Yaxın Şərq xəritəsi Yeni Dünya Düzənində nəzərdə tutulan kimi olacaqmı?
ucgen

Yaxın Şərq xəritəsi Yeni Dünya Düzənində nəzərdə tutulan kimi olacaqmı?

1098

 

Daha əvvəl istifadə edilən "Böyük Yaxın Şərq" ifadəsi əvəzinə "Yeni Yaxın Şərq" ifadəsi ilk dəfə ABŞ-ın keçmiş xarici işlər naziri Kondoliza Rays tərəfindən 2006-cı ilin iyun ayında Təl-Əviv səfəri zamanı bir çıxışda səsləndirildi. Maraqlıdır ki, bundan dərhal sonra 20 iyul 2006-cı ildə ehtiyatda olan keçmiş podpolkovnik Ralf Petersin "Mübarizəni heç vaxt tərk etmə" adlı kitabında bu "Yeni Yaxın Şərq"in xəritəsi dərc olundu.

 

Podpolkovnik Peters daha əvvəl ABŞ Baş Qərargahının Kəşfiyyat rəisi olmuş, xarici siyasət və strategiya mövzularında bir çox məqalə və kitab hazırlamış, fikirləri hərbi dairələrdə olduqca təsirli olan, hazırda ehtiyatda olan Müdafiə Nazirliyinin hərbiçisidir. Müdafiə Nazirliyi podpolkovnik Ralfın kitabındakı xəritəni rəsmi olaraq qəbul etməsə də bu xəritənin NATO-nun Müdafiə Kollecində təhsil proqramında istifadə edildiyi məlumdur.1

 

Bundan başqa, bu xəritə podpolkovnik Pitersin şərhi ilə "Qan sərhədləri: daha yaxşı Yaxın Şərq necə görünər?" başlığı ilə ABŞ ordusunun "Silahlı Qüvvələr" jurnalında dərc edildi.2

 

Bir əsrdən çoxdur ki, Yaxın Şərqi dizayn etməyə istiqamətli xəritələrin son versiyası olaraq qəbul edilən bu xəritə bölgənin qərbli bəzi dairələr tərəfindən proqnozlaşdırılan yekun sərhədlərini göstərir. Böyük Yaxın Şərq layihəsinin son mərhələsi olan Yeni Yaxın Şərq xəritəsi sanki I Dünya Müharibəsindən sonra Osmanlı torpaqlarını bölüşmək məqsədilə qəbul edilən gizli saziş Says-Pikonun bir növ 21-ci əsr versiyasıdır. O günə qədər konspirasiya nəzəriyyəsi olaraq qəbul edilən müxtəlif fikirləri də bir növ təsdiq edir. Görünən odur ki, layihənin son mərhələsində artıq əsl hədəfin gizlədilməsinə əvvəlki qədər əhəmiyyət verilmir.

 

2006-cı ildə çəkilmiş xəritənin nəzərdə tutduğu sərhədlər bu gün o qədər reallığa çevrilib ki, "The Atlantik" jurnalı bundan ruhlanaraq 2008-ci ildəki bir nömrəsinin üz qabığında yayımladığı xəritəni "The New Map of the Middle East" başlığı ilə 19 iyun 2014-cü il sayında yenidən dərc etdi. Yazıda xəritədə nəzərdə tutulan bölünmələrin qaçılmaz olduğu qeyd edilirdi.3

 

Böyük Yaxın Şərq layihəsinin adı ilk dəfə ABŞ-ın 43-cü prezidenti Corc Buş hökuməti tərəfindən istifadə edilib və 2004-cü ildə keçirilən G-8 zirvəsi ilə gündəmə gəlib. Halbuki bu ad 19-cu əsrin axırlarından dövrümüzə qədər gələn köklü və uzun müddətli bir layihəyə verilən bir çox addan yalnız sonuncusudur.

 

Bu layihənin miqyası qərbdə Mərakeşdən şərqdə Pakistana, şimalda Türkiyənin Qara dəniz sahillərindən cənubda Yəmənə qədər daxil olan ərazini əhatə edirdi. Yəni bu gün müharibələrlə, münaqişələrlə, çevrilişlərlə, parçalanma, iğtişaş, terror və qeyri-sabitliklərlə dolub daşan, dünyanın ən qarışıq, daha doğrusu "ən çox qarışdırılmış" bölgəsidir. Bölgənin ən əhəmiyyətli xüsusiyyəti İslam aləminin ən böyük, mərkəzi və strateji hissəsini əhatə etməsidir.

 

Forması, tətbiq olunması və ictimaiyyətə təqdim olunma qaydaları müəyyən dövrlərə görə dəyişsə də layihənin mahiyyəti və əsas hədəfi heç vaxt dəyişmədi. Ən başından etibarən layihənin qərbli dərin dövlətlər tərəfindən müəyyən olunmuş ilkin məqsədi region ölkələrinin və xalqlarının Osmanlıya bənzər bir birlik və ittifaq yaratmalarının önünü kəsərək İslam ölkələri birliyi fikrinin qarşısını almaqdır. Əlbəttə, bununla yanaşı bölgənin zəngin yeraltı və yer üstü sərvətlərinə hakim olmaqdır. Digər üçüncü mühüm amil də bu prosesin əvəzolunmaz ünsürü olan fasiləsiz qanlı müharibələr sayəsində bir qism silah istehsalçılarına yüz milyardlarla dollarlıq maliyyə mənbəyi təmin etməkdir.

 

1800-cü illərin axırlarında Osmanlının Mosul və Kərkükdə neft çıxarılması üçün alman Deutsche Bankı ilə müqaviləsi əsasında ingilislər həmin alman firması ilə 1901-ci ildə dərhal dolaylı tərəfdaşlıq quraraq Yaxın Şərq neftinə sürətlə daxil oldular. Sonra dövrün sürətlə inkişaf edən ölkəsi ABŞ da bölgədəki neft axtarma və çıxarma əməliyyatlarında iştirak edərək oyuna daxil olmaqda gecikmədi. Dağılmaqda olan Osmanlı torpaqlarındakı bu zəngin neft ehtiyatları Qərbin bütün diqqətini Yaxın Şərqə yönəltmişdi.

 

Çox keçmədən Yaxın Şərqdəki Osmanlı irsi olan torpaqları bölgənin rəhbərliyi mandat sistemi ilə İngiltərə və Fransa arasında bölüşdürdü. Beləliklə, rəsmi və geniş mənada Böyük Yaxın Şərq layihəsinin ilk mühüm addımı atılmış oldu. Bunun ardından da layihə müxtəlif aktlar və tənzimləmələrlə dövrümüzə qədər mərhələ-mərhələ həyata keçirilməyə başladı.

 

ABŞ Konqresinin 1957-ci ildə qəbul etdiyi "Yaxın Şərqdə sülh və sabitliyi qorumaq" adlanan və "Eyzenhauer doktrinası" kimi tanınan qərar Yaxın Şərqə yönəlik münasibəti ilə bugünkü Böyük Yaxın Şərq layihəsinin eyni prinsiplərini müdafiə edirdi. Eyni şəkildə bir mətbuat konfransında ilk dəfə ABŞ Prezidenti Corc Buş tərəfindən 1990-cı ilin avqustun ayında istifadə edilən "Yeni Dünya Düzəni" anlayışı dünya ictimaiyyətini tədricən Böyük Yaxın Şərq layihəsinə öyrəşdirmə cəhdləridir. ABŞ-ın keçmiş müdafiə nazirinin müşaviri politoloq Samuel Hantinqtonun "Foreign Affairs" adlı elmi-publisistik jurnalının 1993-cü il yay sayında dərc etdirdiyi, sonradan kitab halına saldığı "mədəniyyətlər qarşıdurması" tezisi davam edən Böyük Yaxın Şərq layihəsinin ideoloji bünövrəsini qururdu.

 

Hökumətə hərbi siyasət, İraq müharibəsi, milli təhlükəsizlik kimi məsələlərdə məsləhət verən, yüksək çinli məmurlar arasında böyük nüfuza malik olan, 1997-2006-cı illər arasında fəaliyyət göstərən və mərkəzi Vaşinqton DC-də yerləşən düşüncə təşkilatı "Yeni Amerikan Layihəsi" də Yeni Dünya Nizamı və Böyük Yaxın Şərq layihəsinin bir nömrəli nəzəriyyəçilərindəndir. 2006-cı ilin sonunda bağlanan PNAC-ın keçmiş direktoru Harri Şmit fikirlərini hökumətə qəbul etdirdiklərinə görə artıq varlıqlarına ehtiyac qalmadığını bildirmişdi.4

 

Belə ki, həmin ilin yaz aylarının əvvəlində bəhs etdiyimiz "Yeni Yaxın Şərq" ifadəsi və bu Yeni Yaxın Şərqin təfərrüatlı xəritəsi qüvvəyə mindi. Davamında da İraqın işğalından sonrakı son dalğa olan ərəb baharı ilə Suriya, Liviya, Yəmən və digər bir çox ərəb ölkəsi də istənilən qarışıqlıq mühitinə çəkilərək xəritənin reallaşmasına doğru ciddi addımlar atıldı.

 

Bir çox qərbli dərin dövlət əsrlik xəyalları olan bu xəritənin formalaşmasında nəticəyə sürətlə yaxınlaşdığını düşünür. Lakin unudmamalıdır ki, xəyallar və gizli planlar hər zaman gözlənildiyi, hesablandığı kimi baş vermir. Tarix, uğrunda çox böyük əmək sərf edilən, ancaq tərsinə fırlanan saysız-hesabsız gizli planla doludur. Yaxın Şərqi çətinliklər gözləyə bilər. Amma İslam ölkələrinin bir-birindən tamamilə ayrılıb parçalanması, İslamın birlik və bütövlüyünün məhv olması qədərdə yoxdur. Çətinliklər və təhlükələr baş verə bilər, lakin bütün bunların nəticəsində ortaya çıxacaq xəritə həmin dərin dövlətlərin heç də gözlədiyi kimi olmayacaq.

 

1- www.globalresearch.ca/plans-for-redrawing-the-middle-east-the-project-for-a-new-middle-east/3882
2- www.armedforcesjournal.com/blood-borders/
3- www.theatlantic.com/international/archive/2014/06/the-new-map-of-the-middle-east/373080/
4- en.wikipedia.org/wiki/Project_for_the_New_American_Century

 

Adnan Oktarın «Riyadh Vision»  «Gulf Times»da dərc olunan məqaləsi:

http://www.gulf-times.com/story/475626/Why-plans-for-redrawing-the-Middle-East-will-fail

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr