HÖRMƏTLİ ADNAN OKTARIN FURQAN SURƏSİ VƏ KƏHF SURƏSİNDƏN AYƏ ŞƏRHLƏRİ
Furqan surəsi, 30-cu ayə
“Peyğəmbər: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” – deyəcək."
Axırzamanda meydana gələn fəlakəti izah edən ayə. Bu ayəni hər müsəlman, hər gün ağlında tutmalıdır. İslam aləminə gələn fəlakətin səbəbini izah edən bir ayə. Bu dəqiqə müsəlmanların çəkdiyi bəlanın səbəbini izah edir. Bir ayə, tam izah edir. Peyğəmbər (s.ə.v) şikayətçi olur. Bir şikayəti var Peyğəmbərimiz (s.ə.v)-in. Başqa heç bir şikayəti yoxdur. Quranda bu əhəmiyyətlə bildirilmişdir. Böyük bir hadisə olduğu üçün, böyük bir fəlakət olduğu üçün, yüz illərlə davam edən böyük bir fəlakət olduğu üçün, İslam ümmətini məhv edən əsas səbəb olduğu üçün bu böyük fəlakəti Quran çox əhəmiyyətli bir hadisə olaraq, Peyğəmbər (s.ə.v)-in tək şikayəti olaraq bildirir. ''Rəbbim həqiqətən mənim qövmüm'' o dövrdə olanların hamısı, o zaman Peyğəmbərimiz (s.ə.v)-in əhatəsində olan hər kəs. ''Qövmüm bu Quranı tərk etdi!" Yəni, Axırzamana işarədir. Çünki, Peyğəmbərimiz (s.ə.v)-in zamanında bilirsiniz Quranı tərk etmək yox idi. Qurana tam əməl var idi, tam mənada Quran yaşanırdı. Amma, özündən sonrakı böyük fəlakəti bir möcüzə kimi danışır. “Mənim qövmüm deyir.” Ərəblər, müsəlmanlar; Peyğəmbərimiz (s.ə.v)-in xalqıyıq biz, ona əməl edənlərik. Misirdə fəlakətin səbəbi o. İraqda, Suriyada, Əfqanıstanda hər yerdəki fəlakətin səbəbi Peyğəmbər (s.ə.v)-in qövmünün Quranı tərk etməsidir. Bu Axırzamanda olacaq olan böyük fəlakəti Peyğəmbərimiz (s.ə.v) öz zamanında vəhylə bildirir, böyük bəlanı. Əlbəttə, öz dövrünə də nəzər salmaqla bərabər başlıca olaraq Axırzamana baxır, Allahualəm.
Kəhf surəsi, 56-cı ayə
“Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk. Kafirlər isə batil dəlilləri ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər.”
“Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk.” Müjdə verirlər. İslam Birliyinin müjdəsini verirlər, İsa Məsih (ə.s)-ın müjdəsini verirlər, cənnət müjdəsi verirlər və xəbərdar edirlər ümmətlərini. “Kafirlər isə batil dəlilləri ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər.” Batil nədir? Əsassız məlumatlardır. Darvinistlər, materialistlər gecə-gündüz iş görürlər. Necə görürlər? "Haqqı batil ilə" batil; Etibarsız, elmdən uzaq, məntiqsiz şeylər ilə "etibarsız etmək üçün" haqq olanı etibarsız etmək üçün "mübarizə aparırlar". Pul verirlər, şərait yaradırlar, salonlar tuturlar, universitetlər açırlar, məktəblər açırlar. Məşğul olur və mübarizə aparırlar. “Onlar Mənim ayələrimə” Quran ayələrinə, “və xəbərdar olunduqları şeylərə istehza edirlər” deyir Allah. Açın baxın internetdə, istehza edirlər. Bax, deyir ki, Allah onun səbəbi üçün;
Kəhf surəsi, 57-ci ayə
Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər.
''Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik,'' “Niyə başa düşə bilmir?” deyirlər. Halbuki, “Mən elə yaratdım onları onsuz da” deyir Allah. Bu da ledun elmi. ’’Qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da'' izah etsən də, dəlil göstərsən belə, ''onlar sonsuza qədər doğru yola gəlməzlər.'' Sonsuza qədər. Sonsuz nə deməkdir? “Mən onları elə yaratdım” deyir. Sonsuzluğun mənası budur. “Belə yaradıldılar onlar” deyir Allah. Bir trilyon, iki trilyon il keçsə də dəyişmir. “Sonsuza qədər belədir” deyir Allah. Bu çox mənalıdır, sonsuza qədər belə olması. Axırzamanın nə qədər amansız olduğuna da Quran işarə edir. Çünki Kəhf surəsi Axırzamanı izah edir daha çox, başlıca olaraq, Axırzamanı izah edir.
Kəhf surəsi, 59-cu ayə
Budur haqsızlıq etdikləri zaman məhv etdiyimiz məmləkətlər. Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik.
“Budur haqsızlıq etdikləri zaman məhv etdiyimiz məmləkətlər” bax, indi; Misir yıxıldı, Əfqanıstan yıxıldı, İraq yıxıldı, Liviya yıxıldı. ''Budur məmləkətlər (və onların xalqları), zülm etdikləri zaman'' İdarəçilər zülm edir, xalqın bir hissəsi zülm edir. “Biz onları məhv etmək üçün vaxt müəyyən etmişdik.” Onun üçün məhz Xızır (ə.s)-ın da iştirak etdiyi bir iclas olur, yıxılmadan əvvəl. Ondan sonra tənəzzül gəlir ardından.
Kəhf surəsi, 61-ci ayə
Hər ikisi o dənizlərin qovuşduğu yerə gəlib çatdıqda özləri ilə götürdükləri balığı unutdular. Balıq isə dənizdə suyun altı ilə yol alıb getdi.
“İkisi o dənizlərin qovuşduğu yerə gəlib çatdıqda'' İkisi, iki; iki, iki. ''İki dənizin birləşdiyi yerə çatanda'' 1984 əbcədi, İstanbulda mehdiyyətin ilk fəaliyyət illəri. ''Balığı unutdular. Balıq isə dənizdə suyun altı ilə yol alıb getdi.'' Dənizdə də bir axın var. Dənizdə normalda gözlə görülən bir axın olmaz. Dənizdə dalğalanma var. Amma boğazın axınına diqqət çəkmiş Quran. ''İki dənizin birləşdiyi yer'' deyir, İstanbul Boğazını elə vurğulayır, bir də axına diqqət çəkir, iki.
Kəhf surəsi, 63-cü ayə
Xidmətçi dedi: “Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum. Doğrusu, onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Balıq dirilib qəribə bir şəkildə dənizdə yol tutub getmişdir”.
Xidmətçi dedi: “Qayanın yanında gizləndiyimiz vaxt yadına gəlirmi? O zaman mən balığı unutdum.” Onu xatırlamağı mənə yalnız şeytan unutdurdu. Demək şeytanın unutdurucu bir təsiri var. Qayalıq yerdə kim var? Qayalıq yer, kimin qaldığı bir yer? Bu ayrı bir mövzudur. Buna diqqət çəkmiş Quran. “Balıq qəribə bir tərzdə” deyir, “Dənizdə öz yolunu tutub getdi” deyir. Yəni, dənizdə bir yol açır balıq. Bax, bir yol. Öz yolunu tutur. Dənizdə bir yola da diqqət çəkməsi də mənalıdır. Çünki balıq üçün dənizdə bir yola ehtiyac yoxdur. Hər yerə gedər. Amma, burada xüsusi bir yoldan bəhs edir. Özünə aid bir yol. O yolun içindən keçib gedir; dənizin içində. Axırzamana bir işarə, başa düşən üçün. Hər şey üstüörtülü bir tərzdə Quranda izah edilir.
HÖRMƏTLİ ADNAN OKTARIN HƏDİS ŞƏRHİ
“Qaim Mehdi (ə.s) zühur edəndə özlərini Mehdi (ə.s)-ın ardıcılları hesab edənlər bundan dönəcəklər. Dindən uzaq olanlar isə Mehdi (ə.s)-a inanacaqlar.”
Çox qəribədir. Yəni, mövhumatçılardan tələbəsi yoxdur. Ateist gəlib Mehdi (ə.s) tələbəsi olacaq. Xristian gəlib Mehdi (ə.s) tələbəsi olacaq. Yaxud dini bilməyən bir insan gəlib Mehdi (ə.s) tələbəsi olacaq. Əsasən, belə olacaq. Yəni, xalqın içindən insanlar. Mövhumatçılardan, yaxud hazır dindarlardan yox. Təbii ki, dindarların içində də həqiqi dindarlar var, yaxşı dindarlar var. Onları tənzih edirik.