Adnan Oktarın 2 yanvar 2010-cu il Qaziantep Olay TV və Kral Qaradəniz TV-dəki reportajından
ADNAN OKTAR: Yasin surəsi gəldi. Şeytandan Allaha sığınıram. Bu da çox sirli bir surədir. "Ataları xəbərdar edilməmiş, beləcə özləri də qafil qalmış bir qövmü xəbərdar etməyin üçün göndərildin". İndi də məsələn, bu dövrdə insanların ataları xəbərdar edilməmişdir. Onsuz da bizdən bir əvvəlki nəsil darvinist idi. Bütün dünyada elədir. Bir tək Türkiyə bu mövzuda möhkəmdir. Bir əvvəlki nəsil darvinizmin dəryazından keçdilər. Yəni atalarımız bir əvvəlki nəsildir. Bax, "ataları xəbərdar edilməmiş, beləcə özləri də qafil qalmış bir qövmü xəbərdar etməyin üçün göndərildin". "And olsun onların çoxu üzərinə o söz haqq olmuşdur, artıq inanmazlar". Yəni Allah artıq onların hökmünü vermişdir . "Həqiqətən, biz onların boyunlarına çənələrinə qədər uzanan halqalar keçirdik, buna görə başları yuxarı qalxmış vəziyyətdədir". Yəni eqoizm və qürurdan baş az qala geriyə yapışacaq. "Sən ancaq zikrə (Qurana) iman edəni və qeyb ilə Rəhman olan Allaha qarşı içi titrəyərək qorxu duyan kimsəni xəbərdar edərsən. Məhz beləsini bağışlanma və üstün bir əcrlə müjdələ". Allah qorxusu hər şeyin başıdır. Allahdan qorxursa, sən onu xəbərdar edə bilərsən deyir. "Ataları xəbərdar edilməmiş, beləcə özləri də qafil qalmış bir qövmü xəbərdar etməyin üçün (göndərildin)". Həm də Mehdi (ə.s)-a işarə edən bir ayədir, inşaAllah. "(Quran) Güclü və üstün olan, əsirgəyən (Allah)ın endirməsidir." Şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adıyla. "Yasin. And olsun hikmətli Qurana," Allah Qurana and içir. "Həqiqətən, sən göndərilən (elçi)lərdənsən" eyni zamanda Mehdi (ə.s)-a işarə edən bir ayədir. Birinci mənası Peyğəmbərimiz (s.ə.v)-ə işarə edir. İkinci mənası Mehdi (ə.s)-a və Məsih (ə.s)-a işarə edir. "Doğru yol üzərindəsən" eyni zamanda Mehdi (ə.s)-a işarə edir. "Güclü və üstün olan, əsirgəyən (Allah)ın endirməsidir" Allahın endirməsidir, "ataları xəbərdar edilməmiş, beləcə özləri də qafil qalmış bir qövmü xəbərdar etməyin üçün (göndərildin)".