Bəşəriyyət tarixində dərin iz qoyan müharibələr, qarşıdurmalar, əzablar, qətliamlar və böyük fəlakətlər keçən yüzilliyə öz damğasını vurdu. Bu müharibələrdə və siyasi cinayətlərdə 250 milyondan cox insan öldürüldü, milyonlarla insan aclığa və ölümə tərk edildi. Müxtəlif ideologiyalar arasındakı ziddiyyətlər böyük kütlələri ardınca sürüklədi və dünya cox böyük qarşıdurma mərkəzinə çevrildi. Qardaş qardaşa düşmən oldu və silahlı kütlələr cavan-yaşlı, qadın-uşaq demədən bütün dünyada acımasızca terror əsdirdilər.
XXI yüzillikdə dünya hələ də ədalət, sülh, hüzur və sevgiyə həsrətdir. Yaxın Şərqdə, Afrikada, Asiyada hələ də müharibələr, qarşıdurmalar davam edir. İnsanlar bu əzabların sona çatmasını nə qədər istəsələr də, hələ heç kim təsirli bir çıxış yolu tapmayıb. Ölkələr, hökumətlər, beynəlxalq təşkilatlar, yardım təşkilatları, sülh tərəfdarları da konkret nəticə əldə edə bilmirlər.
Dünyanın indiki vəziyyəti budur. İnsanlar bu sualların cavabını axtarmalıdırlar: “Niyə təsirli olmuruq? Niyə zülmə, əzablara, sıxıntılara, ədalətsizliyə, haqsızlığa, əzilən xalqların vəziyyətinə, dünyadakı qarşıdurmalara, müharibələrə son qoya bilmirik?”
Bəli, insanlar, hökümətlər, siyasətçilər, beynəlxalq təşkilatlar bu vicdan sorğusu nəticəsində bu həqiqəti görməlidirlər: “Deməli, nəyisə səhv edirik və çıxış yolunu yanlış yerdə axtarırıq”.
Bu sorğu nəticəsində ortaya bu həqiqət çıxır: dünyadakı heç bir problemin çıxış yolu siyasət deyil və ola da bilməz. Əlbəttə, siyasət kütlələrin səsini eşitmək üçün, onlara yön vermək və yönəltmək mövzusunda vacib vasitədir. Ancaq siyasət tək başına heç bir mövzunu həll edə bilməz.
Məsələn, uzun illərdir İslam aləminin siyasətlə, siyasi manevrlərlə qurtuluşunun mümkün ola biləcəyi, Yaxın Şərqdəki qarışıqlıqların siyasətlə həll edilə biləcəyi düşünülür. Bu məqsədlə, “İslam aləmində problemləri həll etmə” adı altında ciddi bir siyasi xətt götürüldü. Halbuki, İslam aləminin problemləri nə vaxt tək siyasətlə həll edilmişdir ki?
Yaxın Şərqdə iqtidarda olan diktator idarəçilik yalnız siyasətlə ortadan qardırıla bilməz. Onların tərəfdarlarının fikirlərinin nə şiddət, nə də top-tüfənglə yox edilmədiyini tarix bizə göstərmişdir. Belə birliklərə ancaq Allah sevgisi və Allah qorxusu aşılansa, birliklərdəki insanlar ağıllı və yüksək vicdanlı şəxslər ola bilərlər. Sevgi və sülh ancaq belə yaşanmağa başlayar, xalqlar bir-birlərinə hörmət edər, anlayışlı olar və rahat şəkildə yaşaya bilərlər. Cəmiyyət ancaq bu şəkildə inkişaf edə bilər və güc qazana bilər.
Əgər liderlər xalqa Allah’ı və Allah’ın yaratdıqlarını sevməyi aşılaya bilərsə, xoşbəxt və rahat bir cəmiyyət yarada bilərlər. Əks halda, siyasətin tək başına hakim olduğu yerdəki soyuqluq insanlara müsbət təsir göstərə bilməz. İnsanları, birlikləri, problemləri həll edən şey onların ruhlarındakı sevgi, şəfqət, mərhəmət, dostuq, qardaşlıq hisslərini, insani və vicdani dəyərləri hərəkətə gətirməkdir.
Əgər bu vacib həqiqət diqqətə alınsa, sıxıntılara çarə tapmaq daha asan olar. Dünyaya yön verən siyasətçilər, sülh tərəfdarları və beynəlxalq yarış təşkilatları əvvəl bu böyük əskikliyi düşünərlərsə, dünyada hər şeydən əvvəl insani dəyərləri, sevgini, qardaşlıq hisslərini canlandırmağa çalışarlarsa və siyasəti bu zəmin üzərində qurarlarsa, məhz o zaman təsirli nəticə əldə edə bilərlər.
Unutmamalıyıq ki, əgər bir şeyin əsasını sevgi təşkil edəcəksə, o zaman hər şey olacaq. İnsanlara sevgi ilə yaxınlaşınca, doğruya, yaxşılığa, gözəl bir çağırışa onlar da eyni gözəlliklə cavab verəcəklər. Bu anlayış olsa, cəmiyyətdə qarşılıqlı inkişaf etmiş negativ düşüncələri də ortadan qaldıra bilərlər. Əgər insanların qəlbində sevgi inşa edə bilsəniz, o zaman o cəmiyyətin insanları qarşılaşdıqları nifrət sözlərinə və ya nifrət birliklərinə qarşı çıxan bir güc əldə edəcəklər. Ətraflarında qarşıdurma yaradan hiddətli insanların qarşısını ala biləcək, onları doğru olana yönəltmə yönündə bir güc qazana biləcəklər.
Bu səbəbdən, cəmiyyətlərə yön verən məsul şəxslərin, siyasəti daha gözəl bir dünya yaramağın bir yolu kimi görən insanların bu vacib həqiqəti özlərinə rəhbər etmələri cox vacibdir. Vicdanlarını, insanlıqlarını itirmiş, dünyanı ancaq bir mənfəət arenası kimi görən nifrət birlikləri sevgiyə, vicdana, insanlığa yönləndirilmədiyi müddətcə cəmiyyətlər üzərində yürüdülən siyasətlər əsla və əsla qalıcı olmayacaq və müsbət nəticə verməyəcək. Sevgini əsas götürən, siyasətlərini və çıxış yollarını bunun üzərində bina edənlər isə mütləq müsbət nəticələr əldə edəcəklər.
Adnan Oktarın bu məqaləsinə aşağıdakı linkdə baxa bilərsiniz: