HÖRMƏTLİ ADNAN OKTARIN ƏRAF SURƏSİNDƏN AYƏ İZAHLARI
Əraf surəsi, 55-ci ayə
Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!
Şeytandan Allaha sığınaram. “Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin. Şübhəsiz ki, O, həddi aşanları sevməz!”
Dua səmimi edilməlidir. Bunu xüsusi bir diqqətlə, xüsusi bir səmimiyyət ruhuyla nail olmaq lazımdır. BİR DƏ UZUN DUA DEYİL. ƏSASLI, DƏRİN VƏ SƏMİMİ DUA ÇOX ƏHƏMİYYƏTLİDİR. ÜRƏKDƏN, CAN-DİLDƏN OLMALIDIR İNŞAALLAH.
Əraf surəsi, 66-cı ayə
“Qövmünün kafir zadəganları dedilər: “Biz səni səfeh sayırıq və həqiqətən də, səni yalançılardan hesab edirik!”” Diqqət edin, Peyğəmbər (s.ə.v)-ə nə deyirlər? “Qövmünün kafir zadəganları dedilər”-yəni, o dövrün mətbuatından bir hissə, sərmayəçiləri, o dövrün kübar cəmiyyəti, o dövrün yüksək vəzifəli saxtakar dəstəsi, dinsiz, yalançı dəstəsi. “Biz səni səfeh sayırıq”. Yəni, “Sənin ağlın pozulub, dəlisən sən” -deyirlər Peyğəmbər (s.ə.v)-ə. Kim deyir? O dövrün idarəçiləri, o dövrün dərin dövləti, saxtakarları deyir. “... və həqiqətən də, səni yalançılardan hesab edirik!” Yəni haşa “yalançı, oyunçusan sən” deyirlər. Özlərinə sərf etmədiyinə görə “həm də dəlisən” -deyirlər. Axırzamanda Mehdi (ə.s)-a nə deyəcəklər? Eyni şəkildə “Sən yalançı və dəlisən” deyəcəklər.