TÖVRATDAN MEHDİ (Ə.S) VƏ AXIRZAMAN HADİSƏLƏRİ İLƏ ƏLAQƏDAR İZAHLAR
“Qız hamilə qalıb bir oğul doğuracaq və adını İmmanuel (“Tanrı bizimlədir” mənasını verir) qoyacaq”. (Yeşaya 7:14)”. O da Mehdi (ə.s)-dır.
Baxın indi Şam necə izah edilir;
“Və Rəb belə deyir: “Şamlıların cəzasını qaldırmayacam”. Axırzaman üçün, Mehdi (ə.s) dövrü, Moşiyah dövrü üçün izah edilir. “Çünki günah üstünə günah işlədilər. Xalqı dəmir sapanlarla döydülər”. “Şamın qapı malasını qıracağam,” Qapı sürgüsünün qırılması nə deməkdir? Yəni oranı tutan, qoruyan, əsgər gücünü qıracağam. Allah: “Söküb atacağam” -deyir. “Və Aram (Şam) xalqı Kirə sürgün ediləcək”. Hal-hazırda sürgün oldular. Hamısı gəldi. Baxın, Tövrat gedəcəkləri yerə qədər söyləyir. “Sürgün olacaqlar” -deyir.
Tövrat şəhər adları verərək sayır;
“Hamanın sonu Arpadınkı, Samiriyənin sonu Şamınkı kimi olmadımı?” Samiriyə, Hama və Şam. Hamısı həlak olacaq deyir. Eynisi ilə də oldu. Tövrat adbaad, şəhər-şəhər söyləyir. CIA bunu Tövratdan görür. Peyğəmbər (s.ə.v)-in hədisləri ilə birləşdirirlər. Dünya dərin dövləti bu perspektivdən dünyanın qədər (tale) perspektivini görür və ona görə hərəkət edirlər.