BƏZİ FİLM VƏ SERİALLARDA GİZLİ OLARAQ İNSANLARIN GUYA İLAH OLDUQLARI TƏBLİĞATI EDİLİR, BELƏCƏ İNSANLARI QUL OLMA VƏ TƏVAZÖKAR OLMAĞA DEYİL, TƏKƏBBÜRLÜ OLMAĞA YÖNƏLDƏN, HAŞA İLAH OLDUQLARINA İNANMAĞA İSTİQAMƏTLİ ŞÜURALTI TƏLQİN VERİLİR
Avatar, Game of Thrones, Harry Potter, Star Wars, Thor, X Man, Üzüklərin şahı… Bunların demək olar ki, hamısında insanların ilah olması təbliğatı edilir. Yəni Allah olmaları təbliğatı edilir. Buna çox diqqət yetirsinlər. Xüsusilə uşaq yaşlarından etibarən uşaqları belə eqoizmə və təkəbbür hissinə doğru çəkirlər. Yəni qul olma, təvazökar olma deyil, Allah olmaq, haşa Allahdan böyük olmaq düşüncəsinə doğru çəkirlər. Bu da dəccaliyyətin gizli üsullarından biri olaraq diqqət çəkir. Amma bunu edənlər əlbəttə ki, bunu bilmədən edirlər. Öyrənənlər də çoxu bilmədən edirlər. Buna çox diqqət yetirmək lazımdır. Yəni kimsə dəccalın oyununa gəlməsin. Çünki dəccal insanlara ilah olduqlarını, Allah olduqlarını vurğulamaq istəyir. Amma bir çox sənətçi, yazarlar, bir çox sənət mütəxəssisləri bu oyunlara bilmədən gəlir; çox diqqət etmək lazımdır.
MÜNAFİQ, MÜSƏLMANLARDAN XOŞLANMAZ, İSLAMA YENİ QATILAN İNSANLARDAN DA XOŞLANMAZ
Onun ən böyük hədəfi islama yeni qatılan insanlardır. Bu münafiqi boğar. Onları bir an əvvəl müsəlmanlıqdan uzaqlaşdırmaq, islamdan uzaqlaşdırmaq üçün çox qanlı, azğın, iyrənc ağzıyla pislik etmək istəyər. Onun üçün islama yeni qatılan müsəlmanları münafiqlərdən uzaq tutmaq lazımdır. Çox alçaqdırlar, yəni mütləq bir fitnəylə onların ağlını və ürəyini azdırmaq istəyərlər. Şeytani qabiliyyətləri olduğu üçün zərər verə bilərlər. İslamı yeni öyrənən insanları belə murdar məxluqlardan uzaq tutmaq vacib bir mövzudur. Çox diqqət etmək lazımdır. Və yaxud heç olmasa onları xəbərdar etmək lazımdır.
MÜNAFİQİN BEYNİ MURDARDIR, BU MURDARLIQ HƏM GÖZLƏRİNDƏN, HƏM SÖZLƏRİNDƏN SANKİ LAĞIM KİMİ AXAR. AXIRZAMAN MÜNAFİQLƏRİ ƏN MURDAR MÜNAFİQLƏRDİR
Gözlərindən, ağzından lağım axar. Yəni söhbətləri da, baxışları da lağımdır. Beyinlərinin içindəki o lağım gözlərindən və ağızlarından axar. Yəni münafiq murdardır. Amma əlbəttə ki, bəzən daha azğın münafiqlər olur. Bir də orta münafiqlər var. Yəni münafiqlər dərəcə-dərəcədir. Birdən minə qədər münafiq dərəcələri vardır. Amma Axırzaman münafiqləri, mehdiyyət dövrünün münafiqləri xüsusi yaradılmış münafiqlərdir. Çox təkmilləşmiş, çox azğın münafiq tipləridir. Çox diqqət edilməsi lazımdır. Çox ağıllı olarlar, çox şeytani, üzsüz, arsız və dözümlüdürlər. Allah ayədə: "Cəhənnəm atəşinə dözümlüdürlər." deyir. Münafiqin bədəni şərəfsizliyə, əxlaqsızlığa da dözümlüdür, ondan təsirlənməz . Yanar bişər, amma yıxılmaz, yenə o şərəfsizliklə davam edər.