Sülh yaratmaq sevgi və təhlükəsizliyi təmin etməklə mümkündür. Yaxın Şərqin bu günkü vəziyyətinə baxanda isə Türkiyənin öhdəsinə çox iş düşür.
Keçən həftə keçirilən BMT Baş Assambleyası konfransı Türkiyə baxımından əhəmiyyətli dəyişikliklərə səbəb ola bilərdi. Türkiyənin İŞİD koalisiyasının içində aktiv fəaliyyəti barədə Prezident Rəcəb Tayyib Ərdoğanın açıqlaması bir çoxlarını təəccübləndirdi. Mövzu ilə dərindən maraqlanan qərb mediası Türkiyənin isti münaqişədə iştirak edəcəyi barədə məlumat verməyə başladı. Ancaq bu Türkiyədə səhv başa düşülmüşdü. İsti münaqişəni dəstəkləmək başqa şeydir, koalisiyanı dəstəkləmək başqa şeydir.
Keçən həftə xatırlatdığımız əhəmiyyətli bir nüansı burada bir dəfə də xatırladaq. Türkiyənin Yaxın Şərqdə isti münaqişələrdəki davranışı, üslubu Qərb dövlətlərindən fərqli olub. Çünki Türkiyə təhlükəni daha fərqli cəhətdən və daha dərindən analiz edir. İŞİD problemində vəziyyət digərlərindən fərqli deyil. Belə ki, İraq və Suriyanın qərarında “İncirlik bazasının istifadə edilməsi” və “xarici silahlı qüvvələrin türk torpaqlarında yerləşdirilməsi”nə yer verilməmişdi. Havadan və qurudan hərbi əməliyyatın iki vacib maddəsinin qərarda olmaması Türkiyənin isti münaqişədə iştirak etməyəcəyini təsdiq edir. Onsuz da bu belə olmalıdır.
Türkiyə təhlükəsiz ərazi yaratmağa xüsusi əhəmiyyət verir və bunu öhdəsinə götürür.Təhlükəsizlik baxımından çox əhəmiyyətli nəticələrin əldə ediləcəyi bu sahənin yaradılması sükunətin yaranması üçün zəruridir. Suriya daxili münaqişənin hələ başlanğıcında dəfələrlə məsləhət gördüyüm, sözügedən sahə məsələsinin dilə gətirilməsinə çox gecikib. Ancaq yenə də daha çox vaxt itirmədən gerçəkləşdirilməsi, gərginliyin azalmasına səbəb olacaq.
Türkiyənin əsas tələbi olan tampon sahənin (təhlükəsiz ərazi) yaradılması nə qədər vacib olsa da, BMT Təhlükəsizlik Təşkilatının 5 üzvünün razılığını ala bilməmək ehtimalı var. İndiyə qədər 269 dəfə veto haqqından istifadə edən və fərqli-fərqli mənfəətlər üçün yaradılan təhlükəsizlik təşkilatı nümayəndələrinin effektiv nəticə əldə edə bilməməsi Türkiyə prezidenti tərəfindən BMT iclasında “dünya beşdən böyükdür” deyilərək tənqid edilib.
Mövcud sistemlər dəyişərkən İkinci Dünya müharibəsi zamanının qanunlarına hələ də sadiq olan Birləşmiş Millətlərin ciddi mənada dəyişikliyə ehtiyacı olduğu aydındır.
BMT Təhlükəsizlik Təşkilatının razılığı şübhəli olduğu üçün üzərində dayanılmalı olan ikinci variant müxtəlif koalisiya ölkələri ilə birlikdə təhlükəsiz ərazi yaratmaqdır. Bəhs edilən koalisiya qüvvələrinin dəstəyi ilə İraq və Suriya sərhədində təxminən 25 km-lik sahədə bir lent, yaxud da təhlükəsiz sahələr təşkil edilməsi proqnozlaşdırılır. BMT-nin dəstəyi bu ərazini nisbətən xarici təhlükələrə açıq hala gətirsə də, bir neçə ölkənin koalisiyası yayındırıcı qüvvə yaradacaq.
Türk rəsmi nümayəndələrinin təkidlə dilə gətirdiyi kimi, bu xətt bir işğal, ya da təlim sahəsi deyil, ordakı məzlum xalqı qorumaq və sərhəddə terror təşkilatlarına mane olmaq üçün yaradılan sülh xətti olacaqdır. Ərazinin təhlükəsiz hala gətirilməsi üçün ilk vacib şərt oradakı minaların təmizlənib silahlı ünsürlərin sahədən kənarlaşdırılmasıdır. Bu sahədə uçuşun ləğv edilməsi çox mühümdür. Sahə, beləliklə, hava hücumlarından tamamilə qorunacaq. Terror təşkilatlarının bombalanan ərazilərə irəliləməsinin qarşısı alınacaq və yerli xalq yaşadıqları yerlərdən ayrılaraq qaçqın statusuna düşməyəcəklər.
9 min türk əsgəri ərazidə sadəcə təhlükəsizliyi təmin etmək üçün yerləşəcəklər. Digər koalisiya üzvlərindən gələn daha az saylı əsgərlə bu rəqəmin 20-25 minə çatdırılmağı düşünülür. Bu, Rusiya və Çin baxımından əhəmiyyətlidir. Beləliklə, Rusiya və Çin ərazidə ABŞ əsgərlərinin nəzarəti məsələsi olduqda isə koalisiyaya dəstək olmayacaq. Ancaq türk əsgərlərinin mühafizə sahəsinin yaradılması Rusiyanın təhlükəsizliyinə səbəb olacaq.
Türkiyə Suriya və İraqdakı qarışıqlıqlar nəticəsində 2 milyona yaxın qaçqını himayəyə alıb. Türk xalqı olaraq məzlum qardaşlarımızı himayəyə almaq bizim üçün qürurvericidir. Türkiyə üçün gələcək nəsillərin qürur duyacağı medal kimidir.
Tarixdə az rast gəlinən bu qaçqın axını ilə birlikdə Türkiyəyə BMT tərəfindən edilən qaçqın köməyinin 150 milyon dollar, Türkiyənin xərclərinin isə 4.5 milyard dollar olduğunu burada xatırlatmaq lazımdır. Bu böyük fərq türk hökuməti tərəfindən heç vaxt dilə gətirilməyib. Lakin artan qaçqın sayı qarşısında bu mövzuda fərqli və əsaslı bir tədbirin alınması zəruridir. Təhlükəsiz ərazi qaçqın düşmüş Suriya və İraq vətəndaşları üçün də hər cür ehtiyaclarına çarə olan bir xətt və onları İŞİD, PKK və digər təhdidlərdən qoruyan bir qalxan olacaq.
Yaxın Şərqdə hal-hazırdakı mövqeyi səbəbindən açar ölkə statusunda olan Türkiyənin bu tələbi dəqiqliklə həyata keçirilməli, vaxt itirilməməlidir. ABŞ itiriləcək bircə günün belə riskli olduğunu nəzərə almalıdır. Rusiya baxımından isə Türkiyə mütləq qarant olmalı, Rusiyanın ərazi və Suriya ilə bağlı qorxusunu məhv edən siyasət izləməlidir. Türkiyə NATO-nun nümayəndəsi olduğu kimi Rusiyanın da müttəfiqidir və Rusiyaya yönələn təkləşdirmə siyasətində heç vaxt iştirak etməyib. Bu səbəbdən Rusiyanı razı salmaq Türkiyənin xüsusi vəzifəsidir.
Unudulmamalıdır ki, təhlükəsiz ərazilərin yaradılması İraq, Bosniya, Qolan Təpələri kimi tətbiq edilən hər yerdə müvəffəqiyyətli nəticə vermiş, qarşıdurmaların artmasına mane olmuş və xalqı qorumuşdur. Bu səbəbdən gecikmək olmaz. Bu tədbir Suriyada üç il əvvəl minlərlə insan ölmədən, müharibə başlamadan, 5 milyon adam ölkəni tərk etmədən əvvəl tətbiq edilməli idi. Heç olmazsa, indi vəhşiliyin artdığı bu günlərdə vaxt itirilməməlidir.
Adnan Oktarın Arab Newsdə nəşr edilən məqaləsi: