Suriya, Şərqi Türküstan, Arakan, İraq, Fələstin, Əfqanıstan, Kəşmir...
Hazırda dünyada çox böyük xaos hakimdir. Bunu anlamaq üçün hər gün mətbuatda işıqlandırılan şəhid xəbərlərinə, yaralananların sayına baxmaq kifayətdir. Hər gün yüzlərlə insan evindən, yurdundan didərgin düşür. Bir o qədər insan qətlə yetirilir. Kiçik uşaqlara təcavüz edilir, hamilə qadınlarını qarınlarını deşərək körpələri öldürülür. Müsəlmanlar ağlagəlməz zülm və işgəncələrə məruz qalır. Demək olar ki, bütün dünyanı cənginə alan bu vəziyyət, xüsusilə, müsəlmanlara edilən zülmlər sürətlə artır.
Dünya isə İslam coğrafiyasında tüğyan edən bu zülmlərə sadəcə susur.
Əlbəttə ki, müsəlman ölkələrində zülmə səssiz qalmayanlar, özləri çətin vəziyyətdə olsalar da qaçqınlara qapılarını açanlar da var. Ancaq bu zülmü qulaq ardına vuraraq həyatına davam edənlər çoxluq təşkil edir. Belə ki, nə qəzetlərində nə də televiziyalarında bu xəbərlərə yer vermirlər. Bu ölkələrdə at yarışları kimi mövzular belə daha çox gündəmdədir və mətbuatda geniş yer tutur.
Bəzi müsəlman ölkələri isə "xarici qüvvələri" günahlandırmaqla kiafyətlənir. Halbuki, "xarici qüvvələri" günahlandırmaq nə düzgün addımdır, nə də hadisələrin həllində bir rol oynayır. Müsəlmanlar əvvəlcə öz səhvlərini sorğulamalıdırlar.
Suriyada İslam tarixində görünməmiş bir vəhşət yaşanarkən necə səssiz qaldıqlarını, bu zülmə niyə göz yumduqlarını yaxşıca düşünülməlidir.
"Qardaş" və "Ümmət" olmaq
Bu ayələr müsəlmanların bir-birinə qarşı necə münasibət bəsləməli olduqlarını bizə göstərir.
Bir müsəlman üçün Allah`ın rizasını, rəhmətini və cənnətini qazanmaq tək məqsəddir. Bunun üçün də Qurana və Peyğəmbərimizin (s.ə.v) göstərdiyi yola tabe olmalıyıq.
Ayələr və hədislər fərqli müsəlman qruplarından deyil, tək bir "ümmət"dən, qardaşlıqdan bəhs edir. Bu qardaşlığın, birliyin pozulması isə Quranda təxribat kimi göstərilir. Hazırda dünyada yaşanan xaos da tamamilə İslam aləminin parçalanmasından qaynaqlanır. Buna görə də müsəlmanlar yenidən tək ümmət halında birləşməyə can atmalı və ciddi cəhd göstərməlidirlər.
Quranda müsəlmanlara birləşmək əmr olunmuşdur:
Peyğəmbərimiz (s.ə.v) müsəlmanların nəinki bir-biri ilə döyüşməməsini, hətta bir-birlərinə qarşı kin belə saxlamamalarını, düşmənçilik bəsləməmələrini tövsiyə etmişdir:
“Bir-birinizə kin bəsləməyin. Bir-birinizə paxıllıq etməyin və arxa çevirməyin. Bir-birinizlə əlaqəni kəsməyin. Ey Allah`ın qulları, qardaş olun...” (Buxari- Müslim- Riyazüssalihn səh. 930)
“Bir-birlərinə sevgidə, mərhəmət göstərməkdə və şəfqətlə yanaşmaqda möminlər tək vücud kimidirlər. Bu bədənin bir orqanı şikayət etsə, yuxusuzluq və qızdırma ilə bədənin digər üzvləri də ona qoşular. (Buxari, Salat, 88; Müslim, Birr, 65.)
Ayə və hədislərdəki hökm çox açıqdır. Müsəlmanlar istənilən vəziyyətdə birliklərini, qardaşlıqlarını, haqqı, ədaləti qoruyub saxlamalıdırlar. Zülmə qarşı birləşmək, mənəvi birlik qurmaq, məzlumları qorumaq, fikri mübarizə aparmaq hər bir müsəlmanın vəzifəsidir. Xüsusilə də, Şura surəsinin 39-cu ayəsində deyildiyi kimi, iman gətirənlər “...Zülmə məruz qaldıqda birləşib qarşı çıxanlar..."dır.
Mənfəətləri üçün İslam Birliyini istəməyənlər böyük qəflət içindədirlər
İttihadi-İslamı istəməyən, dünya zülm və əzab içində qovrularkən ancaq öz rahatlığını düşünən və bu zülmlərə göz yuman insanlar böyük qəflət içindədirlər. Bu qəflətdən xilas olmaq, İslam Birliyinin ən qısa vaxtda qurulması üçün cəhd etmək bütün müsəlmanların borcudur. Çünki:
- Bu insanlar təhlükəsiz və rahat yaşaya bilərlər, ancaq Suriyadakı insanlar acdır və hər gün şəhid edilirlər.
- Bu insanlar öz mənfəətlərinə zərər gələcəyini düşünərək "İslam Birliyinə ehtiyac yoxdur" deyə bilərlər, ancaq Arakanda müsəlmanlar evləri ilə birlikdə yandırılır, Şərqi Türkistanda yaşayan müsəlmanlardan heç bir xəbər almaq olmur ...
- Bu insanlar üçün İttihadı İslam vacib olmaya bilər, ancaq məzlumlar "Rəbbim bizə bir yardımçı göndər" deyə səhər-axşam dua edirlər ...
Buna görə, müsəlmanların şövqünü və həyəcanını qıran, İslam Birliyinin əleyhinə səsləndidilərn fikirlərin nə qədər yanlış olduğunu bütün müsəlmanlara çatdırmaq, İslam Birliyinin zəruriliyini xatırladaraq müsəlmanların yenidən birləşməsi üçün cəhd etmək çox əhəmiyyətlidir ..
Təbii ki, bu da ancaq Quran əxlaqının öyrədilməsi, elmi dəlillərə əsaslanan, möhkəm imana vəsilə olacaq təhsil sisteminin qurulması ilə mümkündür. İnsan incəliklərlə öyrədildikdə şüuru açılır, eqoizm xüsusiyyətindən xilas olur, ayələri anlamağa və Quran əxlaqını tətbiq etməyə başlayır.
Buna görə də hər cür fikri mübarizə ilə, televiziya, kitab və ya jurnallarla İslam Birliyinin zəruriliyi izah edilməli, ümmətin qəfləti qırılmalıdır. İslam Birliyi müsəlmanlara deyil, İslam əxlaqının gözəlliyinin təbliği ilə bütün dünyaya sülh və əmin-amanlıq gətirəcəkdir.