(Bu,) Daha əvvəldən gəlib-keçənlər haqqında (tətbiq olunan) Allahın sünnətidir. Allahın sünnətində qəti olaraq bir dəyişiklik tapa bilməzsən. (Əhzab surəsi, 62)
Yəni bu hər vaxt olar. Bu, münafiqlərin xarakteridir.
Allahın sünnətində qəti olaraq bir dəyişiklik tapa bilməzsən: yəni həmişə bənzəyər. Hz. Mehdi (ə.s), Peyğəmbərimiz (s.ə.v)-ə bənzəyər, Peyğəmbərimiz (s.ə.v) hz. Musa (ə.s)-a, hz. Musa (ə.s), hz. İbrahim (ə.s)-a bənzəyər. Hadisələr bənzəyər, işlər bənzəyər. Az qala bütün peyğəmbərlərin hamısından başının üzərində bir mələk olması istənmişdir. Bir mələk gətirəcəksən deyirlər, biz görəcəyik, sənin peyğəmbərliyinə o zaman iman edərik. Cübbəli nə deyir? "Hz. Mehdi (ə.s)-ın başının üzərində bir mələk olmasını istəyirəm. Onun hz. Mehdi (ə.s) olduğunu söyləsin, o zaman inanaram" deyir. Sanki hz. Mehdi (ə.s) "Gəl mənim Mehdiliyimə inan" deyəcəkmiş kimi. Onsuz da hz. Mehdi (ə.s)-ın belə bir iddiası yoxdur, olmayacaq da.