Dövrümüzdə heç nə gizli qalmır. Yüksək sürətlə inkişaf edən texnologiya sayəsində ölkələr və insanlar bir-birlərinə heç olmadığı qədər yaxındırlar. Siyasi yeniliklər, yaşanan fəlakətlər, müharibələr və qəzalar dünya ictimaiyyətinə həmin an çatdırılır. Hər kəsin şahid olduğu bu dəhşətli səhnə vicdanları sızladır. Mərhəmətsizlik, ədalətsizlik, kin, hirs və nifrət cəmiyyətləri sanki iflic edir. İnsanlar sevgiyə susamış vəziyyətdədirlər. Barışa, mərhəmətə, ünsiyyətə, şəfqətə olan həsrət hal – hazırda daha çoxdur. Bəşəriyyət bütün cəhdi ilə bu istiqamətə doğru irəliləyir. Ən rahatı yer üzünə "barış və sevgi" siyasətini hakim etməkdir. Çətini isə nifrət, kin, qəddarlıq, ağrı, iztirab, zülm və müharibələr içində yaşamaqdır.
Yaxın Şərqin son yüz ili müharibələr, işğallar, terror və şiddətlə doludur. İmperialist zehniyyət 1916 – cı ildə “Sykes-Picot” gizli razılaşması ilə Yaxın Şərqin çertyojunu çəkərək süni şəkildə böldü. Əsrlərdir birgə yaşayan qardaşlar, qohumlar, cəmiyyətlər zorla ayrıldı. Bu da kifayət etmədi; bölgənin yeraltı sərvətləri və maddi gücü istismar olundu. Daha sonra gələn diktatorlar insanların həyatını zindana çevirdi, azadlıqlarını əllərindən aldı. Orta Şərq xalqının qüruru qırıldı.
Maddi və mənəvi baxımdan dünyanın ən zəngin, peyğəmbərlərin yaşadığı bu gözəl ərazi sanki cəhənnəmə çevrildi. Mənfəətçilik, eqoizm və sevgisizlik bölgənin mehriban insanlarını iflic etdi; sevincini əlindən aldı, hüzurunu pozdu. Şiddət və nifrət üslubu cəmiyyətlərə həyat sevinci yerinə kədəri daddırdı. Bəzi tayfa, təşkilat və partiyalar öz mənfəətləri uğrunda rəhbərlik etdikləri bölgələrdə ən fundamental insan haqqlarını məhv etdilər. Rejimlər xalqlarını deyil, yalnız iqtidarlarını düşünməyə başladılar. İnsana deyil, maddiyyətə sərmayə qoyuldu. Pullar təhsilə, sağlamlığa, ictimai həyata, sənətə deyil, silahlara xərcləndi. İmperializm, vəhşi kapitalizm və nifrəti önə çıxaran digər siyasi hərəkatlar bölgəyə nə barış, nə də xoşbəxtlik gətirdi. Bölgəyə gələn ölkələr də həmişə sevgisiz siyasət yürütdülər. Problemlər sevgi, ünsiyyət, mehribanlıq və qarşılıqlı anlayışla deyil, yalnız şiddətlə həll edildi.
Halbuki bölgənin tək ehtiyacı sevgi idi. Təhdidlər, sərtlik, şiddət və nifrət siyasəti yerinə Orta Şərqə sevgi siyasəti hakim olmalıdır.
Dünya sevgiyə möhtacdır. Orta Şərq sevgiyə möhtacdır. Türkiyə sevgiyə möhtacdır.
Türk milləti Orta Şərqdəki xalqları çox sevir. Suriyanın sülhünü, İraqın güclənməsini, Livanın keçmiş günlərindən daha yaxşısına qovuşmasını, azad və müstəqil Fələstini həsrətlə istəyir. Misirdə, Yəməndə dincliyin və sevginin hakim olmasını istəyir. Əlbəttə ki, bu istək üçün güclü olmaq da zəruridir.
Güc dedikdə, ordular, atəşlər, silahlar, insan gücü və ya maddiyyat ağla gəlməməlidir. Dünyadakı ən böyük güc sevgi ilə qurulmuş siyasətdən ibarət, çox keyfiyyətli cəmiyyətin varlığıdır. Birlik olmaq, çətinliklərə və hücumlara qarşı birlikdə qarşılıq vermək güclü olmağın sirridir. Keyfiyyət, sənət, qabiliyyət və birlik ən böyük silahımızdır. Sevgi ən böyük silahımız, zənginliyimizdir.
Orta Şərqdə ölkələr fasiləsiz bölünməyə davam edir. Əvvəlcə bu dayandırılmalıdır. Bu yanlış düşüncə yerinə birlik ruhu bu əraziyə hakim olmalıdır.
Hər bölünmədən sonra yeni keçilməz sərhədlər yaradılır. Minalar döşənir, tikanlı məftillər çəkilir, divarlar yüksəldilir, xəndəklər qazılır. Halbuki, Orta Şərqin tək ehtiyacı sevgi ilə sərhədlərin qalxması və azadlıqdır.
Birləşmənin insanların həyatına gətirəcəyi gözəlliklər çoxdur. Avropa Birliyi kimi, sərbəst dövranın olduğu, sərhədlərin açıldığı, Qahirədəki bir insanın Şama, İstanbula, Bakıya qədər rahat gedəcəyi azadlıq olmalıdır. Beyrutda nahar edən insanın axşam yeməyini Qəzzada yeyə bildiyi, Qüdsü ziyarət edib dərhal sonra Yemənə gedə bildiyi Orta Şərq olmalıdır.
Adnan Oktarın Arabian Gazette'də yayımlanan məqaləsi: