Adnan Oktar: Çətinlik deyil, rəhmət
ucgen

Adnan Oktar: Çətinlik deyil, rəhmət

1836

Bəzən səbrinizin tükəndiyini düşünürsünüz? Ya da çox sıxıntı çəkdiyinizi? Hamı sizə qarşı çıxır? İnsanlar sizi başa düşmür və hadisələrin həmişə əleyhinizə olduğunu düşünürsünüz?

Sıxıntılı bir dövr keçirə bilərsiniz, ancaq bu vəziyyət heç də düşündüyünüz kimi mənfi bir hal olmaya bilər...

Allah bütün sıxıntılarınızı xüsusilə yaradır, bunlar insan üçün hazırlanan hədiyyə paketi kimidir. Hər insanın qüsuru fərqlidir, bəziləri səbirsiz, bəziləri həyəcanlı, bəziləri etibarsız, bəziləri tez əsəbiləşən və s...

Sıxıntılarımız, xəstəliklərimiz, itirdiyimiz şeylər əslində, əxlaqımızı gözəlləşdirmək, ruhumuzu təmizləmək üçün bir nemətdir.

Rəbbimiz hər insanın nəyə ehtiyac duyduğunu və nə qədər dözümlü olduğunu yaxşı bilir. Sıxıntınız varsa, bu sizin gücünüz nisbətindədir və hətta imanla yanaşsanız, bu sizin mənəvi cəhətdən daha da qüvvətlənməyinizə səbəb olar.

Sıxıntılı bir vəziyyətlə qarşılaşan insan dərhal pessimistləşərək çıxış yolunun olmadığını, bu sıxıntıdan xilas ola bilməyəcəyini zənn edir. Hətta bəziləri bu hala düşdüyü üçün Allah`a üsyan edir, ancaq belə düşüncə sadəcə şeytanın vəsvəsəsidir.

Allah dünyada hər insan üçün fərqli imtahanlar yaradır. Allah`ın insanlara buyurduğu ibadətlər, onları sınamaq üçün yaratdığı çətinliklər, yüklədiyi məsuliyyətlərin hamısı gücümüzün çatacağı nisbətdədir. Ona görə də bizim buna səbir etməyə mütləq gücümüz çatar.

Rəbbimiz hamının nəyə, nə qədər dözəcəyini çox yaxşı bilir. Allah sonsuz ədalət sahibidir və qullarına qarşı Həlim olandır. Rəbbimiz heç kimə gücünün çatmadığı bir çətinlik yükləməz, vicdanının qəbul etməyəcəyi bir məsuliyyət verməz və heç kim haqsızlığa məruz qoyulmaz. Bu Allah`ın vədidir, Rəhman və Rəhim isimlərinin təzahürüdür.

İnsan dünya həyatında xəstəliklər, qəzalar, maddi, mənəvi sıxıntılar və.s qarşılaşır. Bütün bunlar onu sınamaq üçün yaradılır və mütləq bunları daşıyacaq qədər gücü olur. Bunlar o insanın qədərində Allah`ın xüsusilə təqdir etdiyi hadisələrdir.

Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Dərgahımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz. (Muminun surəsi, 62)

Səbəblərə bağlı yaşamaq sıxıntısı

Dünyadakı hər şey gerçək kimi görünür və hadisələr səbəblərə bağlı olaraq baş verir. Bu səbəbdən bəzi insanlar dünyada özlərinə verilən müddətin heç bitməyəcəyini düşünürlər. Getdikcə hər şeyin köhnəlməsi, insanların yaşlanması və ölümün varlığı da onların bu gerçəyi qəbul etməsinə təsir etmir. Dünya həyatını gerçək zənn edib aldananlar ölümdən sonra bir həyat olduğunu düşünmək istəmirlər. Dünyaya bağlanaraq yaşayan belə insanlara görə sıxıntılar heç vaxt bitmək bilmir. Buna görə də hadisələrdəki hikməti görmək və xeyir olduğunu düşünmək üçün dünya həyatının müvəqqəti imtahan olduğunu unutmamaq lazımdır.

Səmimi bir mömin mütləq səbir və gözəl əxlaq göstərəcəyi hadisələrlə qarşılaşdığını bilməlidir. Başına nə gəlsə də, bu  onun gücünün çatacağı və səbir edəcəyi bir hadisədir.

İman gətirənlər ruziləri azalanda, xəstələnəndə, ya da başqa hansısa çətinlik zamanı kədərlənmirlər, əksinə bu sıxıntıları bir nemət kimi görürlər. Xoşbəxt olmaq üçün hansısa xüsusi bir səbəbə ehtiyac duymurlar, onlar üçün iman gətirmək şükür etmək və sevinmək üçün ən başlıca səbəbdir.

Dünya həyatındakı çətinliklərin onlara imtahan üçün verildiyini ve çətinliklərə səbir edəndə bunun Allah qatında gözəl bir qarşılığı olacağını ümid edirlər. Bu düşüncə onların sevinc mənbəyidir. Vicdanla hərəkət etdikləri üçün müqayisə edir ve müqayisə ilə birlikdə nemətlərin qiymətini daha yaxşı bilirlər. Elə bu da onlara iman sevinci yaşadır.

İman sevinci və bir xatırlatma

İman sevinci elə bir şeydir ki, iman gətirməyənlər bu sevinci heç bir zaman təqlid belə edə bilmirlər. Səmimi bir  hissdir iman sevinci. Bu, Uca Allah`ın razılığını, rəhmətini və sonsuz cənnət həyatını uman möminin qəlbinin Allah`dan gələn sevinclə dolmasıdır.

Möminlərin dünyada yaşadığı bu xoşbəxt həyat cənnətdə getdikcə artaraq davam edəcək.

“İman gətirib yaxşı işlər görənlərə gəlincə isə, onlar Cənnət bağçalarında şadlıq içində olacaqlar. (Rum surəsi, 15)

Bundan sonra nə çətinliklə qarşılaşsanız da, unutmayın ki, buna gücünüz çatar, öhdəsindən gələ bilərsiniz və səbirlə, gözəl əxlaqla bu sıxıntıdan xilas olarsınız.

Axırıncı xatırlatmamızı edək. Bir məsələdə sıxıldığınızı, narahat olduğunuzu düşünəndə dünyadakı digər insanların vəziyyətlərinə də bir nəzər salın və biraz düşünün. Müharibədə aclıq çəkərək ölənləri, ot yeyərək yaşamağa çalışanları, bomba səsləri ilə yuxudan oyananları, evləri başlarına uçurulanları, içməyə su tapmayanları yaxşıca düşünün.

Sahib olduqlarınıza yenidən şükür edin. Sizin bəlkədə bir neçə il geyindiyiniz üçün bəyənmədiyiniz ayaqqabınızı yuxusunda belə görməyən insanları düşünün və halınıza şükür edin.

Sizə verdiyi bütün nemətlər üçün Allah`a həmd edin. Əlhamdulillah, Sənə şükürlər olsun Allah`ım deyərək gözəllikləri görmək üçün niyyət edin.

Adnan Oktarın Arab News'de nəşr edilən məqaləsi:

http://www.arabnews.com/islam-perspective/news/666456

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr