın yaşı, həm də ölçüləri haqqında daha dəqiq məlumat əldə etməyimiz mümkün deyil. Ancaq bu gün elm sübut edir ki, hələ tam müşahidə edə bilmədiyimiz kainatımız fasiləsiz genişlənir. Digər maraqlı məlumat isə kainatın "Big Bang” və ya “Böyük partlayış" adlandırılan ı partlayışla yoxdan yaradılmasıdır. Bizim hələ müşahidə edə bilmədiyimiz, yaşını belə bilmədiyimiz bu kainat Rəbbimizin əmri ilə qüsursuz tarazlıqlarını qoruyub saxlayır. Uca Allah kainatdakı bu qüsursuz yaradılışı Quranda xəbər verərkən bizə Zatının Ucalığını da xatırladır:
“Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar?” (Ənbiya surəsi, 30)
Super novaların kainatdakı funksiyaları
Nəhəng bir ulduz böyük partlayış nəticəsində özünü məhv edir və hissələri sürətlə ətrafa yayılır. Partlayış zamanı yayılan işıq ulduzun öz parlaqlığından minlərlə dəfə çox olur. Bir ulduzun belə partlayaraq dağılması supernova adlandırılır.
Astronomların tədqiqatlarına əsasən bu partlayışlar parçalanmış hissəcikləri kainatın bir nöqtəsindən başqa nöqtələrinə daşıyır. Hesab edirlər ki, partlayış nəticəsində yayılan ulduz hissəcikləri kainatın başqa yerində toplanaraq yeni ulduzlar və ya ulduz sistemləri meydana gətirirlər. Bu fərziyyəyə əsasən, günəş, planetlər və dünyamız çox qədim zamanlarda baş vermiş supernova partlayışının nəticəsində əmələ gəlmişdir.
Maraqlıdır ki, ilk baxışda adi partlayışa bənzəyən supernovalar, əslində, çox həssas tarazlıqlara malikdir. Maykl Denton (Michael Denton) “Nature's Destiny” adlı kitabında bunu belə qeyd edir:
“Süpernovalar və ulduzlar arasındakı məsafələr çox həssasdır. Qalaktikamızda ulduzlar arasındakı məsafə orta hesabla 30 milyon mildir. Əgər bu məsafə bir qədər az olsaydı, planetlərin orbitləri qeyri-sabit hərəkət edərdi. Əgər çox olsaydı, süpernova nəticəsində meydana çıxan hissəciklər o qədər dağınıq olardı ki, böyük ehtimalla, dünyamıza bənzər planet heç vaxt yaranmazdı. Kainatın yaşamağa əlverişli olmağı üçün, supernova partlayışları ən ideal nisbətdə baş verməli və bu partlayışlar ilə digər bütün ulduzlar arasındakı məsafə müəyyən olunmalıdır. Bu, hal-hazırda mövcud olan məsafədir. (Michael Denton, Nature's Destiny, səh. 11)
Günəş Sistemi
Kainatdakı qüsursuz tarazlıq müşahidə etdiyimiz sistemlərdən biri də günəş sistemimizdir. Günəş sistemində 8 planet və 54 peyk var. Bu planetlərin günəşə uzaqlıqlarına görə Merkuri, Venera, Yer, Mars, Yupiter, Saturn, Neptun və Uran şəklində sıralanır. Bu qədər planet və peyk arasında yaşamaq üçün əlverişli və atmosferə malik olan yeganə planet Yerdir.
Günəş sistemini tədqiq etdikcə möcüzəvi tarazlıqlarla qarşılaşırıq. Planetləri dondurucu soyuq kosmosa sovrulmaqdan qoruyan Günəşin cazibə qüvvəsi ilə planetlərin mərkəzə qaçma qüvvəsi arasındakı müvazinətdir. Günəş sahib olduğu böyük cazibə qüvvəsi ilə bütün planetləri cəzb edir, onlar isə fırlanma nəticəsində yaranan mərkəzə qaçma qüvvəsi ilə bu cazibədən xilas olurlar. Əgər planetlərin fırlanma sürətləri bir az yavaş olsaydı, onda bu planetlər sürətlə Günəşə doğru irəliləyər və nəticədə böyük partlayışla Günəş tərəfindən udulardı.
Əksinə, əgər planetlər daha sürətlə fırlansaydılar Günəşin cəzbetmə qüvvəsi onları saxlaya bilməyəcək və planetlər kosmosdan sovrulacaqlar. Burada çox həssas tarazlıqla üzləşirik və bu tarazlıq qorunduğu üçün həyat davam edir.
Eyni zamanda qeyd edək ki, hər bir planetin tarazlıq sistemi bir-birindən fərqlənir. Çünki planetlərlə günəş arasındakı məsafələr və planetlərin öz kütlələri müxtəlifdir. Buna görə də, hər bir planet bu amillərə uyğun fırlanma sürətinə malik olmalıdır ki, günəşin cazibə qüvvəsi onları udmasın və ya günəşdən uzaqlaşıb kosmosa sovrulmasınlar. Uca Allah ayəsində yaratdığı bu mükəmməl nizamı belə bildirir:
“Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri (öz) orbiti (ilə) üzüb gedir.” (Yasin surəsi, 40)
Kainatdakı planetlərin hər biri bu möhtəşəm tarazlığın mühüm bir hissəsini təşkil edir. Heç birinin nə kosmosdakı yeri, nə də hərəkət trayektoriyası təsadüfi deyil. Əksinə, hər biri bizə məlum olan və olmayan bütün xüsusiyyətləri ilə müəyyən bir məqsəd üçün yaradılmışlar. Belə ki, kainatdakı nizamı yaradan saysız-hesabsız tarazlıqlardan yalnız birində, planetlərin mövqelərində kiçik dəyişiklik olsa bu sistemi darmadağın olar. Ancaq bu tarazlıqlar heç vaxt pozulmur və kainatdakı mükəmməl nizam da heç bir dəyişikliyə məruz qalmadan qorunub saxlanır. Bu, üstün güc sahibi olan Allah`ın qüsursuz yaratmasıdır.
Adnan Oktarın Arab News'in nəşr olunan məqaləsi: