Çikaqo Universitetində Peggi Masonun apardığı təcrübə nəticəsində məlum olub ki, siçanlar şokoladı yemək yerinə, tələyə düşmüş yoldaşlarını xilas edirlər.
Təcrübədəki 30 siçandan 23-nün qəfəsi açaraq tələyə düşən siçanı xilas etdiyini, üstəlik də bunu qəfəsə qoyulan şokoladı yemədən əvvəl etdikləri müşahidə edilib. Yəni eqoist kimi tanınan siçanlar əvvəl kömək ediblər, sonra da yeməklərini paylaşıblar.
Təcrübənin nəticələri “Science” jurnalında dərc edilib. Peggi Mason sosial empatiyanın yalnız insana və ya bəzi məməlilərə xas olmadığını da bildirib.