İbadətdə bədən cəhətdən fayda qarşıya məqsəd qoyulmaz, savab cəhətdən fayda qarşıya məqsəd qoyular.
Mehdi (ə.s)-ın işarə etdiyi yerlərdən su çıxacaqdır
Bəqərə surəsi, 60-cı ayə
O zaman Musa öz xalqı üçün su istədikdə, Biz: “Əsanla daşa vur!” – dedik. Daşdan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə su içəcəyi yeri tanıdı. Onlara dedik: “Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!”
“O zaman Musa öz xalqı üçün su istədikdə”. İndi də bilirsiniz İsraildə su çatışmazlığı var. Su yoxdur. Türkiyədən istəyirlər suyu. Baxın, neçə min illik problem görürsünüzmü? 4 min illik problem. “Biz: “Əsanla daşa vur!” – dedik”. Demək ki, İsraildə daşlıq bölgələrdə su var. Amma axtarmağı bilmirlər. O suyu kim çıxaracaq oraya getdikdə? İmam Mehdi (ə.s). Moşiyah. Göstərəcək; baxın, buranı, buranı qazma qurğusu ilə araşdırın, baxın, su çıxacaq deyəcək. Və dedikləri yerlərdən su çıxacaq, inşaAllah. “Daşdan on iki çeşmə qaynayıb çıxdı”. Allahualəm Mehdi (ə.s) da İsraildə, Qüdsdə o suyun olmadığı yerlərdə on iki böyük çeşməni tapacaq demək ki. Ona işarə var. Mehdi (ə.s)-ın işarə etdiyi yerlərdən demək ki, su çıxacaq. Yəni bax vurğulayaraq deyirəm. Allah ona ilham edəcək demək ki, inşaAllah.
“On iki” rəqəmi müqəddəsdir. On iki çeşmə eyni zamanda on iki imama
işarə edir
Bilirsiniz son gələn imam Mehdi (ə.s)-dır. Hədislərdə də vardır. İndi gəlmişdir on ikinci imam, son imam. On iki imam bilirsiniz, məşhurdur, bilinər. “Hər qəbilə su içəcəyi yeri tanıdı”. On ikiyə bölmək demək ki, əhəmiyyətli bir şeydir. Yəni bir şeyi düşünərkən, bir şeyi nizamlayarkən, düzəldərkən on ikiyə görə nizamlamaq, düzəltmək demək ki, bərəkətlidir. Məsələn Bədiüzzaman nə edir? Özünə on iki vəkil seçir. Mehdi (əs)-ın neçə vəziri olacaq? On iki vəziri olacaq. On iki müqəddəsdir. Masonluqda da on iki müqəddəsdir. Mehdiyyətdə on iki müqəddəsdir. 12 sentyabr da, 12 mart da xüsusilə seçilmişdir. 12 mart memorandiumu, 12 sentyabr çevrilişi. Hər ikisi də o şəkildə. Baxın, vurğulayaraq bir daha söyləyirəm. Masonluqda müqəddəsdir 12. Musəvilikdə müqəddəsdir. Quranda keçər, Mehdiyyətlə əlaqəsi vardır. Mehdi (ə.s) onsuz da on ikinci imamdır. Saatların formatı on ikiyə ayrılmışdır. Magen David (David qalxanı və ya Davud ulduzu), o altı bucaqlı ulduz iki qatı on ikidir yenə. Altı vur iki, on iki.
Hörmətli Adnan Oktarın Bəqərə surəsindən ayə izahları
Bəqərə surəsi, 60-cı ayə
O zaman Musa öz xalqı üçün su istədikdə, Biz: “Əsanla daşa vur!” – dedik. Daşdan on iki çeşmə qaynayıb çıxdı. Hər qəbilə su içəcəyi yeri tanıdı. Onlara dedik: “Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!”
Əsrimizə baxan yönü baxımından qiymətləndirəcək olsaq texnologiyanın irəli ölçüsündə nələr tətbiq olunur qayaya? Qazma qurğusu. Əsa kimi bir şey deyil mi? Qazma qurğusu qaya dəlinir. 200-300 metr dərinlikdə suya çatırlar. Və su fışqırır.
Bəqərə surəsi, 61-ci ayə
Onda siz dediniz: “Ey Musa! Biz eyni cür yeməklərə dözməyəcəyik. Ona görə də bizim üçün Rəbbinə bizə yerin bitirdiklərindən – tərəvəzindən, xiyarından, sarımsağından, mərciməyindən və soğanından yetirməsi üçün dua et!” O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, orada istədiyinizi taparsınız!” Onlara zəlillik və düşgünlük üz verdi və onlar Allahın qəzəbinə düçar oldular. Bu cəza ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və bəzi peyğəmbərləri haqsız yerə öldürürdülər. Bu həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi.
İndi o zaman anlayırıq ki, açıqca da deyim; xüsusilə sarımsaq və soğan çox narahat edici yeməklərdir. İzah edir, deyir ki, “Soğanın tərkibində hər cür faydalı maddə var. Soğanı yeyən çox güclü bir qidalanma sistemi içərisinə girmiş olar. Hələ sarımsağı yeyən bədəndəki bütün ehtiyaclar onun içində var. Çox təsirli olar və o adam son dərəcə gümrah olar”. Sarımsaq da, soğan da çox allergik maddələrdir. İçindəki maddələr çox allergik. Mədəni çox narahat edir. Bədən ondan necə xilas olacağını bilmir. Nəfəsdəki qoxusu çox pisdir soğanın da, sarımsağın da. Mən heç kimə heç bir şəkildə tövsiyə etmərəm sarımsaq və soğanı. Rəsulullah (s.ə.v) heç bir şəkildə yeməmişdir Peyğəmbərimiz (s.ə.v) sarımsaq və soğanı. Və heç bir şəkildə tövsiyə etməmişdir. Faydalı filan da deyil. Yalnız allergikdir, narahatlıq verir.
Bildirçin göndərir Allah, çoxlu. Bir də manna. Bildirçinin xüsusiyyəti budur; bildirçinin əti xolesterol cəhətdən çox aşağıdır və çox ləzzətlidir bildirçin. İnsan bədəni Allah tərəfindən, heyvani zülala görə yaradılmışdır. Məsələn, bitki zülalı bədən alsa belə heyvani proteindeki amin turşuları onda olmadığı üçün bəslənmə pozuqluğu meydana gəlir. Tükənmişlik meydana gələr. Məsələn insan sırf paxlayla qidalansa çökər insan. Çünki bir çox amin turşusu əksik qalacaq. Onu da bədən tapa bilmədiyi üçün bədəndə böyük zəifləmə və halsızlıq, əldən düşmüşlük olur. Əgər sırf burada bəhs edildiyi kimi paxla, acur, sarımsaq, mərcimək və soğan bunlarla bəslənmiş olsalar yorğun düşərlər çöldə. Çox yorğun olarlar, amma hz. Musa (ə.s)-ın dediyi kimi bəsləndiklərindən çox sağlam olurlar. Belə ki, hz. Musa (ə.s) 120 yaşına qədər yaşadı. Həm də çox sağlam oldular. Sarımsaq və soğan təbliğatı edildiyi kimi deyil. Çox alergiktir.
O dedi: “Siz xeyirli olan şeylərin daha dəyərsiz şeylərlə əvəz olunmasınımı istəyirsiniz? Şəhərə girin! Şübhəsiz ki, orada istədiyinizi taparsınız!” Həqiqətən Misirdə hazırda da çoxlu miqdarda soğan, sarımsaq, acur hamısı yetişir. “Onlara zəlillik və düşgünlük üz verdi ...” Orada olan insanlar üçün, ümumi olaraq deyil. Bunu da səhv anlayırlar; “bütün musəvilərə zəlillik və miskinlik damğası vuruldu” olaraq anlayırlar. Elə deyil. O sözə qulaq asmayan, o danışıqlara qulaq asmayan və o mövzuda israrlı olan yararsız rəftar göstərənlər üçündür bu ifadə. Gedirlər, məsələn, orada köləlik edirlər Misirdə xor görürürlər, alçaldılırlar. Halbuki orada hz. Musa (ə.s)-ın yanında olsalar çox gözəl yaşayacaqlar, şərəfli yaşayacaqlar. “… və onlar Allahın qəzəbinə düçar oldular”. “Bəla verdi Allah” deyir. "Bu cəza ona görə idi ki, onlar Allahın ayələrini inkar edirdilər və bəzi peyğəmbərləri haqsız yerə öldürürdülər”. Yəni kim edirsə onlar. Allahın hökmünü dinləməyənlərə və öldürənlərə. Amma bunu kim etsə onsuz da lənətlənir, kim etsə. Bəziləri zənn edir ki, məsələn müsəlman əsilli olub bunu etsə lanətlənməz. O da lənətlənər. “Bu həm də onların asi olduqlarına və həddi aşdıqlarına görə idi”. Yəni Allahın hökmünü tapdalayan hər kəs onsuz da lənətlidir.
Bəqərə surəsi, 58-ci ayə
O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə, rahatlıqla yeyin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağışla!” – deyin ki, sizin günahlarınızı bağışlayaq”. Biz yaxşı işlər görənlərə mükafatlarını artırarıq.
“O zaman Biz dedik: “Bu kəndə daxil olun və orada istədiyiniz yerlərdə, rahatlıqla yeyin için. Qapıdan səcdə edərək daxil olun və: “Bizi bağışla!” – deyin”. Yəni əstəğfürullah, əstəğfürullah deyərək girəcəklər. Tövratda da var bu hökm. Tövratın təhrif olmuş yerləri olduğu kimi təhrif olmamış yerləri də var. Məsələn, bu, Tövratda var bu hökm. Bu izah Tövratda var, yəni Allahın bu hökmü. Əlbəttə eynisi deyil amma təxminən. “Biz yaxşı işlər görənlərə mükafatlarını artırarıq”.
Hörmətli Adnan Oktarın Şuəra surəsindən ayə izahları
Şuəra surəsi, 196-cı ayə
Şübhəsiz ki, o, keçmiş ümmətlərin kitablarında da xatırlanır.
Yəni Tövratda və İncildə də Qurana işarə edilmişdir.
Şuəra surəsi, 197-cı ayə
Məgər İsrail oğullarından olan alimlərin onu bilmələri bunlar üçün bir dəlil deyilmi?
Həqiqətən İsraillilər buraya gəldiklərində biz danışdıq, “Quran haqq Kitabdır” deyirlər.
Şuəra surəsi, 198-ci ayə
Onu ərəbcə bilməyən birinə nazil etsəydik.
Düşünün, deyir. Ərəbcə bilməyən birisi ərəbcə bilmədiyi halda Quranı dünyaya hakim edəcək.
Şuəra surəsi, 199-cu ayə
Və o, bunu onlara oxusaydı, yenə də ona iman gətirməzdilər.
“Və o, bunu onlara oxusaydı”. Bu Mehdi (ə.s). Ərəbcə bilmədiyi halda onlara Quranı oxuyacaq, izah edəcək. “… yenə də ona iman gətirməzdilər”. Yenə ona qarşı mübarizə edəcəklər deyir. Açıq şəkildə Mehdi (ə.s)-a baxan ayə, 199 onsuz da, 9 iki dəfə təkrarlanır. Mehdi (ə.s)-a qədər gələn bütün mücəddidlər Bədiüzzaman da daxil, Mövlana Xalid hamısı ərəbcəni ana dilləri kimi bilirdilər. Peyğəmbərimiz (s.ə.v) bir tək istisna Mehdi (ə.s)-ı ayırmış. “O ərəbcə bilməz” deyir.
Şuəra surəsi, 215-ci ayə
Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!
Necə qoruyucu qanad? İttihad-ı İslamla olar. Qanadını elə bir açacaq ki Mehdi (ə.s), bütün dünyanı əhatə edəcək, Mehdi (ə.s)-ın qanadları. Müsəlmanlar o qanadın altında qorunmuş olacaqlar. Kimlər tabe olacaq? Bütün dünya tabe olur. Qoruyucu qanadları Mehdi (ə.s)-ın bütün dünyanı bürümüş olur.