Bir ayədə belə bildirilir:
Ayədə bildirildiyinə görə, insanlar zülmləri səbəbindən imtahana çəkildikləri zaman yer üzündə heç bir canlı kənarda qalmayacaq. Aydındır ki, bura iman gətirənlər də daxildir. Belə olan halda heç bir mömin özünü xətasız və günahsız hesab edə bilməz.
İman gətirənlər də gün ərzində bilərək və ya bilməyərək bir çox səhvə yol verə bilərlər. Ağlının, imanının və şüurunun dərəcəsinə görə həmin səhv və günahlar da artıb-azala bilər. Lakin heç bir insan səhv iş görməyəcəyinə əmin ola bilməz. Özünü qüsursuz və ideal hesab etmək özlüyündə müxtəlif günahlara səbəb olacaq səhv düşüncədir. Quranda belə bir qüsursuzluq iddiasının fironlara xas anlayış olduğu bildirilir.
Mömin insan imanı və bundan irəli gələn şüuru da artdıqca özünü günahsız hesab etməyə deyil, öz səhv və günahlarını daha yaxşı dərk etməyə başlayır. Yaşadığı şəraiti daha yaxşı dərk etdiyi, Allah qorxusu daha çox artdığı üçün, bir tərəfdən, səhvlərini düzəltməyə, onları təkrarlamamağa çalışır digər tərəfdən isə istəyərək və ya istəməyərək etdiyi günahlar üçün daim Allah'dan bağışlanmağını diləyir. Şüurlu bir möminin göstərəcəyi davranış da elə budur. Bundan əlavə, bağışlanma diləmək bütün möminlərə fərz qılınmışdır:
Bu ayədən həmçinin o da məlum olur ki, Allah'dan bağışlanma diləmək nemətlərin verilməsinə səbəb olacaq.
Bir çox Quran ayəsində peyğəmbərlərin müxtəlif səbəblərdən Allah'dan bağışlanma diləmələrindən bəhs edilir. Həmin anda hər hansı bir günahı etmiş olsalar da, Allah'ın əzabını xatırladıqları zaman və ya Allahın bir imtahanı ilə qarşılaşdıqları zaman peyğəmbərlərin dərhal Allah'dan bağışlanma dilədiklərini görürük. Bir ayədə də Hz. Peyğəmbərimizin (s.ə.v.) insanların axın-axın dinə gəldiklərini görəndə Allah'a şükür edib bağışlanma diləməsi bildirilir. Başqa bir ayədə isə cənnətə daxil olan möminlərin mədh edilən xüsusiyyətləri arasında onların Allah'dan bağışlanma diləmələrindən bəhs edilir:
Məlum olduğu kimi, bağışlanma diləmək həmin anda günah iş görüb-görməməkdən asılı deyil. Bağışlanma diləmək möminin qulluğunu, Allah qarşısındakı acizliyini, Onun yardımı olmadan hətta günahdan uzaq olmasının da mümkün olmadığını dilə gətirməsidir. İnsanın bağışlanma diləməyə əhəmiyyət verməməsinin əsasında öz acizliyinin, qüsurunun, günahlarının fərqində olmamaq kimi qəflət və şüursuzluq dayanır. Bunun təbii nəticəsi olaraq da insanın qəlbi qatılaşır və vaxt keçdikcə, o, öz nəfsini ilahiləşdirib şeytanın əlaməti olan xudbin və özündən razı bir vəziyyətə düşür. Özündən razılıq isə Quranda da bildirildiyi kimi, insanları azğınlaşdırır, onları şeytanın əsgərlərinə çevirir:
«(O bütlər) onlara heç bir kömək edə bilməzlər. Onlar özləri isə bütlər üçün hazır əsgərlərdir» («Yasin» surəsi, 75)