Keçən həftə Türkiyə olduqca hərəkətli idi. İki əhəmiyyətli şəxsi, papa və Rusiyanın prezidenti Putini qonaq etdi.
Papanın Türkiyə Respublikasının qurucusu və lideri olan Atatürkün məzarını ziyarət etməsi, Sultanahmet məscidi ziyarəti zamanı dua edərkən "Mən oraya turist olaraq gəldim deyə bilməzdim. Oranın möhtəşəmliyini gördüm... Xüsusilə də, sülh üçün dua etmək ehtiyacı hiss etdim" deməsi və hər fürsətdə Quranın bir sülh kitabı olduğunu bildirməsi ziyarətin gözəl və təqdirə layiq anları idi. Lakin Türkiyə və ya müsəlman ictimaiyyəti üçün xüsusi bir mesaj axtaranlar bu səfərdə gözlədiklərini tapa bilmədilər. Bunun, şübhəsiz, bir çox səbəbi var.
Papalıq bütün Katolik ictimaiyyətinin liderliyini təmsil etməsi cəhətdən böyük əhəmiyyət daşıyır. Ruhani sülh tərəfdarı liderlərin olması hər zaman təsirli və əhəmiyyətlidir. Bu səbəbdən 1,2 milyard Katolik ictimaiyyətinə xitab edən bir liderin olması ayrı bir əhəmiyyət daşıyır. Lakin Papalıq, xüsusilə, 1800-cü illərin ortalarından etibarən tamamilə simvolik bir hal almış, bir qisim dərin və gizli siyasi aktyorların təsiri altında qalmışdır. Elə ki, dünya tarazlıqları çox vaxt kilsələr arası üstünlük ilə müəyyən edilirdi. Hal-hazırda yaşanan Ukrayna problemini belə bu perspektivdən görmək mümkündür.
Hakimiyyətə gələn hər Papa Türkiyəyə gəlmişdir. Ortaq xüsusiyyətləri səfər tarixlərinin Ortodoks xristianların müqəddəs həftəsi qəbul edilən Əziz Andreas Yortusuna təsadüf etməsidir. Şübhəsiz, iki kilsə arasında az qala 9-cu əsrdə başlayan, lakin həqiqətdə 1054-cü ildə qarşılıqlı aforozlaşma ilə rəsmiləşən ayrılığın müxtəlif sülh cəhdləri ilə aradan qaldırılmağa çalışılması gözəl haldır. Lakin kifayət etmir.
Bunu bu şəkildə açıqlayaq. Dünyanın müharibələr, ayrılıqlarla çalxalandığı və iman, inanc dərinliyinə ehtiyacı olduğu bu dövrdə ruhani liderlər dünyanı xilas edəcək imani fəaliyyətlər ilə məşğul olmalıdırlar. Bu səylər “hər müsəlman lider terroru lənətləməlidir”, “dünya barışı təmin edilməlidir” kimi effektli nəticə verməyən ifadələr işlətmək əvəzinə Allah`ın varlığının dəlillərinin göstərildiyi elmi fəaliyyətlər göstərərək həyata keçirilməlidir. Əgər məqsəd, həqiqətən də, müsəlmanlarla birlikdə terroru ləğv etməkdirsə, bunun üçün vaxt itirmədən Quran və İncilin sülh və barışdan bəhs edən mesajlarını dünyaya birlikdə çatdırmalı, terrorun intensiv yaşandığı yerlərdə düzgün və təsirli bir təlim siyasətinə keçilməlidir. Müsəlmanların öz aralarında birləşməsi və eyni zamanda ruhani xristianlarla birlik içində olması olduqca gözəl nəticələrə yol açacaqdır. Lakin bunun həyata keçməsi üçün tələb olunan imani fəaliyyətlərdir, siyasətçilərin gözlədiyi şablon sözlər deyil.
Görülən odur ki, Papa Türkiyəyə ziyarəti ilə xristian ictimaiyyətinin tərəfdar itirməsinə çarə tapmaq məqsədi ilə iki kilsəni "dost" hala gətirməkdən, beləliklə də, sayca çoxluq təşkil etməkdən, hərəkətli bir ərazidəki əhəmiyyətli bir İslam ölkəsini məmnun saxlamaqdan və "gözlənilən" terrorizmi qınama sözlərindən başqa əlavə məqsəd güdmür. Halbuki Papa Avropada kilsələrin avto təmirxanalara, barlara, banklara çevrildiyi, insanların sürətlə xristianlığı tərk edib dinsizliyə doğru meyl etdiyi bir dövrdə ruhani bir lider olaraq insanları imana çağırma gücünə sahib olmalıdır. Üzərindəki məsuliyyət olduqca böyükdür.
Keçən həftə baş verən ikinci əhəmiyyətli hadisə isə Putinin ziyarəti idi. G20 zirvəsində narazı simalarla qarşılaşan, embarqo və neft qiymətlərinin düşməsi ilə çətin günlər yaşayan rus lider Türkiyədə sadə bir mərasimlə qarşılandı.
Görüşdə "qarşılıqlı mənfəətlərə əsaslanan müqavilələrin" bağlanıldığı doğrudur və bir çox müəllifin gündəmində də bunlar mövcuddur. Çoxlarının rahatlıqla və etinasız şəkildə istifadə etdikləri “ölkə mənfəəti” termini əslində “mən eqoistəm” mənasını verir. Bu səbəbdən bu sammitin vurğulanmalı məqamı ticari razlaşmalardan daha geniş mövqeləri əhatə edir. Türkiyə və Rusiya xalqları Osmanlı dövründən bəri dostdurlar. Bu dostluq iqtisadi sarsıntıların yaşandığı, siyasi çaxnaşmaların baş verdiyi dövrlərdə də davam etmişdir. Bəzən bu dostluqdan “iki tərəf də mənfəət qazanmamışdı”, amma dostluq münasibətləri davam etmişdi.
Hal-hazırda Rusiya ilə bu görüşmələri həyata keçirmək Türkiyə üçün bir çox cəhətdən risk kimi görülə bilər. Nəticə etibarı ilə Türkiyə bir NATO ölkəsidir. Aİ üzv olmaq üçün namizəddir. Müttəfiqi ABŞ və Aİ tərəfindən Rusiyaya sərt şəkildə yönəldilən embarqonun bir parçası olması istənilir. NATO baş katibi Jens Stoltenberg bunu açıq şəkildə ifadə etmişdir. Belə ki, bütün bu təhdidli istəklərə baxmayaraq, Rusiya ilə yaxşı münasibətlər hər nə bahasına olursa olsun nəzərə alınmışdır. Çünki bir çox mövzudakı fikir ayrılıqlarına baxmayaraq, Türkiyə və Rusiya ittifaqlarını davam etdirməlidir. Bu dostluq region üçün də, dünya sülhü üçün də vacibdir.
Ukrayna böhranının başlanğıcından etibarən Rusiyaya qarşı bir təkləşdirmə siyasətinin hökm sürdüyü, bəzi qərbli aktyorlar tərəfindən soyuq müharibə üçün əlverişli şəraitin daim təmin edilməsinin istənilməsi bundan əvvəlki yazılarımda bildirilmişdir. Rusiya bu mövzuda, əlbəttə ki, tamamilə günahsız deyil, amma Rusiyanı dostlarından uzaqlaşdırmaq, gücünü azaltmaq və onu haqsızca tərəf halına gətirmək barədə Qərb ölkələrinin olduqca səhv bir mövqedə olduqları gizləniləcək bir vəziyyət deyil. Beynəlxalq mətbuatın bir hissəsi bu yönlü siyasətə daxil olmuş vəziyyətdədir. Bəhsi gedən yanlış siyasət bu gün Suriya probleminin həll olunmamasının da səbəblərindən biridir. Müttəfiqlərinin nəzərində Rusiyanın, xüsusilə, Suriya və Ukrayna mövzusunda gözlədiyi etibarın demək olar ki, qəsdən verilmədiyi bir hal mövcuddur.
Halbuki bu gün dünyanın yaşadığı kabus böyük ölçüdə bir ölkənin gücsüzləşməsinin digər ölkənin güclənməsinə yol açdığı anlayışının məhsuludur. Halbuki artım və inkişaf birlikdə olmalıdır. Bir ölkəni çökdürəcək siyasətlər yeridərkən, digər tərəfdən dünya sülhündən bəhs etmək mövcud olan səmimiyyətsizliyi ifadə edir. Məhz bu səbəbdən Qərbin müttəfiqi və NATO-nun üzvü olan Türkiyə dostu və qonşusu olan Rusiyanın daima yanında olmalı, soyuq müharibə gözləyənlərə nümunə olmalıdır.
Adnan Oktarın Arab News'da yayımlanan məqaləsi: