11 sentyabr 2001-ci il. Bu tarix təkcə amerikalılar üçün yox, bütün dünya üçün çox şeyi dəyişdirdi. ABŞ-ın Yaxın Şərqə yönəlməsi, terror təşkilatlarının meydana çıxması, radikalların daha da radikallaşması, təkcə Yaxın Şərqin deyil, Avropanın da terrorizm dəhşətinə məruz qalması bu tarixlə başladı. Bu tarix Qərbin Şərqə birbaşa daxil olduğu kilid tarixdir.
11 sentyabr hücumlarından dərhal sonra 7 oktyabr 2001-ci ildə Skot Svanson adlı pilota daha əvvəl heç sınaqdan keçirilməmiş bir vəzifə verildi. Svanson Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) binasının qarajında Predator adlı pilotsuz uçan aparatlardan (PUA) birini idarə edirdi. Həmin PUA özündən 11.000 km uzaqlıqda Kandahar üzərində idi. Ağırlığı isə digər PUA-lardan 110 kq çox idi. Həmin hava vasitəsi istifadə edilən ilk silahlı PUA idi.
Əmr gəldiyi zaman Svanson əlindəki pultun düyməsini basdı. PUA-nın atdığı raket Kandaharda bir hədəfə doğru yol aldı. Yalnız bir neçə saniyə içində Əfqanıstan, həyatı sanki cəhənnəmə çevirən yeni bir kabusla tanış olacaqdı.1 Təkcə Əfqanıstan deyil, İraq, Pakistan, Suriya, Yəmən və Somali də.
O tarixdən etibarən beynəlxalq müharibə sanki dron müharibəsi kimi davam edir. Obamanın vəzifəyə gəldiyi dövrdə bir çox amerikalının ümidi Yaxın Şərqdən Amerikan əsgərlərinin tamamilə çəkilməsi idi. Bir çoxlarımız üçün bu, ABŞ-ın Əfqanıstan və İraqda hərbi müdaxilələrinin başa çatacağı müjdəsi idi. Ancaq Amerikan əsgərlərinin çoxu evlərinə geri qayıtsa belə ABŞ-ın Yaxın Şərqdəki müdaxilələri daha güclü və qanlı müharibəyə çevrildi. Əsgərlərin əvəzinə PUA-lar dinc əhaliyə dəhşət yaşatmağa başladı. Belə ki, avqust 2014 -avqust 2015-ci il tarixləri arasında, yəni təkcə bir ildə təkcə bir Predator flotu 1.000 fərqli hədəfə raket atmışdı.2
2002-ci ildə 167 olan PUA sayı bu gün 7.000-dən çoxdur. PUA-lar bu gün texnologiyanın bir möcüzəsi olmaqdan çox, hava müharibəsinin asan insan öldürən silahları kimi tanınırlar. PUA-dan atılan bombanın haranı hədəf seçdiyi, arxasında necə bir dağıntı qoyduğu, hansı ailələri vurduğu isə demək olar ki, heç kəsi maraqlandırmır. Məsələn, dekabr 2013-cü ildə Yəməndə bir PUA hücumu nəticəsində toydan qayıdan insanlar vurulmuş və 14 nəfər həyatını itirmişdi. Hökumət rəsmiləri istifadə edilən nəqliyyat vasitəsini əl-Qaidəyə məxsus nəqliyyat vasitəsi ilə səhv saldıqlarını deməklə kifayətləndilər.3 Digər bütün hallarda olduğu kimi, bu cinayətin də təfərrüatını heç kim araşdırmadı.
Pult otağındakılar üçün bir neçə hərbçi olan mümkün hədəflər əsas götürlür. Ancaq bəzən buralarda hədəf alınanlar arasında hərbçilərdən çox mülki şəxslər olur. Çox vaxt isə ancaq mülki şəxslər olur. Pakistanda 2004-cü ildən etibarən ABŞ-ın həyata keçirdiyi PUA hücumlarında təxminən 3962 nəfərin öldüyü, bunların 962-nin mülki şəxs olduğu, onlardan 207-nin uşaqlardan ibarət olduğu bildirilmişdi. 4
«The Intercept»in bir hesabatında ortaya çıxan mənzərə isə daha dəhşətlidir. Hesabata görə, Əfqanıstanda son dövrlərdə həyata keçirilən PUA hücumlarının 90%-nin "müəyyən edilən hədəflər" təşkil etmir. Başqa sözlə, bu hücumlar həmişə mülki şəxsləri hədəf alıb. Hesabatda şimal-şərqi Əfqanıstanda yanvar 2012-fevral 2013-cü illər arasında həyata keçirilən xüsusi əməliyyat zamanı PUA-lar tərəfindən 200 nəfərin öldürüldüyü bildirilir. Bunların təkcə 35-nin təyin olunan hədəf olduğu açıqlanıb. Yəmən və Somalidə isə ABŞ-ın kəşfiyyat imkanları məhdud olduğundan mülki itkilərin bilinəndən daha çox olduğu güman edilir.5
Mülki şəxslərin böyük dövlətlərin əli ilə, dünyanın gözü önündə qətlə yetirilməsi fəlakətlərin miqyasını anlamaq üçün kifayətdir. 11 sentyabrdan etibarən terrorçunu öldürərək məhv edəcəyi düşüncəsindən vaz keçməyən Amerikanın dərin dövləti bu siyasətlə daim terrorçu yetişdirdiyinin hələ də fərqində deyil. Hərbiçi ilə deyil, ideologiya ilə vuruşması lazım olduğunu hələ də anlamayıb. Obamanın Yaxın Şərqdə ABŞ-ın hərbi varlığını bitirmək istəyinin səmimi istək olması mümkündür. Amma dövlətlərə hakim dərin mafiyavari mexanizmlər, hüquq, dövlət və qanundan kənar gizli əməllər Yaxın Şərqdəki bu çirkin müharibəni bitirmək istəmədilər. Uzaqdan pultla idarə edilən cinayət silahları həm onların məqsədinə, həm Yaxın Şərq üzərindəki hakimiyyət ehtiraslarına, həm də bel bağladıqları silah sektorunun inkişafına xeyli töhfə verir.
Dövlətlərin içinə daxil olmuş mafiyavari strukturlar bu gizli planlarını əsrlər boyunca hazırlayıblar. Bu mexanizmlərin qurduqları hiylələr əsrlər boyu dövlətlər və onların rəhbərləri tərəfindən hər zaman bilinmiş, amma təhdidin böyüklüyü ucbatından reaksiya verilməmişdir. PUA-lardan istifadə edərək uzaqdan verilən əmrlərlə ailələrin, toyların, məscidlərin üstünə bomba yağdırmaq və bu üsulla daha çox müsəlman qanı tökmək də eyni hiyləgər nizamın bir parçası kimi görünür. Bir planı durdurmağın ən mühüm yollarından biri isə onu ifşa etməkdir. Yaxın Şərqin üzərində tuğyan edən silah yüklü PUA-ların məcburiyyətdən deyil, çirkli oyunun nəticəsi olduğunu mümkün olduğu hər yerdə üzə çıxarmaq və bu oyunu pozmaq lazımdır. Bunu bəlkə dövlət və ya kəşfiyyat rəhbərləri edə bilmir, amma xalqın iradəsi bir çox şeyi edə bilər. Xalqın beyin və birlik gücü çox vaxt sistemləri dəyişdirəcək qədər təsirlidir. Məzlum insanların, məsum uşaqların həyatları üzərində hazırlanan bu cinayətlərə son qoymaq əlimizdədir. Yetər ki, səssiz qalmayaq.
İstinad:
1-www.thebureauinvestigates.com/2015/06/02/monthly-drone-report-may-2015-us-strikes-kill-at-least-48-in-three-countries/
2-www.wired.com/2015/12/how-rogue-techies-armed-the-predator-almost-stopped-911-and-accidentally-invented-remote-war/
3-www.huffingtonpost.com/entry/civilian-deaths-drone-strikes_561fafe2e4b028dd7ea6c4ff
4-www.thebureauinvestigates.com/2015/06/02/monthly-drone-report-may-2015-us-strikes-kill-at-least-48-in-three-countries/
5-www.huffingtonpost.com/entry/civilian-deaths-drone-strikes_561fafe2e4b028dd7ea6c4ff
http://xeberman.com/yazarlar/1749-yaxn-rqd-dron-mhariblri.html
http://newsbaku.info/post/3573-yaxin-serqde-dron-muharibeleri.html
http://zias.biz/zias/1145-yaxin-srqd-dron-muhariblri.html
http://koseyazilarimiz.com/index.php?newsid=301
http://gundelik.info/index.php?newsid=7369
http://www.yeniaxtaris.az/2016/01/yaxin-s%C9%99rqd%C9%99-dron-muharib%C9%99l%C9%99ri/
http://xeberman.com/yazarlar/1749-yaxn-rqd-dron-mhariblri.html
http://bakisesi.com/kose/2284-yaxin-sherqde-dron-muharibeleri.html