Dünyada müsbət yönlü, sülhsevər və üstün güc olmağa qadir bir qüvvə olan ABŞ-ın daxilən xərçəng xəstəliyinə tutulmuş insan kimi bir çöküntüdə olduğunu çox insan hələ dərk etmir. Son on ildə ard-arda başladılan və hələ də davam edən xarici müdaxilələr, terror yolu ilə həyata keçirilən silahlı müharibələr və bu məqsədlə müxtəlif müttəfiq qruplarına paylanılan ağır və yüngül silahlar 2007-ci ildən etibarən davam edən ağır bir qlobal iqtisadi böhrandan qurtulmağa çalışan ABŞ-a dərin təsir göstərir. Amerikalı diplomatlar xarici siyasət sahəsində bu həqiqəti gizlətmək üçün müxtəlif fəaliyyətlər göstərsələr də, statistik göstəricilərdə qarşımıza çıxan mənzərə heç də ürəkaçan deyil.
ABŞ-ın hal-hazırkı ən böyük problemlərindən biri ticarət kəsiri problemidir. ABŞ sərhədləri daxilində meydana gələn ticarət kəsirində hər 1 milyard dollar məbləğində pul ABŞ-da 9000 iş itkisinə səbəb olur. Xarici siyasətdəki seçimlərinə görə müttəfiqləri ilə münasibətlərini korlayan, ölkəyə giriş-çıxışı demək olar ki, qeyri-mümkün edən və vətəndaşların, xüsusilə Yaxın Şərq ölkələrindəki dolanışıq vasitələrini bilavasitə də olsa əllərindən alan ABŞ-ın ticarət kəsiri gündən-günə artır.
2012-ci ildə aparılan tədqiqata əsasən ABŞ ailələrinin 14%-i ərzaq çatışmazlığından əziyyət çəkir və yenə də 2012-ci il məlumatlarına görə ABŞ-dakı 46.5 milyon insan yoxsulluq problemi yaşayır. 20.4 milyon insan isə ağır yoxsulluq içərisindədir. Ailələrin evsizlik məsələsi üzrə Milli Mərkəzinin (AEMM) məlumatına əsasən Amerikada evsiz uşaqların sayında böyük bir artım var. 2013-cü ildəki statistikaya görə isə 2.5 milyon amerikalı uşağın evsiz olduğu aşkarlanmışdır. Həm də bu say getdikcə daha da artır. Bu il Amerika iqtisadiyyatı ötən 5 ilə nisbətən daha çox zəifləmişdir.
İqtisadiyyatdan bəhs edərkən əvvəlcə diqqətə çatdırmalı olduğumuz bir məsələ təhlükəsizlik məsələsidir. Sahibkarların bir ölkəyə sərmayə qoyarkən axtardıqları ilk şərt təhlükəsizlikdir. ABŞ milli təhlükəsizliyini ən sərt tədbirlərlə zəmanət altına alan bir dövlətdir. Amma bu sərt tədbirlər bir müddətdən sonra sərmayəçinin güvənliliyini təhlükə altında qoyacaq və sərmayəçilərin gələcəklə bağlı planlar qurarkən müəyyən işlər görmələrini və ABŞ daxilində təhlükəsiz hiss etmələrinə mane olacaq çətinliklərə çevrilir. Beləliklə də xarici sərmayəçilər üçün təhlükəsizlik amili bu vasitə ilə azalır. Bu da kapital qoyuluşuna mane olur.
Bununla belə ABŞ-ın xarici siyasətdə göstərdiyi sərt münasibət və yanlış seçimləri xalqlarla bərabər bütün ABŞ-a təsir edir. Bəzi müharibə tərəfdarı, şəfqətsiz, problemləri zorakılıqla həll etməyin lehinə olan insanların Yaxın Şərq, Uzaq Şərq və Cənubi Amerikada həyata keçirdikləri müxtəlif əməliyyatlar və müdaxilələrinə görə həmin bölgələrin xalqları ABŞ-a qarşı eyni mənfi düşüncədədirlər. Bu səbəbdən ABŞ vətəndaşlarının və əsgərlərinin müttəfiqləri olan ölkələrdə belə rahatlıqla hərəkət etmələri mümkün olmur və beləliklə, Amerika əleyhdarlığı amerikalı biznesmenlərinin əməkdaşlıqlarına, sərmayələrinə və iş həyatlarına da mənfi təsir göstərir. ABŞ-ın daim çaxnaşmada olan xarici siyasəti ölkənin həm daxilindəki, həm də xaricindəki iqtisadiyyatına mənfi təsir göstərir.
Bundan basqa, ABŞ-ın bütün kapitalını müdafiə sənayesinə yönəltməyə məcbur olması ölkə iqtisadiyyatını çökdürən digər mühüm amillərdən biridir. Əfqanıstan və İraq müharibələrinə 6 milyarddan çox pul sərf olunmuşdur. Bu da ABŞ-dakı hər evə düşən 75.000 dolların məhz müharibə üçün xərclənməsi deməkdir. Bunlara bir də ABŞ-ın İŞİD-lə mübarizəsi əlavə olunarsa, xarici müdaxilələrə görə xərclənən pulun məbləği saatda 312.500 dollara qədər gəlib çatır. Bu məbləğlər təhsil, səhiyyə, iş, sosial yardım kimi sahələrə yönəldilsə, iqtisadi artım şübhəsiz getdikcə artar.
İstənilən iqtisadi artımı bərpa etmək üçün ölkə iqtisadiyyatını müdafiə sənayesinə yönəltmək yox, bütün bu imkanı ölkəni yenidən qurmaq və ABŞ-ı təhlükə altında qoyan təhlükəsizlik problemlərinin həlli üçün təhsildə istifadə etmək çox önəmlidir. Əgər ABŞ 2001-ci ildən bəri baş verən müharibələr üçün sərf etdiyi pul vəsaitinin az bir qismini radikalizmi və terror aktlarını formalaşdıran düşüncə tərzinin yox edilməsi üçün dünya səviyyəsində bir təhsil kampaniyasına xərcləsə, həm ABŞ dirçələr, həm də uzun müddət yenidən bu cür bir risklə qarşılaşma ehtimalı da yox edilər. ABŞ həm ölkə daxilindəki, həm də xaricindəki problemləri yalnız razılaşma və sevgi dili ilə həll edə bilər.
Adnan Oktarın News Rescue & Urdu Times'da yayımlanan məqaləsi:
http://newsrescue.com/usa-spend-education-overcome-recession/#axzz3LKqReRJK