Təkamül nəzəriyyəsinin əsassızlığını izah edən insanlar olsa da, darvinistlər qəti məğlubiyyətə uğramasında heç şübhəsiz ki, ən əhəmiyyətli adlardan biri Cənab Adnan Oktardır. Ölkə xaricindəki bəzi işlər və Cənab Adnan Oktarın əsərlərinin təsiri ilə müqayisədə bu həqiqət aydın görünür.
Cənab Adnan Oktarın (Harun Yəhya) 1980-ci ildən bəri xüsusilə darvinizm mövzusunda etdiyi təsirli işlər bütün dünyada olduqca yaxşı məlumdur. Darvinistlər ortaya qoyduğu bütün iddiaları elmi dəlillərlə çürüdən Cənab Adnan Oktar təkamülün ideoloji əsaslarını də elmin metodları ilə dağıtmışdır.
Təkamülə qarşı yazmış olduğu yüzlərlə kitab 60-dan çox dilə tərcümə olunaraq bütün dünyaya çatmış və insanlar xüsusilə Yaradılış Atlası ilə canlıların milyonlarla ildir heç dəyişmədiklərinin dəlillərini görmüşdürlər. 450 milyondan çox fosilin bəzilərinin şəkillərinin dərc olunduğu bu kitab seriyasında, yüz milyonlarla il əvvəl yaşamış canlıların bugünkü canlılarla eyni xüsusiyyətlərə sahib olduğu, yəni Yaradılış sübut olunur.
Eyni şəkildə bu əsərlərdən faydalanaraq 200-ü türkcə olmaqla, cəmi 43 dildə 550 internet saytı hazırlanmışdır və dünya səviyyəsində böyük maraq görən bu saytları da ayda 5 milyona yaxın insan ziyarət edir.
Yenə Harun Yəhya əsərlərindən faydalanaraq hazırlanan vizual sənədli filmlər müxtəlif dillərə tərcümə olunmuşdur və dünyanın bir çox fərqli ölkəsində 100-dən çox televiziya kanalında müntəzəm olaraq dərc olunur.
Darvinistlər niyə Adnan Oktar ilə qarşı-qarşıya gəlməkdən qaçırlar.
Cənab Adnan Oktarın əsərlərinin təsirini göstərən bir başqa dəlil də heç şübhəsiz ki, darvinistlərin özü ilə fikri mənada qarşı-qarşıya gəlib, söhbət etməkdən qaçmalarıdır.
Darvinist zooloq Riçard Davkins, uşaqlarla belə ziddiyyətə girərkən “Yaradılışcılarla ziddiyyətə girmirəm” kimi əsassız bəhanə ilə, Cənab Adnan Oktar ilə qarşı-qarşıya gəlməkdən qaçır. Halbuki, Davkinsin, Yaradılışcılar və hətta rahiblər ilə davamlı olaraq proqramlara qatıldığı və mübahisələrə qatıldığı bilinir.
Nəticədə saysız-hesabsız məqalə, yüzlərlə internet saytı, kitab, video və konfrans ilə dəqiq və qəti elmi dəlillərlə təkamül nəzəriyyəsini dağıdan adın Cənab Adnan Oktar (Harun Yəhya) olduğunu bütün dünya çox yaxşı bilir və darvinistlər də bu qrupa daxildir.
Müxtəlif Avropa ölkələri və Amerikada Yaradılış Atlası bomba təsiri etmiş, Cənab Adnan Oktar; Guardian, Science, Reuters, Wall Street Journal, Slate kimi jurnallarda “Dünya miqyasında darvinizmə qarşı təsirli güc, İslami Yaradılışcılığın lideri” olaraq çatdırılmışdır. Telegraph kimi bir çox qəzetdə, universitetlərdə gənclərin artıq təkamül dərslərində iştirak etmək istəmədikləri, bunun da yeganə səbəbinin Cənab Adnan Oktarın təsiri ilə inkişaf edən İslami Kreasionizm olduğu bildirilmişdir. Bu həqiqət onsuz da şübhəsiz, bütün dünyanın yaxşı bildiyi məsələdir.
Lakin bəzi adamlar, Cənab Adnan Oktarın dünya miqyasında bu böyük nailiyyətini dilə gətirməkdən etinasızlığı ilə qaçırlar. Darvinizmi yıxan yüzlərlə kitabın varlığından bəhs edir, amma dünyada darvinizmə qarşı yüzlərlə kitab yazmış və darvinizmin məhvinə səbəb olmuş tək ad olan Harun Yəhyadan heç bir şəkildə bəhs etmirlər. Bütün dünyanın bildiyi bu uğuru görməməzlikdən gəlməyə çalışırlar. Bunu etmək üçün də, bəzi Xristian Yaradılışcıları ön plana çıxarmağa və bu uğuru onlara verməyə çalışırlar. Halbuki, sözügedən Xristian Yaradılışcılar bir çox adam tərəfindən tanınmır və dünyanın heç bir yerində təkamülün əsassızlığını sübut edən şəxslər adlandırılmır.
“Gənc dünya Yaradılışcıları”nın yanlışları
2013-cü ildə vəfat edən Duane Qişin başçılıq etdiyi “Gənc dünya Yaradılışcılığı” qrupu, İncildə keçən 6 gündə Yaradılış anlayışını 6000 ilə çevirmiş və bütün kainatın yaşının 6000 il olduğu kimi yanlış düşüncədən yola çıxmışdır. Duane Qiş və təmsil etdiyi bu Yaradılış hərəkəti, kainatın, ulduzların, dünyanın və bütün canlıların sadəcə 6000 ildir var olduğuna inanırlar. Dolayısı ilə 6000 il bundan əvvələ aid fosillərin hamısını rədd edir, sözügedən elmi dəlilləri yox sayırlar.
Vəziyyət belə olduqda sözügedən Yaradılışcılar onsuz da darvinistlərə qarşı başdan bəri məğlub vəziyyətdədirlər. Bu adamlar, milyonlarla illik elmi dəlilləri inkar edərək inandırıcılığını itirir və darvinist dairələr tərəfindən də nəzərə alınmırlar. Darvinistlər, Cənab Adnan Oktar ilə fikri mənada qarşı-qarşıya gəlməyə belə çəkinərkən, sözügedən şəxslərlə mütəmadi olaraq mübahisə proqramlarında çıxış edirlər. Çünki 6000-ci il mövzusundakı iddiaları səbəbi ilə Xristian Yaradılışcıların başdan məğlub olaraq gəldiklərinin darvinistlər də fərqindədirlər.
Bu məğlubiyyətin səbəbi isə çox aydındır: Kainatın 6000 illik bir keçmişi olduğu iddiası ilə bərabər təkamülçülərin istifadə edəcəkləri hədsiz məntiqsizliyi də bərabərində gətirir:
Darvinistlərin 1980-ci illərdən sonra məğlubiyyətə uğramasının səbəbi Cənab Adnan Oktardır
Elmi kəşflərlə zidd olan bu və bunun kimi bir çox açıqlama, gənc dünya Yaradılışcılarının həmişə darvinistlər qarşısında gücsüz qalmasına səbəb olmuşdur. Başda Dueyn Qiş olmaq üzrə bu cərəyanın tərəfdarları məhz buna görə heç bir zaman darvinistlərə qarşı uğur əldə edə bilməmişdir. Hətta bu adamların fəaliyyət göstərdikləri 40-50-ci illərdə təkamülçülər artıq onlara güvənir hala gəlmiş, getdikcə güclənmişlər. Əks fikrin zəif və elmi əsasdan məhrum olması, xurafat izahatlardan yaranması, darvinistlərin önünü açmışdır.
Darvinistlərin aldığı ən böyük və qəti məğlubiyyət isə 1980-ci illərdən sonra Harun Yəhya əsərlərinin dünyaya yayılması ilə baş vermişdir. Təkamülə dair hər iddianın elmi, qəti dəlillərlə məhv edilməsi, darvinistlərə heç gözləmədikləri bir şok yaşatdı. “İtmiş halqa tapdıq, hüceyrə palçıqlı suda əmələ gəldi, əcdadımız mikrobdur” kimi başlıqlarla yaratdıqları hekayələrlə dünyanı asanlıqla aldatmış olan darvinistlər, Cənab Adnan Oktarın əsərlərindən sonra bu xəbərləri edə bilməmişdirlər. Özlərinə inamlarını itirmiş, böyük mənəvi çöküntü içində öz saxta iddialarına inanmır və bunu müdafiə edə bilməz hala gəlmişlər. Bu mühüm məğlubiyyətə səbəb olan yeganə ad isə Harun Yəhyadır və darvinistlər başda olmaqla bütün dünya bu məsələdə ittifaq halındadır.
Beləliklə, bəzi insanların bu həqiqəti bilə-bilə Dueyn Qiş və onun təmsil etdiyi Kreasionizm fikrini ön plana çıxarmağa çalışmaları son dərəcə səmimiyyətdən uzaq davranışdır.
Bu bir həqiqətdir ki, Cənab Adnan Oktar, illərdir həyata keçirdiyi təbliğat fəaliyyətinin yeganə məqsədi Allahın rizasını qazanmaqdır. Buna görə də məsələnin tənqid edilməsinin bir məqsədi də bu həqiqətin bildirilməsidir.