Çox böyük bir dəmir yolu dayanacağının ortasında dayandığınızı düşünün. Gənclər, yaşlılar və uşaqlar yanınınızdan sürətlə keçib gedir. Hamı fərqli bir təlaş içindədir. Eyni qatara minməyə çalışırlar, çünki hamısı eyni səfərə çıxacaq. Kimisi əşyalarını səliqə ilə yığıb, ağır çamadanlarını sürükləyərək daşıyır. Yolun sonunda onlara heç bir ehtiyacı olmayacağını bilmir. Kimisi isə tanışları ilə vidalaşır. Yolun sonunda bir daha geri dönüşün olmayacağını bilmir. Məhz bu cür vaxtı çatanda eyni qatara minən milyonlarla sərnişindən biriyik biz. Orada dayanırıq, bizi axirətdəki sonsuz həyatımıza aparan o qatarı gözləyirik və o qatara mütləq minirik.
Yolun sonunda ölüm və bizi qarşılayacaq mələklər var. Hamımız yanımızda gözlərimizlə görmədiyimiz dəftərlər daşıyırıq. Səyahətimizi dünyada keçirdiyimiz qısa həyatımız kimi düşünsək, o səyahət boyu etdiyimiz hər şey, savablarımız, günahlarımız bir-bir dəftərlərimizə yazılır. Biz fərqində olmadan mələklər ağzımızdan çıxan hər sözü, atdığımız hər addımı, savablarımızı və günahlarımızı diqqətlə dəftərlərimizə yazırlar. Şübhəsiz, bu dəftərlərin açılması möminlər üçün çox böyük bir müjdədir. Çünki mömin qısa həyatı boyu hər gününü saleh əməllərlə, ibadətlərlə, dualarla doldurmuşdur. Çünki bu qısa səyahətin sonunda ölüm olduğunu və ardından da heç bitməyən sonsuz həyatın başlayacağını bilir. Buna görə də Rəbbinin qarşısında inamla və təslimiyyətlə dayanır:
İnkarçılar isə şeytanın oyununa aldanıb dünyaya meyl etdikləri üçün o səyahətə böyük bir nəşə və sevinclə çıxırlar. Səyahətlərində nəfs təlimi yoxdur, ibadətlər yoxdur, Allah’a inanıb-güvənmək yoxdur, yalnız dünya üçün yaşamaq vardır. Lakin yanlarında diqqətlə daşıdıqları, amma fərqində olmadıqları dəftərlər səyahətin sonunda açılacaqdır və o səyahətdə yaşanan hər gün, hər saniyə sətirbəsətir həmin dəftərlərdə yazılmışdır:
(Hər kəsin)kitabı (qarşısına) qoyulacaq və sən günahkarların orada (yazılmış) olanlardan qorxduqlarını görəcəksən. Onlar deyəcəklər: “Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!” Onlar etdikləri əməlləri öz qarşılarında görəcəklər. Rəbbin heç kəsə haqsızlıq etməz! (Kəhf surəsi, 49)
Əslində həmin milyonlarla insanın gəlib keçdiyi dəmir yolu dayanacağında ətrafda çox saxta bir izdiham var. O qədər böyük bir izdihamdır ki, insanlar bu izdihamın içində itirlər. Bir-birlərinin üzünü görüb, Allah’ın üzünü görməyi unuda bilirlər. Bir-birlərinə çox dəyər verirlər. Yoldaşlarının, dostlarının, tanışlarının sözlərini çox vacib hesab edirlər. Gün ərzində yaşadıqları hadisələrə o qədər qapılırlar ki, bütün söhbətləri dünya yönlü olur. Necə pul qazandıqlarından, uşaqlarını necə ən yaxşı yerlərdə oxutduqlarından, necə mal-mülk yığdıqlarından bəhs edirlər. Amma bilmirlər ki, keçdikləri bütün dayanacaqlarda bunları bir-bir tərk edəcəklər. Bilmirlər ki, yolun sonunda təkcə Allah’ı tapacaqlar.
Sən onları bir müddət öz qəflətləri (şaşqınlıqları) içində burax! Məgər (kafirlər) elə zənn edirlər ki, onlara verdiyimiz var-dövlət və övladla Biz onların yaxşılıqlarına tələsirik? Xeyr, onlar fərqinə varmırlar.(Müminun surəsi, 54-56)
Möminlər isə o qatara dərin bir imanla, təslimiyyətlə və səmimi bir qəlblə minirlər. Bilirlər ki, bu səyahət, həqiqətən də, çox qısa olacaq. Allah bu qısa dünya həyatında onları müxtəlif imtahanlarla, çətinliklərlə, xəstəliklərlə sınayacaq, onlar da səbirlə və gözəl tərzdə bu imtahanlardan keçəcəklər. Bu səyahətləri saleh əməllərlə, dua ilə, ibadətlərlə dolu olacaq. Onlar da hər dayanacaqda mallarını, mülklərini, yoldaşlarını, dostlarını, uşaqlarını, bir sözlə, hər şeylərini qoyacaqlar. Çünki bu səyahətin sonunda yalnız ağ bir kəfən və onları gözləyən torpaq var. Buna görə də bunu bilirlər, dünya həyatının hərislik edilməyəcək bir yer olduğunu bilirlər. Səmimi bir qəlblə və dərin bir imanla çıxdıqları bu səyahətin sonunda onları qarşılayacaq Ədn cənnətləri var.
Onların mükafatı öz Rəbbi tərəfindən bağışlanmaq və (ağacları) altından çaylar axan cənnətlərdir ki, orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı nə gözəldir! (Ali İmran surəsi, 136)
Bu dünya həyatı oyun-oyuncaqdan, əyləncədən başqa bir şey deyildir. Axirət yurdu isə, şübhəsiz ki, əbədi həyatdır. Kaş biləydilər! (Ənkəbut surəsi, 64)
Bu, danılmaz bir həqiqətdir ki, eyni dəmir yolu dayanacağında dayanıb, bu qatara minməkdən qaça bilən tək bir insan da olmayacaq. Dünya həyatında çox dəyər verdiyimiz insanların hamısı bu qatara mütləq minəcəklər və səyahətin sonunda çox dəyər verilən o milyonlarla bədən yalnız bir ovuc torpağa çevriləcək. Səyahətin sonunda bədənlər bir-bir torpağa girəcək, sümüklər çürüyəcək, dünyada yaşayan milyonlarla insandan, demək olar ki, heç bir iz qalmayacaq. Geriyə yalnız Rəbblərinin qarşısında hörmətlə baş əyən və bağışlanmağı gözləyən ruhlar qalacaq...
Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlər başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir. (Furqan surəsi, 70)
Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, lütf sahibi (kərəmi böyük) olan (Allah’dandır)! O’ndan başqa heç bir tanrı yoxdur. Axır dönüş də O’nadır. (Mömin surəsi, 3)
Adnan Oktarın Arab News'da yayımlanan məqaləsi: