İzzət Allah qatından verilir
ucgen

İzzət Allah qatından verilir

1791

Axirətə inanmayan və tək həyatının dünya həyatı olduğunu zənn edən insanların böyük bir qismi, dünyada güc, qüdrət və üstünlük tapmağa çalışarlar. Həyatları boyunca bunun ehtirası ilə çalışarlar. Özləri üçün gücün, üstünlüyün və şərəfli olmağın ölçüləri və dəyərləri vardır. Buna görə zəngin olmaq, idarəçi olmaq, sözü keçən olmaq, şöhrət sahibi olmaq lazımdır. Bunlardan birini itirdiklərində isə bütün etibarlarının, qürur və izzətlərinin yerlə bir olduğunu düşünərlər. Halbuki bu çox böyük bir yanılmadır və Allah onların bu yanılmalarını Quranda belə açıqlayar:

Özlərinə güc (izzət) versinlər deyə, Allahdan başqa ilahlara inandılar. Xeyr; (o yalançı ilahlar) onların imanlarını inkar edəcəklər və onlara qarşı gələcəklər". (Məryəm surəsi, 81-82)

Tək güc və izzət sahibi olan Allahdır və Allah gücü və izzəti dilədiyinə verər. Bu səbəbdən, güc və üstünlük əldə etmək üçün Allahdan istəməkdən başqa səbəblər və vasitələr axtaranlar, bunları Allaha ortaq qoşmuş olarlar. Çünki nə malın, nə etibarın, nə də mövqenin insana güc verəcək bir iradəsi yoxdur. Həm də Allah hər insandan bütün bunları bir anda ala bilər. Məsələn, ən üst mövqedəki bir insan bir anda mövqesiz, malsız və etibarsız qala bilər. Çünki hər şeyin tək və gerçək sahibi olan Allahdır.

Allah izzət və qüruru, Özünə dost olan, könüldən bağlı, Qurana uyan qullarına verər. Qurana iman gətirən bir insan, heç bir zaman özünü axirətdə Allahın qarşısında hörmətdən salacaq, onu utandırıb, peşmanlığa sövq edəcək bir əxlaqa və rəftara yaxınlaşmaz. Heç bir insandan qorxub çəkinməz, kimsəyə yaranmaz, kimsənin güc, ya da zalımlığından qorxub çəkinməz. Yalnız Allahı razı salmaq istəyər və yalnız Allahdan qorxub çəkinər. Bu səbəblə heç bir zəifliyi, insanlar qarşısında əzikliyi yoxdur. Mala, zənginliyə, mövqeyə sahib olmasa da Allah onu Öz Qatından köməyiylə güc və şərəf sahibi edər. Belə bir insan eyni zamanda Quran əxlaqını yaşamağın və imanın gətirdiyi üstünlüyü və şərəfi üzərində daşıyar. Allah bunu bir ayəsində belə bildirir:

... Halbuki izzət (güc, şərəf və üstünlük) Allahın, Onun Rəsulunun və möminlərindir... (Munafiqun surəsi, 8)

PAYLAŞIN
logo
logo
logo
logo
logo