Dünya dərin dövlətinin məqsədi Türkiyəni bölməkdir. Cənub-şərqi Anadolu bölgəsində yaradılmış kommunist PKK terror təşkilatının məqsədi də budur. PKk-nı bölgədə “dizayn edən” dərin dünya dövlətinin əsl məqsədi türklər ilə ərəblər arasında imansız bir sistemlə sədd çəkməkdir. Türklər tarix boyu İslam aləminə liderlik etmişdir. İslam aləminin ən güclü dövrləri bütün müsəlmanların birlik içində olduğu dövrlərdir. Bunun fərqində olan dərin dünya dövlətinin məqsədi də belə bir birliyin təkrar yaranmasına mane olmaqdır. Belə ki, kommunist PKK türklər ilə digər müsəlman cəmiyyətlərin əlaqəsini qoparmağı hədəf almışdır.
Hazırda Türkiyənin cənub-şərqini dəccali bir səddə çevirərək, Türkiyənin ərəb cəmiyyətləri ilə əlaqəsini qoparmaq və beləcə İslam ölkələri ilə mehdiyyət əlaqəsi qurula bilməməsi planlanır. Hz. Mehdinin (əs) vəzifəsini yerinə yetirməməsi şəklində bir layihə hazırlanıb. Dünya dərin dövləti hz. Mehdinin (əs) Türkiyədən çıxacağı və axırzamanda qurulacaq İslam Birliyində Türkiyənin öncül olacağını bildiyi üçün belə bir layihə yaratmışdır. PKK-ya verilən dəstək də elə buna görədir.
PKK-nın köhnə kommumist-darvinist ideologiyada olan bölgəyə sadəcə narahatlıq gətirəcək bir təşkilat olduğu dünya dərin dövlətinə də məlumdur. PKK-ya verilən dəstəkdə PKK-nın fikrini haqlı görmək kimi bir səbəb onsuz da yoxdur. Bölgədəki neft yataqlarını ələ keçirmək də zənn edildiyi kimi əsl hədəf deyil. Dünyanın bir çox yerindən neft əldə edilir və hələ istifadə edilməmiş neft yataqları mövcuddur.
Müsəlmanların birləşməsinə mane olmaq üçün PKK-nın mənfur üsulları və ideologiyası dünya dərin dövlətinin mənfəətinə uyğundur. Terror təşkilatı PKK qəddar, qatil və zorbadır. Bu yönü ilə dünya dərin dövlətinin tam ehtiyac duyduğu xüsusiyyətləri daşıyır. Terror təşkilatına olan dəstəyin ardında yatan səbəb budur. Dünya dərin dövləti PKK-nı istifadə edir.
Yalnız dövrümüzdə deyil, tarix boyu həmişə bu plan qüvvədə olmuşdur və dünya dərin dövləti buna uyğun hərəkət etmişdir. Dövrümüzdə cənub-şərqdə yaşanan qarşıdurma və terror da hz. Mehdiyə (əs) mane olmaq məqsədini güdür. Dünya dərin dövləti bütün müsəlmanların gücünü qıraraq və hətta mümkün olsa İslamı tamamilə yox edərək hz. Mehdiyə (əs) mane olacaqlarını zənn edirlər. Halbuki Dəccalın varlığı hz. Mehdini (əs) gücləndirir. Yəni planları tam mənası ilə əks təsir göstərir.
Dəccal olmasa, hz. Mehdinin (əs) zühuru üçün lazım olan şərtlər meydana gəlməzdi. PKK olmasaydı, insanlarda laqeydlik və diqqətsizlik olardı. İŞİD olmasaydı, bölgə ölkələri laqeydliyə davam edərdi. Lakin bu gün yaşanan terror hadisələri səbəbindən insanlar həyat təhlükəsizliklərini belə təmin edə bilmirlər. Bu çətin mühit insanları səmimiyyətlə Allaha dua etməyə yönəldir. Suriya, İraq, Fələstin...daha əvvəl dindən uzaqlaşmış, sosialist kommunist ideologiyanın təsirinə girmiş ölkələrdi. Lakin bu gün bu vəziyyət dəyişmiş, bölgə xalqları yaşadıqları çətinliklər səbəbindən dinə sığınmışlar.
Müsəlmanların yaşadıqları çətinliklər artdıqca, Allaha olan duaları daha da səmimiləşir. Axırzamanın çətin dövründə müsəlmanların bir xilaskar üçün etdikləri dualara Allah hz. Mehdini (əs) göndərərək cavab verəcək, inşaAllah. Hz. Mehdi (əs) bütün dünyada vəhşilik və qarşıdurmaların sona çatmasına, hüzurun yayılmasına səbəb olacaq. Müsəlmanların Allaha olan səmimi duaları Quranda belə xəbər verilmişdir:
…Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar... (Nisa surəsi, 75)