Beşinci Şüa
Otuz il əvvəl nəşr edilmiş "Mühakəmati-Gözəliyyə"də bəhs edilən Zülqərneyn Səddi, Yəcüc-Məcüc və digər qiyamət əlamətlərindən iyirmi mövzu o Mühakəmatı əlavə olaraq on üç il əvvəl qaralama şəklində yazılmışdı. Çox qiymətli bir dostumun xətri üçün bu qaralamanın üzü köçürüldü, Beşinci Şüa oldu.
Xatırlatma: Ön sözdəki məqsədin aydın olması üçün əvvəlcə ön sözdən sonra gələn mövzuların oxunması lazımdır.
"Artıq onun əlamətləri gəlmişdir" (Məhəmməd surəsi, 18) ayəsinin dərin mənalarından biri də bu zamanda möminlərin imanını qorunması və şübhələrdən təmizləməsidir. Axır zamanda meydana gələcək hadisələrə aid hədislərin bəzisinin bənzətmələrlə izah edilən Quran ayələrində olduğu kimi dərin mənaları vardır. Bu hədislər mənası açıq olan ayələr kimi şərh olunmaz və bu şərhləri hamı dərk edə bilməz. Ancaq bəzi insanlar bu hədisləri açıqlamaq yerinə, bunları başqa bir şəkildə izah edərlər.
"Onun əsl izahını ancaq Allah və elmdə dərinləşənlər bilər" sirri ilə bu hədislərin həqiqi mənaları və nəzərdə tutulanın nə olduğu, ancaq bu hadisələr ortaya çıxıb reallaşdıqdan sonra aydın olar. Elmdə dərinləşmiş, dini məlumatları möhkəm və qüvvətli olanlar "Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir" (Ali İmran surəsi, 7) deyib, o gizli həqiqətləri ortaya çıxarırlar.
Beşinci Şüanın ön sözü və iyirmi üç məsələsi vardır. Ön söz beş nöqtədən ibarətdir.
Birinci Nöqtə:
İman və məsuliyyət, iradə və bir şeyi seçmək gücü baxımından bir imtahan, təcrübə və bir yarışma olduğundan, pərdəli, yəni üstüörtülü, dərin və yoxlayıb araşdırma və təcrübə tələb edən mövzular əlbəttə, çox aşkar və açıq olmaz. Və bu mövzular vicdan istifadə etmədən hər kəsin istər-istəməz qəbul edəcəyi kimi, “məcburi olaraq inanılacaq şəkildə” olmaz. Çünki ancaq o zaman Əbu Bəkirlər ucaların ən ucasına çıxa bilir və Əbu Cahillər də alçaqların ən aşağısına düşə bilirlər. Əgər insandakı bir şeyi seçmə gücü, yəni iradə ortadan qalxsa, bu vəziyyətdə adamın məsuliyyəti də qalmaz. Möcüzələrin çox nadir olaraq reallaşmasının sirri və hikməti də budur. Onsuz da dünya həyatındakı qiyamətin qopacağını xəbər verən şərtlər və qiyamətin qopmasını xəbər verən əlamətlər Qurandakı hökmü açıq olmayan, şərh olunmalı bəzi ayələr kimi, bağlı və şərh tələb edəcək şəkildə olur. Ancaq Günəşin Qərbdən doğması çox açıq bir şəkildə hər kəsin görüb inanacağı bir hadisə olacağından, tövbə qapısı bağlanar və bu hadisə reallaşdıqdan sonra Allah Qatında adamın tövbəsi və iman etməsi qəbul edilməz. Çünki o zaman Əbu Bəkirlər və Əbu Cahillər, yəni yaxşılar da, pislər də bu həqiqətləri qəbul edər və hər ikisi də eyni mövqedə olar.
Hətta Həzrəti İsa Əleyhissalamın ikinci dəfə yer üzünə enməsi və onun İsa Əleyhissalam olduğu da ancaq iman gözü, iman nuru ilə fərq edilə bilər; hər kəs bilməz. Hətta Dəccal və Süfyan kimi ürküdücü şəxslər heç özləri də, özlərini bilmirlər.
İkinci Nöqtə:
Gələcəklə bağlı bilinməyən işlərin və hadisələrin bəzisini Peyğəmbərə aydın olaraq bildirilir. Bu mövzuda şəxsi olaraq istəyə görə müdaxilə edilməz və qarışılmaz. Quranın və Peyğəmbərimizin (s.ə.v.) nəql etdiyi hədislərin şərhə ehtiyac qalmayacaq şəkildə açıq olanları kimi. Ancaq bu hədislərin bir başqa qismi isə Peyğəmbərimizə (s.ə.v.) yalnız qısa xülasə ilə bildirilir: şərhlər və təsvirlər Peyğəmbərin anlayışına buraxılır. Məsələn, imani mövzulardan başqa kainatda reallaşan və gələcəkdə meydana gələcək hadisələrə dair hədislər kimi. Bu qisimdə Peyğəmbərimiz (s.ə.v.) məqsədə və şərtlərə ən uyğun şəkildə yerində, məqsədəuyğun və hikmətli izahatları ilə müqayisə etmə tərzində bənzətmələrlə bu mövzuları imtahanın sirrinə uyğun şəkildə, ətraflı şəkildə nümunələrlə açıqlayır. Məsələn: Bir söhbətdə dərin bir səs-küy eşidildi. Buyurdu ki: "Bu səs-küy yetmiş ildən bəri Cəhənnəm tərəfinə diyirlənən bir daşın bu dəqiqədə Cəhənnəmin dibinə çatıb düşməsinin səs-küyüdür." Bu heyrətverici xəbərdən sonra biri gəldi dedi: "Ya Rəsulallah! Yetmiş yaşında olan filan münafiq vəfat etdi, Cəhənnəmə getdi. (Müslim: Cənnət, 31, hədis nömrə: 2844; Müsned, 3:341, 346) Bu nümunə Peyğəmbərin qüsursuz, yerində, hal və vəziyyətə ən uyğun şəkildə söylədiyi sözünün şərhini göstərdi.
Xatırlatma: İman həqiqətlərindən başqa daha az əhəmiyyətə sahib gələcəyə aid hadisələr Peyğəmbərlik nəzərində əhəmiyyətsizdir.
Üçüncü Nöqtə: İki dərin mənalı sözdür.
Birincisi:
Bənzətmələr və müqayisələr şəklində nümunələrin istifadə edildiyi bəzi hədislər aradan zaman keçdikcə xalq arasında xarici mənası ilə qəbul edilmişdir. Buna görə də meydana gələn hadisələr hədislərə uyğun görünməmişdir. Hədisdə izah edilən hadisələr əslində tam olaraq reallaşdığı halda, bunların bir-bir izah edildiyi şəkildə reallaşdığı aydın olmur.
İkincisi:
Bəzi hədislər müsəlmanların cox olduğu, İslam əxlaqının yaşandığı və ya xilafətin mərkəzində olduğu halda, bu hədislərin bütün insanları əhatə etdiyi və bütün dünyaya istiqamətli olaraq izah edildiyi zənn edilmişdir və müəyyən bir bölümə aid olduğu halda, bütün insanları əhatə edən və ümumi bir məsələ olaraq qəbul edilmişdir.
Dördüncü Nöqtə:
Ölüm vaxtı və ölüm kimi bilinməyən işlərin bir çox hikmət və faydası ilə gizli qalması kimi, dünyanın can vermə anı və ölümü, insanların və heyvanların ölümü olan qiyamət də bir çox fayda və hikmətlə gizlədilmişdir...
Bəli, əgər ölüm vaxtı məlum olsaydı, yarı ömrü qəflət içində və yarıdan sonra dar ağacına asılmaq üçün hər gün bir addım daha onun tərəfinə atılmaqla sərhədsiz bir dəhşət içində, qorxu və ümid arası halın tarazlığı və hikməti pozulardı, eynilə: Dünyanın əcəli və can verməsi olan qiyamət zamanı aydın olsaydı, ilk və orta çağlarda insanlar öldükdən sonrakı həyat düşüncəsindən çox az təsirlənəcəkdi. Və dünya həyatının qiyamətə yaxın son dövrü sərhədsiz dəhşət halı içində olub nə dünya həyatının ləzzəti və qiyməti qalar və nə də qorxu və ümid arası iradə ilə itaət edərək Allaha qulluğun əhəmiyyəti və hikməti olardı.
Əgər bu mövzular aydın şəkildə bilinsəydi, imanın bəzi əsasları və həqiqətləri çox açıq şəkildə görünəcək hala gələr və hər kəs istər-istəməz bu həqiqətləri qəbul etmək vəziyyətində qalardı. O zaman vicdan istifadə edilərək bir şeyi seçmə gücü və iradəyə bağlı olan imtahanın sirri və iman etmənin arxasındakı hikmət və məqsəd də pozulardı. Bax, bunun kimi bir çox faydalar üçün qeybi olaraq bilinməyən işlər gizli qaldığından hər kəs, hər dəqiqə həm əcəlini, həm daimiliyini düşündüyü üçün həm dünyaya, həm axirətinə işləyə bildiyi kimi, hər əsrdə də həm qiyamət qopacağını, həm dünyanın davamını düşünə bildiyi üçün; həm dünyanın keçiciliyinə, axirət həyatının daimiliyinə, həm heç ölməyəcək kimi dünyanı şənləndirmək üçün işləyə bilər.
Əgər ki, bəlaların zamanı bilinsəydi, başına bəla gələcək olan adam qarşılaşacağı bəlanı gözləməsi ilə o gələcək olan bəladan bəlkə də on misli qədər daha çox mənəvi bir bəla çəkəcəkdi, bu səbəblədir ki, bu məlumatlar Allahın hikməti və rəhməti ilə gizli və üstüörtülü buraxılmışdır.
Və maddi aləmdə gələcəkdə meydana gələcək olan hadisələrin çoxunun belə hikmətləri olduğundan, gələcəkdən xəbər vermək qadağan edilmişdir. Allahın adətullahındaki "Qeybi ancaq Allah bilir" qaydasına qarşı hörmətsizlik və itaətsizlik etməmək üçündür ki, Allahın izni və təqdiri ilə dinin tələb etdiyi məsuliyyətlər və imanın əsaslarından başqa mövzularda gələcəyə istiqamətli bilinməyən və gizli hadisələrdən xəbər verən insanlar da yalnız işarə növündən üstü bağlı məlumatlar vermişlər. Hətta Tövrat, İncil və Zəburda Peyğəmbərimiz haqqında gələn müjdələr və xəbərlər belə bir dərəcə pərdəli və bağlı gəlmiş ki, o kitablara əməl edən bəzi insanlar bu həqiqətləri özlərinə görə səhv şərh edərək, iman etmədilər. Lakin imanın inanc əsasları ilə əlaqədar mövzularda açıqlayaraq və təkrarlayaraq xəbər vermək və açıqca izah etmək imtahanın sirri olduğundan, Quran və Allahdan aldığı məlumatları insanların anlayacağı şəkildə izah edən Peyğəmbərimiz (s.ə.v.) axirətə aid mövzuları aydın şəkildə, gələcəkdə dünya üzərində meydana gələcək hadisələri də qısaca xəbər vermişdir.
Beşinci Nöqtə:
Həm hər iki Dəccalın əsrlərinə aid olan möcüzələri, onların məsələsi ilə və əlaqəsi ilə rəvayət edildiyindən onların şəxslərinin ortaya çıxacağını anlayıb və yanlış fikrə qapılmasından o rəvayətin mənası bağlı olmuş, mənası gizlənmişdir. Məsələn təyyarə və qatarla gəzməsi…
Həm məsələn, məşhur olmuş ki: İslam Dəccalı öldüyü zaman ona xidmət edən şeytan İstanbulda Obeliskdə bütün dünyaya qışqıracaq və hər kəs o səsi eşidəcək ki: "O öldü" Yəni çox çaşdırıcı və şeytanları da heyrətləndirən radio ilə qışqırılacaq xəbər veriləcək.
Həm Dəccalın rəhbərliyinə və meydana gətirdiyi gizli cəmiyyətinə və hökumətinə aid qəribə halları və qorxunc tətbiqləri, onun şəxsi ilə əlaqəli olaraq rəvayət edildiyi üçün mənası gizlənmişdir. Məsələn, hədisdə "O qədər qüvvətlidir ki, tək Hz. İsa (ə) onu öldürə bilər, başqa çarə olmaz" deyə rəvayət edilmişdir. Yəni onun üsulunu və vəhşi rəhbərliyini pozacaq, öldürəcək, ancaq Allah Qatından göndərilmiş və uca, səmimi bir din xristianlarda ortaya çıxacaq və Quran həqiqətinə tabe olub İslamiyyət ilə birləşən Xristianlıq dinidir ki, Hz. İsanın enişi ilə o dinsiz məktəb məhv olar, mənən ölər. Yoxsa onun şəxsini bir mikrob, bir soyuqdəymə ilə öldürülə bilər.
Hədisi rəvayət edən inanların bəzisinin səhv şəkildə hökm çıxararaq etdikləri şərhlər hədislərin sözlərinə qarışıb hədis zənn edilir, mənası gizlənir. Buna görə də, bu hədislərin reallaşan hadisələrə uyğunluğu aydın olmaz, bunlar şərh olunmağa ehtiyacı olan hədislər mövqeyinə girər.
Keçmiş zamanda indiki kimi birliyin və cəmiyyətin mənəvi şəxsiyyəti ortaya çıxmadığından və bir çox xüsusiyyəti bir adamın üzərinə yükləmə fikri hakim olduğundan, birliyin təyinedici xüsusiyyəti və böyük hərəkətləri o birliyin başında olan insanlara verildiyi üçün o insanlar möcüzə tərzində və bütün xüsusiyyətlərə uyğun gəlməsi üçün yüz dərəcə cismindən və qüvvətindən böyük, təəccüb doğuracaq bir cisim və müdhiş bir heykəl və çox möcüzəli qüvvət və qüdrət lazım olduğundan zehində elə canlandırılıb elə izah edilmişdir. Buna görə də bu hədislərin reallaşan hadisələrə uyğun gəlməsi aydın ola bilməz, bunlar şərh olunmağa ehtiyacı olan hədislər sanılır.
Həm iki Dəccalın sifətləri və halları ayrı-ayrı olduğu halda, mütləq gələn rəvayətlər bir-birinə qarışdırılır, biri digəri zənn edilir. Həm "Böyük Hz. Mehdi"nin halları əvvəlki Hz. Mehdilərə işarə edən rəvayətlərə uyğun gəlmir, şərh oluna bilər, mənası bağlı hədis hökmünə keçir. İmam Əli (r.a) ancaq İslam Dəccalından bəhs edir.