CÜMƏ SURƏSİ 5-Cİ AYƏNİN ŞƏRHİ
"Onlara Tövrata əməl etmək tapşırıldıqdan sonra ona əməl etməyənlər belində çoxlu kitab daşıyan, (amma onlardan faydalana bilməyən) uzunqulağa bənzəyirlər. Allahın ayələrini yalan sayan adamların nümunəsi necə də pisdir. Allah zalım adamları doğru yola yönəltməz."
Bəzi insanlar vardır çox oxuyurlar, amma Allahla, dinlə əlaqəsi yoxdur, sadəcə nümayiş üçün kitablar oxuyur. İnsanlar bəyənsin, mədəni desinlər deyə oxuyur. Allah rizası üçün deyil, başqalarının bəyənməsini qazanmaq üçün oxuyur. Belə halda bu cür oxumaq uzunqulaq oxuması sayılır. Uzunqulaq kimi yüklənər, uzunqulaq kimi axmaq mövqeyinə düşər, axirətdə də o bilikləriylə birlikdə uzunqulaq kimi cəhənnəmin içində təpinər. Öyrəndiyi biliklər da onun heç bir işinə yaramaz. Bilik Allah rizası üçün alınmalıdır. Biliyi fitnə, nifaq, münafiqlik etmək üçün, zülm üçün, Allaha üsyan üçün istifadə etsə, Allah intiqam alar. Təbii ki, bunu bəzi tiplər üçün söyləyirəm.
HƏDİS ŞƏRHLƏRİ
Dəccala bağlı bir yox, üç süfyan var.
İbni Münavidə deyir ki, "Danyal (ə.s)-ın kitabında belə yazılır: Süfyanlar üçdür." Təbii ki, bunlar məsih dəccala bağlı olurlar. Yəni əsl məsih dəccaldan törəyən dəccallardır.
İbni Ebi Şeybe, cild 15, səhifə 197-də Rəsulullah (s.ə.v)-dən bir hədis var. "İnnallahe yüsluhul emrel mehdiye fi leyletin. Həqiqətən Allah hz. Mehdi (ə.s)-ın əmrini-işini, mühitini bir gecədə islah edər." Yəni bütün insanları birləşdirər. Çünki mehdiyyətin xüsusiyyəti birləşdirməkdir. "Allah insanları bir gecədə birləşdirər." deyir. Bu kitabla maraqlananlar, Süleymaniyə kitabxanasında bu kitabın əl yazması olaraq tapa bilərlər. (Kitab’ul Burhan Fi Alameti Mehdiyyil Ahir Zaman.)