Dünyanı idarə edən gizli və aşkargüclər tarix boyuncamüxtəlif yollarla digər dövlətləri asılı hala salmışlar. Bu asılılıq çox vaxt maddi baxımından olmuşdur. Gizli güclərəməxsus banklar “çətin anda ortaya çıxan köməkçilər kimi”dərhal aktivləşirlər. Bu məqsədlə iqtisadi böhranlar yaradılır, ölkə daxilindəkütləvi üsyanlar, çevrilişlər baş verir, qəzəbli insan kütləsi formalaşdırılır. Bu qəzəbli insanlar çox vaxt müəyyən bir ideologiya uğrunda mübarizə apardıqlarını zənn edirlər. Halbuki hər biri müxtəlif təbliğat üsulları ilə maarifləndirilmiş, şüuraltı təlqin metodları ilə “silahlandırılmışlar”.
2011-ci ildə başlayan ərəb baharı bir çoxları üçün azadlıq mübarizəsi idi. Təəssüf ki, Yaxın Şərq xalqlarının böyük əksəriyyətigizli mərkəzlər tərəfindən qızışdırıldıqlarınınfərqinə varmadılar. Demokratiyaya keçmək cəlbedici görünsə də,həmin mərkəzlər istədiyi üçün diktaturaları dağıtdıqlarını, həsrətini çəkdikləri demokratiyaya isə bu yolla nail olmayacaqlarını düşünmədilər. Bu mübarizəgizlicəonları idarə edən dərin güclərin nəzarətində idi. Bununla da bölgə xalqları həmişə əsarət altında qalacaq və demokratiyaya əsla icazə verilməyəcəkdi.
Suriya müharibəsinin 6-cı ilində həqiqəti görməyə başlayanların sayı artmışdır. Dərin güclərYaxın Şərq cəmiyyətləri üzərində açıq şəkildəoyunlaroynamışdır və Suriyabunun əzabınıhələ də çəkir. Bunun fərqinə varan və müstəqil hərəkət edən üç ağıllı region ölkəsinin Suriya məsələsi üçün bir araya gəlməsi məhz buna görə vacib idi və bu, Suriya münaqişəsinin ilk başladığıdövrdən etibarən dəfələrlə dilə gətirdiyimiz bir məsələ idi.
Türkiyə, Rusiya və İran Suriya məsələsində bu günə qədər fərqli mövqelərdə olsalar da, ittifaqlarını pozmayan ölkələrdir. Bu üç ölkə Yaxın Şərqdə söz sahibi olmağa çalışan dərin güclərin hiyləgər planlarını bilərək vəhər şeyəbaxmayaraq, razılaşma içindədirlər.Astana danışıqlarında Suriya məsələsi ilə bağlı mühüm addımlaratılıbsa, buna səbəb bir-birinə dürüst yanaşan bu üç ölkədir.Belə ki, sülhü müdafiə etmək üçün cəmiyyətlər,ilk öncə, öz aralarında sülh içində olmalıdırlar.
Astana görüşləri dərin mərkəzlərin planını pozacaq önəmli bir ortaq qərarla başladı: Suriyanın ərazi bütövlüyü. Üç ölkənin də güzəştə getməyəcəyi bu məsələ Suriya torpaqlarında nə radikal, nə də stalinist olan qruplarınolmamasını rəsmiləşdirəcək xarakterdə idi. Bu, danışıqların əvvəlindən etibarən Suriyadabütöv Suriyanı idarə edəcək keçid hökumətinin mövcudluğunu zəruri edir. Bu keçid hökumətində heç bir tərəf təcrid olunmayacaq, BƏƏS rejiminin və müxaliflərin nümayəndələri burada bir araya gələcəklər. Müxaliflərin bunları bilərək Astana danışıqlarında iştirak etmələri mühüm addımdır.
Amma ən vacibiodur ki, bütün bu mərhələlərdən sonra seçimSuriya xalqına buraxılır. Demokratiya məhz buzaman dövrəyə girir. Beləliklə, xalqın etdiyi seçimlə Suriya ölkədə söz sahibinin kim olduğunu müəyyənləşdirməlidir. Yaxın Şərqdə arzulanan belə demokratiya üsyanlarla, vətəndaş müharibələri ilə yox,seçkilərlə gəlməlidir. Dərin güclərin himayəsindən xilas olmağın başlıca yolu budur.
Astanadaki bu ilk görüşdəsiyasi məsələlərin dərhal həll ediləcəyi onsuz da gözlənilmirdi. Bu görüşdə tərəflərdaha əvvəl olmadığı kimi bir araya gəldilər. Qarşılıqlı ittihamlar olsa da, bir-biriləri ilə fikir baxımından qatı olmadıqlarını göstərdilər.
Başqa bir mühüm mərhələ isə atəşkəsin davamlılığı idi. Üç ölkənin üçlü mexanizmlə atəşkəsin təmin olunmasına “zamin durmaları”çox mühümdür. Çünki bu ölkələrin təsir edə biləcəkləri qruplar var. Atəşkəsin olmasısülh danışıqlıqlarının də davamını təmin edəcək, məsələnin həllini sürətləndirəcək.
Qeyd etmək lazımdır ki, Rusiya müxaliflərlə görüşərək bu danışığa müsbət zəmin yaratmışdır.Lavrovun Rusiyanın Ankara səfirliyində müxaliflərlə keçirdiyi görüşlər tərəflərinbir-birilərinə olan münasibətinin yumşalması və sülhün təmin edilməsi baxımından böyük önəm kəsb edir. Buölkələrin qatısiyasət aparmaması, şübhəsiz ki, Suriyadakı qruplara və rejimə də müsbət təsir edir. Bundan başqa hər iki tərəf də bu ölkələrin dərin güclər tərəfindən idarə edilmədiyini bildiklərindən sülhə daha müsbət yanaşırlar. Bəlkə də bütün tərəflər ilk dəfə həqiqi mənada sülh istəyirlər.
Müalicənin edilməsi üçün əsas olan diaqnozu qoymaqdır. Dövlət məsələlərində də vəziyyət fərqli deyil. Hazırda Suriya üçün cəhd edən ölkələr Suriya üzərindəki gizli planları fərq etmişlər. Bunlar dünyanı idarə edən və istismarçılıq siyasətini həyata keçirən dərin güclərin hər zaman etdiyi şeylərdir. Bu səbəbdən hazırda məqsəd Suriyanı bu plana daxil etməməkdir. Bunun üçün Rusiya, Türkiyə və İran ciddi-cəhdlə çalışır, razılıqla hərəkət edir və ağıl, inam, sevgini ön plana alırlar. Region ölkələrinin dərin dövlətlərdən müstəqil dövrəyə girməsi elə bu səbəbdən çox önəmlidir və onlar məhz buna görə həll yoluna bu qədər yaxınlaşıblar. Suriyadakı qruplar da bu həqiqəti görə bilməli və oyuna gəldiklərini başa düşməlidirlər.
Tarixə nəzər yetirdikdə xalqları bölünüb parçalanan ölkələrin dərin güclərin himayəsinə girdiklərini, xalqlarının daim demokratiya və azadlıq adı altında üsyana sövq edildiklərini görmək olur. Demokratiya və azadlıq gözəl anlayışlardır. Amma demokratiya və azadlığı təmin etməyin yolu üsyan, qəzəb, nifrət deyildir. Bu anlayışlar ideoloji əsasların inkişaf etdirilməsini və hər cür fanatik təfəkkürün ortadan qaldırılmasını tələb edir. Bunun üçün əvvəlcə, Yaxın Şərq qaranlıq güclərin himayəsindən çıxmalıdır.Hazırda Suriyada bunun üçün mühüm addımlar atılmışdır, belə ki, sülhün təmin olunması və demokratiyanın inkişafı hər zamankından daha yaxındır.
Adnan Oktarın "Pravda" & " The Daily Mail "də yayımlanan məqaləsi:
http://www.pravdareport.com/opinion/columnists/03-02-2017/136782-syria_peace-0/
http://dailymailnews.com/2017/02/24/syria-is-one-step-closer-to-peace/