Hörmətli Adnan Oktarın izah etdiyi Türk İslam Birliyinin sevgi və mərhəmət anlayışı çox əhəmiyyətli təsirlər meydana gətirir. İllərdir kitablarında və məqalələrində Yaxın şərqə sülhün gəlməsinin yolunu detallı olaraq açıqlayan Hörmətli Adnan Oktar, müsəlmanların yəhudilərə baxışının necə olması lazım olduğundan, bölgədə ədalətin və haqqın necə təmin ediləcəyindən xüsusilə son vaxtlarda tez-tez bəhs edir.
Hörmətli Adnan Oktarın da ifadə etdiyi kimi, Fələstin xalqının yaşadığı çətinlik və sıxıntıların sona çatması, İsrailin duyduğu qorxu və narahatlığın ortadan qaldırılması, müsəlman, yəhudi, xristian bütün cəmiyyətlərin peyğəmbərlər diyarı olan bu mübarək torpaqlarda sevinclə, güvənlə yaşaması ancaq Türk İslam Birliyinin qurulması ilə mümkün olacaq. Çünki bu birlik, sevgi və dostluq birliyi olacaq, bütün anlaşılmazlıqları ən ədalətli şəkildə sülh yolları ilə həllə qovuşduracaq.
Hörmətli Adnan Oktar açıqlamalarında və əsərlərində, yəhudilərin hz. Yaqubun övladları olduqlarını, atalarının torpaqlarında yaşamaq istəmələrinin ən təbii haqları olduğunu, bu torpaqlarda dilədikləri kimi ticarət etmə, ibadət etmə, var olma haqqına sahib olduqlarını ifadə etməkdədir. Bütün bu haqlara əlbəttə müsəlmanlar və xristianlar da malikdirlər. Bu geniş torpaqlar, qardaşlıq, sülh və dostluq duyğuları gücləndikdə hər kəsə çatacaq, heç kimin bir başqası ilə qarşıdurmasına gərək olmayacaq.
Müsəlman da, yəhudi də, xristian da bir yerdə qardaşca, eynilə peyğəmbərlər dövründə olduğu kimi, bu torpaqlarda varlığını davam etdirəcək. Ayrılıq, qarşıdurma, bir başqasını yaşadığı torpaqlardan çıxarmağa çalışmaq həm son dərəcə gərəksiz, həm də din əxlaqına heç uyğun olmayan davranışlardır. Hər iki cəmiyyətin də bir yerdə hüzur içində yaşamasının zəmanəti isə Türk İslam Birliyi olacaq. Bu böyük birlik, yəhudilərə və müsəlmanlara həsrəti içində olduqları günləri yaşadacaq.
Hörmətli Adnan Oktarın bu istiqamətdəki açıqlamaları, həm yəhudilərdə, həm müsəlmanlar da çox əhəmiyyətli bir təsir meydana gətirmiş, ürəklərin yumşalmasına vəsilə olmuş, dostcasına və ağıllı addımlar atılmasına şərait yaratmışdır. Bu vəziyyətin ən son nümunələrindən biri uzun zamandır sərt siyasətləri ilə səs salan İsrail Baş naziri Ehud Olmertin, bu günə qədərki ifadə və siyasətlərinin tam əksi istiqamətdə etdiyi müsbət və əhəmiyyətli açıqlamadır. Cənab Ehud Olmert Yaxın şərqdə sülhdən yana olduqlarını və lazım olsa bunun üçün Şərqi Qüdsdən də çəkilə biləcəklərini söyləmişdir. Heç şübhəsiz, bu son dərəcə müsbət bir açıqlamadır və belə bir mövzunun bir Yəhudi dövlət adamı tərəfindən gündəmə gətirilməsi də böyük bir addımdır.
HÖRMƏTLİ ADNAN OKTARIN YƏHUDİLƏR VƏ İSRAİL HAQQINDAKI AÇIQLAMALARI
Adnan Oktar: İsrail niyə (xəritədən) silinsin? Peyğəmbər övladları, hz. Musanın övladları, Yaqubun övladları. Niyə silinsin? Sinaqoqlarda Allaha dua edirlər, yalvarırlar. Gecə-gündüz ibadət edirlər. Əksinə, tamamilə yerləşsinlər. Tam zəmanət içində olsunlar. Hüzur içində yaşasınlar. Fabriklər qursunlar. Biz orada fabriklər quraq, müəssisələr açaq. Qardaş olaq. Yaxınlaşaq. Süfrə açaq. Onların kəsdiyi yeyilər. Süfrələrində yeməkləri yeyilər. Dostluq edilər. Qız alınar, evlənilər. Bu nə deməkdir? Bütün həyat iç-içə deməkdir. Nə deməkdir? Qardaşımız deməkdir. O zaman xəritədən silmə deyə bir şey olmaz, xəritəni gücləndirmək vardır. Bir çox şey kökündən həll olacaq, inşaAllah.
“Vatan”, 30 sentyabr 2008
Adnan Oktar: Ediləcək ən yaxşı şey Türk-İslam Birliyini meydana gətirməkdir… Amma eyni zamanda bölgənin də böyük qardaşı olması Türkiyənin, yəni Ermənistanın mənfəətlərini qoruması, onların da zəngin olması üçün cəhd göstərməsi, İsrailin mənfəətlərini qoruması, Fələstinə hüzur gətirməsi, bölgəyə sülh gətirməsi, hər yöndən bölgədə böyük qardaşlıq etməsi ən vacib vəzifədir… Bu önümüzdəki on, iyirmi il içərisində Türk İslam Birliyi qəti şəkildə meydana gələcək. Hocamız söyləmişdi desinlər, xatırlasınlar söyləyirəm, hər ilə diqqət yetirsinlər, ağrı-acı da, əziyyət də çox olacaq, bu doğum sancısıdır, lakin doğum da mükəmməl olacaq, çox gözəl, nur topu kimi İslam bütün dünyanı işıqlandıracaq, inşaAllah. İslam əxlaqı hakim olacaq, İslam aləmi hz. Mehdinin zühurunu görəcək, hz. İsanın nüzulunu görəcək. Nəfəs kəsəcək bir mədəniyyət, nəfəs kəsəcək bir xoşbəxtlik çağına doğru gedirik. Bu qədər çilə və bu qədər acı, bunların hamısı hədislərdə ifadə edilmişdir. Bu əziyyətlərin hamısı bir doğumun sancısı olduğu çox detallı izah edilmişdir. Heç narahat olmasınlar. Türk aləmi də, ərəb aləmi də, digər qardaşlarımız da xoşbəxt və rahat dünyaya doğru gedirlər. Amerika da bundan əziyyət çəkir. Amerika da hüzura qovuşacaq, onların üzərindəki əziyyət də qalxacaq, İsrailin üzərindəki əziyyət də qalxacaq və bölgənin hamısı rahatlayacaq, yəni bu günlərə doğru gedirik. Lakin bu yolda birləşməyimiz çox əhəmiyyətlidir. Bütün Türk milliyyətçilərinin, milliyyətçi, müqəddəsatçı çevrələrin, Atatürkçülərin, ağlı başında solçuların, tutarlı olan solçuların da bu mövzuda qardaşlıq şüuru içərisində hərəkət etməsi çox əhəmiyyətlidir. (“Türkmeneli” TV, 22 aprel 2008)
ADNAN OKTAR: Türk İslam Birliyini sürətləndirmək lazımdır. Çox sürətləndirmək lazımdır… Bu, əlbəttə ki, İsrailin də fərahlaması deməkdir. Bütün bölgədə qarşıdurmanın bir anda dayanması deməkdir. Çünki bilirsiniz, Fələstin də iztirab içindədir, amma İsrail də iztirab içindədir, çünki hər an başlarına bomba düşmə ehtimalı var. Hər an bir şey olma ehtimalı var. İsrail divarların içində yaşayır. Sanki əsir oldular, öz özlərini əsir etdilər. Divarın içinə həbs etdilər. O divarları yıxaq, açaq. Ora ardı-arası kəsilmədən ticarət avtomobilləri getsin. Avtobuslar getsin, yük maşınları getsin. Gəmilər getsin, dəniz yolu ilə fərahlıq olsun… Bu, sevgi ilə olar, dostluqla olar... (“Asiya RFA” radiosu, 14 iyun 2008)
“Türkiyə”, 30 sentyabr 2008
Adnan Oktar: Çox istəyirlər. Yəni tək qurtuluş yolu olaraq görürlər. Bu Amerikanın da qurtuluşu deməkdir. Çinin də, Rusiyanın da qurtuluşu deməkdir. Həm iqtisadi istiqamətdən çox rahatlayarlar, həm də terror tamamilə ortadan qalxar. Xüsusilə, İsrail tam mənası ilə rahatlayar heç bir çətinliyi qalmaz. Ermənistan da rahatlayar və çox gözəl bir mədəniyyət meydana gələr. Heç bir maneə yoxdur. Çünki bu bir sülh birliyi, qardaşlıq birliyi, sevgi birliyidir, bu, irq üstünlüyü, başqalarını əzmək anlayışı deyil. Bu, xidmət tələbidir. Bu bütün insanları qurtarma tələbi, bütün insanlığa xidmət etmə tələbidir. (“Çay” TV, 23 iyul 2008)
Adnan Oktar: Türk İslam Birliyinin təcili olaraq meydana gəlməsi bütün bölgə üçün şərtdir. Bu Türk İslam Birliyi irq üstünlüyü, ən yaxşı bizik mənasında deyil. Yəni xristianlara da çox şəfqətli, yəhudilərə də çox şəfqətli, onlara da çox yaxşı həyat haqqı tanıyan... Bu bir kərə İsrailin müdhiş rahatlamasına səbəb olar. O insanlar bir divarın arxasına sıxışıb qaldılar, bir həbsxanada yaşayırlar və hər gün ölüm qorxusu ilə yaşayırlar. Fələstin tam bir dəhşət mühiti və tam bir səfalət mühitidir, bu günahdır, başqa da heç bir həlli yoxdur. Nə Amerikanın müdaxiləsi, nə İngilislərin müdaxiləsi, bunların heç birisi qurtarmaz. Tək həll Türkiyənin müdaxiləsidir və böyük qardaşlıq etməsidir. Yəni hər keçən gün bizə mənəvi məsuliyyət verir. Bunun bir an əvvəl olması lazımdır. (“Kordon” TV, 27 İyul 2008)
“Yeni Şafak”, 30 sentyabr 2008
Müxbir: İsrail nə edəcək?
Adnan Oktar: İsrail Türk İslam Birliyi içərisində, Türk İslam Birliyinin himayəsində olacağı üçün onlar da rahatlayıb, onlar da qurtuluşa çatacaqlar. Bu terror problemindən, şiddətdən xilas olacaq. Onun divarları yıxılacaq. İsrail indi bir növ həbsxana vəziyyətindədir. Hər tərəfi divarla əhatəlidir. O divarlar yıxılacaq. İsrail də rahatlığa qovuşacaq, bölgə ilə çox rahat ticarət edəcək. Üzərindəki təzyiq qalxacaq. Dolayısilə İsrailin də digər müsəlman dövlətlərə etdiyi, müsəlman ölkələrə etdiyi təzyiq qalxacaq. Tam sülh və hüzur çağı gələcək. Onun üçün Türk İslam Birliyinin bir an əvvəl meydana gəlməsi dünyanın ən böyük birinci problemidir deyə bilərəm. (“Al-Baghdadi” TV, 5 avqust 2008)