Klonlaşdırma təkamül nəzəriyyəsinə dəlil deyil
ucgen

Klonlaşdırma təkamül nəzəriyyəsinə dəlil deyil

1944

Canlıların klonlaşdırılması nədir?

 
Klonlaşdırma prosesi üçün klonlaşdırılacaq canlının DNT-sindən istifadə edilir. Canlının bir hüceyrəsində olan DNT-si mikroskop altına qoyulur və o növdən olan başqa bir canlıya aid yumurta hüceyrəsinin içinə yerləşdirilir. Bundan dərhal sonra ona şok verilir və yumurta hüceyrə şok nəticəsində bölünməyə başlayır. Bölünməyə davam edən rüşeym o növdən olan hər hansı canlının bətninə yerləşdirilir və inkişaf edib doğulması gözlənilir.
 

Klonlaşdırmanın nə üçün təkamüllə əlaqəsi yoxdur?

 
Klonlaşdırma və təkamül anlayışları təqdimat baxımından bir-birindən tamamilə fərqlidir. Təkamül nəzəriyyəsi cansız maddələrin təsadüflər nəticəsində canlı əmələ gətirməsi üzərində qurulmuşdur (bu iddianın həyata keçəcəyinə aid heç bir fakt yoxdur).Klonlaşdırma isə canlı hüceyrəsinin genetik maddəsindən istifadə edilərək həmin canlının kopyalanmasıdır. Burada proses onsuz da canlı olan hüceyrədən başlanılır və bioloji proses laboratoriya mühitində süni üsulla həyata keçirilir. Yəni ortada təkamülün əsas iddiası olan “təsadüfi” proses və ya cansız maddənin canlanması kimi bir vəziyyət yoxdur. Əslində klonlaşdırma prosesi təkamülə heç bir dəlil vermir, ancaq təkamül nəzəriyyəsini kökündən məhv edən bioloji qanunun çox açıq sübutudur. Bu qanun məşhur alim Lui Pasterin XIX əsrin sonuna yaxın ortaya qoyduğu “həyat həyatdan qaynaqlanır” prinsipidir. Bu aşkar həqiqətə baxmayaraq, klonlaşdırmanın təkamülə dəlil kimi göstərilməsi media yolu ilə həyata keçirilən yanıltma və yalandan ibarətdir.
 
Bu saxtakarlıq əslində təkamülçülərin klassik üsuludur. Təkamül nəzəriyyəsinin ortaya atılmasından sonra daha ilk illərdən başlayaraq nəzəriyyəni qəbul etdirmək üçün müxtəlif təbliğat üsullarının istifadə edildiyi, hətta bəzi təkamülçü alimlərin elmi saxtakarlıqlara əl atdığı məlumdur. Təkamülçü media da bu saxtakarlıqlara “ortaq” olmuşdur. Mövcud olmayan dəlillər təlqin üsulu ilə cəmiyyətə təqdim edilir və insanların çox hissəsinin bu yalanlara inanmasına nail olunmuşdur.
 
Ancaq xüsusilə son 40 il ərzində müxtəlif elm sahələrindəki irəliləyişlər canlıların meydana gəlməsinin təsadüf anlayışı ilə açıqlanmasının qeyri-mümkün olduğunu göstərmişdir. Təkamülçülərin elmi səhvləri və tərəfli şərhləri aşkar olunmuş və beləliklə, təkamül nəzəriyyəsi elmi metodla araşdırıldıqda doğru olmadığı məlum olmuşdur. Bu həqiqət isə təkamülçülərin bir qismini fərqli axtarışlara sövq edir. Elə “canlıların klonlaşdırılması” kimi elmi nailiyyətlərin təkamülə dəlil olduğu təbliğatının aparılması da bu səbəbdəndir.
 
Elmi həqiqətlərə əsaslanaraq cəmiyyətə söyləyəcək sözü qalmayan təkamülçülərin insanların məlumat azlığından faydalanaraq nəzəriyyəni dirçəltməyə çalışmaları yalnız o nəzəriyyənin elmi tərəfdən acınacaqlı halda olduğunu göstərir. Digər bütün elmi nailiyyətlər kimi “klonlaşdırma” da canlıların yaradıldığını göstərir.
 

Klonlaşdırma haqqında digər səhv anlayışlar

 
Klonlaşdırma barədə insanlarda yaranan digər səhv anlayış isə klonlaşdırmanın “insan yaratmaq” kimi qavranılmasıdır. Ancaq əslində klonlaşdırmanın insan yaratmaqla əlaqəsi yoxdur. Klonlaşdırma mövcud olan canlı çoxalma sisteminə mövcud olan genetik məlumatı əlavə etməkdən ibarətdir. Mövcud olan insanın genetik məlumatı götürülür, bir ananın bətninə yerləşdirilir və ananın doğacağı yeni körpə genetik məlumatı götürülən şəxsin “eyni yumurta əkizi” olur.
 
Klonlaşdırmanın nə olduğunu bilməyən bir çox insan isə bu barədə xəyali düşüncələrə malikdir. Məsələn, 30 yaşında bir insanın hüceyrəsinin götürülərək elə həmin gün yenə 30 yaşlı surətinin (kopyasının) əmələ gətirildiyini zənn edirlər. Ancaq sadəcə fantastik-elmi filmlərdə rast gəlinən belə “klonlaşdırma” forması mövcud deyil və olması da mümkün deyil. Klonlaşdırma əslində bir insanın  “eyni yumurta əkizinin” təbii yollarla (yəni ana bətnində) həyata gətirilməsidir. Bunun nə təkamül nəzəriyyəsi ilə, nə də “insan yaratmaq” anlayışı ilə heç bir əlaqəsi yoxdur.
 
Bir insanı və ya başqa hər hansı bir canlını yaratmaq, yəni yoxdan var etmək sadəcə Allaha məxsusdur. Belə ki, elmi nailiyyətlər də bu yaratmanın insanlar tərəfindən həyata keçirilməsinin mümkün olmadığını göstərir. Bir ayədə belə buyurulur:
 

Göyləri və yeri icad edən Odur. Bir işin yaranmasını istədiyi zaman, ona yalnız: “Ol!” -deyər və o da olar. (Bəqərə surəsi, 117)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr