Narkotiklə mübarizə aparan polislər narkotik vasitə qaçaqmalçılığı ilə məşğul olur...
Mallarını oğurladığını düşündükləri adamın evinə hücum edirlər...
Polislər evdəki bütün ailəni öldürür, dörd yaşındakı uşağı belə...
Ailədən sağ qalan ancaq kiçik qız uşağıdır...
Bunların hamısı məşhur filmdən kadrlardır. Film bir çox Hollivud filmində olduğu kimi, qəddar dünyanı təsvir edir. Tamaşaçılar isə əllərində popkorn onlarla insanın vəhşicəsinə öldürülməsini böyük zövqlə seyr edir.
Şiddət filmləri ilə yanaşı televiziya seriallarından kitablara qədər bir çox yayımda əxlaqi degenerasiyaya məruz qalmış insanlar sanki qəhrəman kimi təqdim edilir. Bu yayımlarda bir-birinə xəyanət edən ər-arvadlar, ensest münasibətlər, güc və ya iqtidar üçün törədilən cinayətlər, korrupsiyalar, sui-istifadələr, intriqalar, qadınları alçaltma, hətta döymə kimi hadisələr gündəlik həyatın bir hissəsi olaraq insanlara göstərilir.
Bunların əksəriyyətinin real həyatdan götürülmüş hadisələr olduğunu düşünürük. Halbuki bir çox psixoloq bunun əksini düşünür və mediada geniş şəkildə istifadə edilən şiddət faktorunun cəmiyyətlərə mənfi təsirinə diqqət çəkir.
Bunlardan biri də Ruh və Əsəb Xəstəlikləri Xəstəxanasının baş həkimlərindən biri olan dos. dr. Medaim Yanıkdır. Yanık verdiyi bir açıqlamada bunları qeyd edir:
“Media şiddətin dərk edilmə formasına təsir edir. ... Şiddətin ifrat dərəcədə ekranlaşdırılması başqa şiddət davranışına yüngülləşdirici təsir edə bilər. Şiddətlə bağlı xəbərlərin verilməsində etik peşə standartları var. Lakin bu qaydalara əməl etmək əsasən xəbərçiliyin rəqabət tərzinə uyğun gəlmir”. (1)
İndi isə bu bu təsbitin həqiqiliyini sübut edək:
Bir uşaq kiçik yaşlarından yetkin olana qədər istər filmlərdə, istərsə də xəbərlərdə minlərlə insan öldürmə səhnəsinə şahid olur. Bu səhnələrin çox az hissəsində cinayətkarların peşman olmasına, çəkdiyi vicdan əzabına yer verilir. Uşaq sanki gördüklərinin təsiri ilə adam öldürdükdən sonra da "həyat eynilə davam edir, həbs edilsəm də, ora da internat məktəbi kimi adi bir həyat tərzidir" deyə düşünməyə təşviq edilir. Bu kimi uğursuz nümunələrin güclü təlqinlərlə təqdim edilməsi zorakılığı normal qarşılayan insanların formalaşmasına səbəb olur.
Uşaqlıqlarını zorakılığın təlqin edildiyi filmlərlə, əsas hədəfi öldürmək olan kompüter oyunları ilə keçirənlər insan öldürməyi çox normal qarşılaya bilirlər. Onlarla insanın ölümünə səbəb ola biləcək ölüm maşınından istifadə edən amerikalı leytenant Çadın“bombanı atdıqdan bir saat sonra Las Veqasdayıq” sözü bunun ən bariz nümunələrindən biridir (3). Bu qorxuducu və əcaib rahatlıq təkcə leytenant Çada xas xüsususiyyət deyil, şübhəsiz. Leytenant bombanı atdıqdan sonra səhəri gün yayımlanan, “Yəməndə əl-Qaidə yaraqlılarına qarşı olduğu irəli sürülən pilotsuz uçan aparat (PUA) hücumunda toydan qayıdan maşınlarda 12 mülki şəxs öldü” (4) şəklindəki bir xəbəri bir çox insan heç düşünmədən oxuyub keçə bilir. Bu xəbər həyatlarında heç bir dəyişikliyə səbəb olmur, onları narahat etmir, hətta çox vaxt diqqətlərini belə çəkmir.
Əslində bu şiddət spiralıdır. Biri öldürməyi qanuniləşdirən qurğular düzəldir. Bu qurğular xalqa qəzet və televiziyalardan hər gün fasiləsiz olaraq təlqin edilir. Terrorizmlə mübarizə və ya başqa bir bəhanə irəli sürərək çox vaxt məzlum insanlara qarşı «öldür» əmri verilir. Bu spiralın bir tərəfində leytenant Çad kimiləri bu əmri icra edir, qurğularla yönləndirilən digər tərəfə, yəni cəmiyyətə isə baş verənləri yuxulu gözlərlə seyr etmək, öyrəşmək qalır.
Təkcə zorakılığı deyil, oğurluq, sui-istifadə, ədalətsizlik kimi hər cür pisliyi özündə ehtiva edən bu qorxunc spiralı qırmaq əlbəttə ki, mümkündür.
Bunun üçün media çox izlənmə, pul qazanmaq məqsədi ilə pislikləri təşviq etmək, qızışdırmaq yerinə bu degenerasiyanı yox etmək və cilovlaya bilmək üçün də mövzular qoya bilər.
Türkiyənin məşhur üniversitetlərindən Qazi Universiteti Kommunikasiya Fakültəsi Radio-Televiziya Kino bölməsinin akademiki dos. dr. Aydan Özsoy da bu fikirdə olanlardan biridir. Dos. dr. Aydan Özsoy medianın cəmiyyəti maraqlandıran məsələlərdə üzərinə götürməli olduğu məsuliyyəti bu şəkildə açıqlayır:
«Aydındır ki, cəmiyyətdə şiddətə və cinayətə meyilin artmasının müxtəlif səbəbləri var. Media baxış sayını artırmaq, pul qazanmaq məqsədi ilə cəmiyyətdəki bu meyli gücləndirmək əvəzinə azaltmaq üçün mövzular hazırlaya bilər. Cəmiyyətdə bu sahədə aparılacaq hər cür maarifləndirmə önəmlidir. Xüsusilə yerli serialların qəhrəmanları - tamaşaçının özünü bu qəhrəmanlara bənzətdiyini nəzərə aldıqda – bu maarifləndirmə işinin həyata keçirilməsində mühüm rol oynaya bilərlər». (5)
Media, xüsusilə tamaşaçıların oxşarlıq qurduğu film qəhrəmanlarından istifadə edərək maarifləndirici funksiya daşıya bilər. Buna görə zorakılığı əsas metod olaraq qəbul etmədən şər qüvvələrlə mübarizə aparan vicdanlı qəhrəmanlara, etdikləri pisliklərdən peşman olan insanlara yer verilə bilər. İnsanlar arasındakı pisliklərin düzəldilməsi üçün yaradılan dünyanın etibarlı və firavan olduğu vurğulana bilər.
Məşhur sənətkarlar tərəfindən yardımlaşmanı, birlik və bərabərliyi, sevgini, mərhəməti təşviq etməyin saflıq olmadığı, insanın eqoist mənfəətləri ilə hərəkət etməsinin zərərləri
haqqında proqramlar hazırlana bilər. Sosial mediada bu mövzuda gündəm yaradıla bilər. Dərs kitablarında şiddətin çözüm olmadığı, cəmiyyətə və fərdlərə verdiyi zərərlər statistik məlumatlar və müvafiq misallarla izah edilə bilər.
Şiddət spiralının qırıldığı belə bir dünyada uşaqlar küçələrdə rahat oynaya biləcək, qadınlar ən qaranlıq küçələrdən qorxmadan keçə biləcək, uşaqlar yetim, qadınlar dul qalmayacaq. Silah və fərdi müdafiə vasitələrinə ayrılan yüz milyardlarla dollar insanlığın faydası üçün istifadə edilə biləcək. Bundan əlavə müharibələr, yoxsulluq, aclıq, cahillik insanlığın baş bəlası olmaqdan çıxacaq. Bu bir yuxu və ya utopiya deyil. Çox asanlıqla üstəsindən gələ bilərik. Yetər ki, pisliyə qarşı yaxşılığı istəyənlər birlik olsunlar.
İstinadlar:
(1) http://www.anlayis.net/makaleGoster.aspx?dergiid=74&makaleid=2073
(2) http://www.usasabah.com/Guncel/2013/03/16/iste-irak-isgalinin-faturasi
(3) http://www.hurriyet.com.tr/yazarlar/21085842.asp
(4) http://www.democracynow.org/2014/2/21/turning_a_wedding_into_a_funeral
(5) http://www.aljazeera.com.tr/gorus/yerli-dizilerin-urettigi-siddet-cinsiyetcilik-ve-kadin-cinayetleri
Adnan Oktarın «Diplomacy Pakistan»da dərc edilən məqaləsi:
http://www.diplomacypakistan.com/articles/the-scourges-enveloping-the-world-is-not-a-natural-part-of-life/