Yaxın Şərqin çox çətin günlərdən keçdiyi tarixi bir dövrdə Rusiya kimi köklü və böyük bir dövlətə də mühüm məsuliyyət düşür. Qərbdə və ABŞ-da bəzi çevrələrin israrla Rusiyanı təcrid etmələri bölgə sülhü üçün düzgün bir strategiya deyil. Bölgənin əhəmiyyətli güclərindən biri olan Rusiyanın yalnızlaşdırılmasına deyil, tam əksinə mərhəmətlə, səmimi şəkildə yaxınlaşıb daha da sağlam və güclü olmasını təmin etmək lazımdır. Belə ki, ədalət və xoşbəxtlik başqa ölkənin təcrid olunması ilə inşa edilə bilməz. Müsəlmanlar olaraq bizim idealımız isə hər dindən, hər irqdən, hər düşüncədən insanın xoşbəxt, rahat, keyfiyyətli yaşadığı bir dünya qurulmasıdır.
Biz Allah’ın Quranda göstərdiyi əxlaqın tələbi olaraq rus, türk, erməni, ərəb, kürd, xristian, musəvi, sünni, şiə, vəhabi- hər kəsin hörmət və dəyər gördüyü insan olaraq yaşadığı, heç kimin digərinə üstün tutulmadığı, bir-biri ilə qardaş kimi yaşadığı dünya üçün cəhd edirik. Bu dünyanın qurulmasında Rusiyanın vacib rolu olduğuna inanır, Yaxın Şərqdə sülhün təsis edilməsi üçün önəmli gördüyümüz xüsusları təqdim edirik:
1. Dünya sülhünün önündəki ən önəmli əngəllərdən biri radikalizm və xurafatdır. Ancaq bir çox ölkə bu problemin həllini yanlış yerlərdə axtarır və problemin daha çox böyüməsinə səbəb olurlar. Təzyiq və zorakılıq radikalizmi qızışdırır, xurafat bu cür şəraitdə daha çox inkişaf edir. Sosial-iqtisadi tədbirlər də bir səviyyəyə qədər təsirli olur. Xurafatı tamamilə aradan qaldırmaq isə gerçək İslamın, yəni Quranın izah edilməsi ilə mümkündür. İŞİD, Əl-Qaidə, Boko Haram kimi bütün terror təşkilatları yanlış da olsa hər hansı bir inancla ortaya çıxır. Bu inancın yanlışlığı göstərilmədiyi təqdirdə dünyanın fərqli yerlərində fərqli adlarla terror təşkilatları insan toplamağa və hərəkət etməyə davam edəcək. Qurandan konkret dəlillər verərək bu quruluşların İslam anlayışı saxtakarlığının sübut edilməsi isə bataqlığı tamamilə qurudacaq tək üsuldur. Unudulmamalıdır ki, fikirlər, ideologiyalar bombalarla, silahlarla yox olmaz, doğru fikirlərlə təsirsiz hala gətirilə bilər. Hərbi müdaxilə yox, fikri mübarizə aparmaq lazımdır. Bu fikri mübarizədə Rusiyanın və Qərbin ən əhəmiyyətli müttəfiqi Quran əxlaqını əsas götürən səmimi müsəlmanlar olacaq.
2. 2003-cü il İraq müharibəsindən indiyə kimi keçən 11 ildən sonra ortaya çıxan mənzərə "şiddətin daha çox şiddət gətirdiyinin" sübutudur. İraq və Suriyada inkişaf edən «İslami» terror təşkilatları ancaq Qurandakı gerçək İslamın izah edilməsi ilə şiddətdən imtina edərlər. Hər nə qədər bir çox müsəlman tərəfindən açıq şəkildə dilə gətirilməsə də, bu qruplar bəzi klassik ənənəvi islami qaynaqlardakı açıqlamaları və saxta hədisləri özlərinə əsas götürüblər. Bu səbəbdən terrorun həlli ənənəvi İslam deyil, Quranda izah edilən həqiqi İslamdır.
3. Terror təşkilatlarından və hərbi hərəkatlardan ən çox mülki şəxslər, qadınlar, uşaqlar, yaşlılar zərər çəkir. Belə ki, Suriya vətəndaş müharibəsi İkinci Dünya müharibəsindən bu yana yaşanan ən böyük köçlərin birinə səbəb olmuş, 6 milyondan çox insan evini tərk etmişdir. Son dövrdə İŞİD-in hücumları ilə yenidən artan köçlər böyük ehtimalla ABŞ-ın bombardmanları ilə daha da sürətlənəcək. Bu insanlara yaşaya biləcəkləri təhlükəsiz bir bölgə təmin etmək çox əhəmiyyətlidir. Bu səbəbdən Türkiyənin təqdim etdiyi, "Türkiyə-Suriya sərhədində təhlükəsiz sahə yaratma layihəsi" həyati əhəmiyyət daşıyır. Bu layihəni güclü edən isə Rusiyanın dəstəyidir.
4. Suriya vətəndaş müharibəsi boyunca Rusiya haqlı bəzi səbəblərdən Qərbin siyasətinə paralel siyasət aparmamışdır. Ancaq hazırkı vəziyyət kürd, ərəb, türkmən, nusayri, şiə, sünni - bütün bölgə insanları üçün təhlükəsiz bölgə qurulmasını artıq zəruri edir. Təhlükəsiz bölgə layihəsi Suriyanın bütövlüyünə yönələn bir addım olaraq qəbul edilməməlidir. Əksinə bu, Suriyanı və Suriya xalqlarını qorumaq üçün alınan bir tədbirdir. Yaradılacaq təhlükəsiz bölgə Rusiyanın dəstəyini alsa, bu vəziyyət Suriya xalqına güvən verəcək, yersiz narahatlıqları aradan qaldıracaq və əmin-amanlığın təsis edilməsində əhəmiyyətli bir addım olacaq. Bu səbəbdən Rusiyanın təhlükəsiz bölgə yaradılmasına maddi və mənəvi dəstəyi çox önəmlidir.
5. Türkiyənin heç vaxt qonşularına qarşı işğalçı siyasəti olmamışdır. Ancaq qonşu ölkələrin keçmişdə PKK kimi Türkiyəni bölmək məqsədi ilə fəaliyyət göstərən kommunist terror təşkilatını bəslədiyi də həqiqətdir. Buna baxmayaraq, Türkiyə keçmişi keçmişdə qoymuş və qonşuları ilə yaxşı münasibətlər qurmuşdur. Hal-hazırda da Türkiyəni əsl maraqlandıran sərhəddə yaşanan problemdir. Bütün Avropa Birliyi ölkələrinin 2013-ci il ərzində qəbul etdiyi qaçqın sayını Türkiyə ötən həftə bir gün içində qəbul etmişdir. Türkiyənin qəbul etdiyi suriyalı qonaqların sayının 2 milyona yaxınlaşdığı təxmin edilir. Bizlər türk milləti olaraq zülmdən qaçan qonşularımızı qonaq kimi qəbul etməkdən məmnunluq duyuruq. Ancaq vəziyyətin beynəlxalq bir problem olduğu da göz ardı edilməməlidir. Türkiyənin mövcud vəziyyətdə İŞİD idarəçiliyi altındakı bölgələrlə sərhədinin olduğu və PKK terror təşkilatının varlığı nəzərə alındıqda, təhlükəsiz bölgə yaradılmasının hər hansı bir işğal məqsədi daşımadığı, tamamilə insani və təhlükəsizlik məqsədi daşıdığı daha yaxşı aydın olacaq.
6. Ukrayna problemində olduğu kimi, Rusiyanı təkləməyə və təcrid etməyə yönəlmiş beynəlxalq fikri qəbul etməyimiz mümkün deyil. Ukraynada bəzi quruluşların Avropaya yaxınlaşmaq istəməsi necə demokratik bir hüquqdursa, Rusiya ilə əlaqəsini qoparmaq istəməyənlərin düşüncələrini müdafiə etmələri də demokratik hüquqdur. Rusiyanı yox sayaraq, siyasət yürütmək, ötən əsrin düzgün olmayan metodlarından biridir. Bizim istəyimiz bölgədə və dünyada atılacaq hər addımda, qurulacaq hər yeni nizamda Rusiyanın da qabaqcıl rol oynamasıdır. Rus xalqı dindar, təmiz, təvazökar, gözəl xasiyyətli bir xalqdır. Hörmət, sevgi görmə, dəyər verilmə haqqıdır. Yeni bir nizam yaradıldığında bütün cəmiyyətlər kimi, onların da xoşbəxtliyi əsas alınmalıdır. 19-cu əsrdən etibarən yaşanan acılardan çıxarılan bir dərs var ki, o da başqa cəmiyyətlərin bədbəxtliyi üzərində xoşbəxtliyin inşa edilməsinin mümkün olmamasıdır. Rusiya bədbəxt olsa, bölgə xoşbəxt ola bilməz. Rusiya təhlükəsiz deyilsə, biz özümüzü güvəndə və rahat hiss edə bilmərik. "Yalnız biz güclü olaq, digərləri nə olursa olsun" dövrü artıq bitmişdir. Bu əsr Rusiya, İran, Suriya, İraq, ABŞ, Ermənistan, İsrail heç bir ölkənin təcrid edilmədən, "hamımız xoşbəxt, hamımız təhlükəsiz, hamımız rahat olaq" deyən sevgi insanlarının əsri olacaq.
Bütün bu məlumatlar işığında müharibələr, qarşıdurmalar, qırğınlar, terror hərəkatları və acılarla keçən iki əsrin ardından artıq dünyanın sülh və qardaşlığa qovuşma vaxtı gəlmişdir. Bu yeni sülh əsrinin inşasında Rusiyaya da əhəmiyyətli rol düşür.