ABŞ-ın və Avropanın dərin dövlətləri PKK-nı Suriya və İraqda döyüşməsi bəhanəsi ilə ağır silahlarla silahlandırmaq istəyir. Lakin hər kəsin həmfikir olduğu bir şey var ki, bu da PKK-nın bu silahları “Türk-Kürd-Ələvi-Sünni” fərq qoymadan, bölgədəki müsəlmanlar başda olmaqla, bütün əlehdarlarını məhv etmək üçün istifadə edəcəyidir. Bu da öz xalqının, demək olar ki, yarısını yox edən Kambociya diktatoru Pol Pot dövründəkindən daha şiddətli, zorakı və terror mühitinin bölgəni cəhənnəmə çevirməsi deməkdir.
Silahlandırılmış PKK Türkiyəyə hücum edəcək
Stalinist terror qruplaşması olan PKK bir tərəfdən müxalif qətliamı törədərkən, digər tərəfdən də ona silah verənlərin göstərişi ilə Türkiyə ilə döyüşməkdən də çəkinməyəcək. Məlum olan xarici qüvvələr illərdir öz mətbuat və televiziyalarında səhifə-səhifə qondarma Kürdistan xəritələrini yayımlayır, bölgəni guya ki, yeni sərhədlərə hazırlamağa çalışırlar. Ən yeni silahlarını sınamaq və Türkiyəni parçalamaq üçün PKK-nı müharibəyə soxacaq qüvvələr, belə bir vəziyyətdə PKK-ya hər cür kəşfiyyat köməyini canla-başla verəcək.
PKK vasitəsilə Türkiyə və İslam dövlətləri arasında qızıl sədd çəkmək istəyirlər
PKK ilə alınan başqa bir hədəf də Yaxın Şərqdə müsəlmanları əzmək və hətta tamamilə yox etmək üçün stalinist terror qruplaşmasını istifadə etməkdir. Digər tərəfdən, PKK da qərbin radikal birləşmələrə görə narahat olduğunu görərək, siyasət və fikirlərini islamofobiya üzərində möhkəmləndirir. Eyni zamanda PKK yarandığı 1974-cü ildən bəri bölgədə müsəlman kürdlərə qarşı demək olar ki, soyqırım həyata keçirmiş, öz marksist-leninist fəlsəfəsini qəbul etməyən yerli xalqa qarşı zülm və qətliamlar törətmişdir. Bu quruluşu ilə də Türkiyə ilə İslam dövlətləri arasında belə bir sədd çəkməyi planlaşdıranlar üçün çox əlverişlidir. Bununla da müsəlmanlar arasında Şimali Koreya tərzində bir qızıl sədd çəkmək istəyirlər.
Bölgə xalqı PKK-nın əmri altında istifadə olunacaq
Yarandığı gündən etibarən vəhşicəsinə qətliamlar törədən PKK ABŞ-ın və Avropanın dərin dövlətləri üçün əvəzolunmaz bir muzdlu qatil olmuşdur. Bu terror təşkilatı tam olaraq lazım olan xüsusiyyətlərdə, mənfurcasına qətliamlar törətməyə vərdiş etmişdir. PKK Qərb qüvvələrinin quru əməliyyatları üçün əsgər göndərmədiyi hər yerdə döyüşdürüləcək, bunun üçün də tərtəmiz, nurlu və dindar bölgə xalqı zorla bu döyüşlərin içinə atılacaq. PKK 40 il ərzində ən azı 15 min kürd vətəndaşımızı şəhid edərək bölgədə qorxu imperiyası qurub. Demək olar ki, hər ailədən bir nəfəri zorla öz mafiya təşkilatına salaraq şiddətin içinə qərq etmişdir. Bu səbəbdən də terror qruplaşmasının xalqı məcbur etməsi də çox asan olacaq, milyonlarla kürd vətəndaşını döyüşə aparmaqda çətinlik çəkməyəcək.
Diyarbəkir, Muş, Bingöl, Van, Bitlis, Hakkari, Batman və digər cənub-şərq kəndlərimizdəki nurlu kürd qardaşlarımız zorla bu tələyə salınacaq və həm bölgədə, həm də Yaxın Şərqdə qan, göz yaşı, müharibələr bitməyəcək. Bu bölgə üçün fəlakət, kürdlər üçün isə, demək olar ki, soyqırım deməkdir. "Şiddətə qarşı şiddət" düşüncəsinin doğru olmayan nifrət siyasətinə həm Türkiyəni, həm də bütün kürdləri qurban vermək istəyirlər. Əlbəttə ki, bu zaman da Türkiyənin iqtisadiyyatı zəifləyəcək, ölkə bölünəcək və Yaxın Şərq tamamilə Dəccalın qan ayini keçirdiyi bölgəyə çevriləcək.
Eyni zamanda Qərbə də qurmağı hədəf aldıqları stalinist PKK dövlətinin eynilə Şimali Koreya rejimi kimi böyük bir təhlükəyə çevriləcəyini izah etmək lazımdır. Kommunist PKK nüvə silahına sahib olan digər kommunist dövlətlərdən də silah alacaq, iş işdən keçdikdən sonra Qərbin də başına min cür oyun açacaq.
Nəticə
PKK ilə hədəfə alınan şey, demokratik və azad bölgənin yaradılması deyil, bütün kürdləri döyüşdürəcək, ölkəmizi Türkiyəni parçalayacaq bir tələyə salmaqdır. Şiddət heç vaxt qalib gəlməmişdir, şiddət əkən şiddət biçmişdir. Tək çıxış yolu PKK-nın ideologiyasını çökdürmək və bölgəyə nifrət deyil, sevgi siyasətini hakim etməkdir. Belə olan təqdirdə ideologiyası məhv olmuş PKK bölgədə heç vaxt dayana bilməyəcək və sağlam düşüncə qalib gələcək.