Bosniyadakı müharibəni bitirən Dayton müqaviləsi nəticəsində Üçtərəfli Şura tərəfindən idarə edilməyə başlanan Bosniya-Herseqovaniyada sistem onsuzda çətin irəliləyərkən, bu il Bosniya üçün həyat bir az da çətin keçir. Əvvəl Tuzlada başlayan və ölkənin bir çox şəhərinə yayılan küçə hadisələrinin yaratdığı təxribatdan sonra isə yüz ilin sel fəlakəti həyatı dayanmaq nöqtəsinə gətirib çıxardı. Təcili yardıma ehtiyac var. Bütün bunların üzərindən bir də Avropa Parlamentinin seçim nəticələri əlavə olundu...
May ayında təşkil edilən Avropa Parlamenti seçkilərində millətçilər, yəni ifrat sağ partiyalar çox yüksək səs topladılar. İfrat sağ partiyalar immiqrant problemləri, Avropanın genişlənməməsi və Avropa Birliyinin böhrandakı ölkələrə daha artıq maddi yardım etməməsi kimi mövzulara öz nitqlərində xüsusi yer ayırdılar. Yəni Avropada yüksələn cərəyan genişlənməməyin tərəfdarıdır...
Balkan xalqları Osmanlı himayəsində yüz illərlə qardaşcasına, birlik-bərabərlik içində yaşayıblar. Avropa isə bu dövrdə daha çox Afrikadakı müstəmləkələri ilə məşğul idi. Avropanın Balkanlara marağı 19-cu əsrin əvvəllərində başladı. İlk olaraq, İngiltərə və Fransa bölgə ilə maraqlanmağa başladı. Sonra isə Avstriya- Macarıstan İmperatorluğu və Rusiya.
Avropa ölkələri illərlə Balkan xalqlarına olan nifrətlərini açıq büruzə verdilər. 20-ci əsrin əvvəlində Avropada törəyən balkanlaşma sözü “geridəqalmışlıq, ibtidailik, barbarlıq və parçalanma” olaraq istifadə edilmişdi. Avropa Balkanlarla münasibətlərini inkişaf etdirməyə başladıqca, bu bölgə ilə bağlı fikirlərini də yazılı olaraq dilə gətirməyə başladı. 14-cü əsrdən etibarən bölgə haqqında yazılar, kitablar yazan qərbli yazıçı və mütəfəkkirlərdən katolik keşiş Ulrix Von Rixental (Ulrich Von Richental), H. Çarles Vud (H. Charles Wood), Herman Qraft Keyserlinq (Hermann Graft Keyserling), Mariya Todorova (Maria Todorova), amerikalı Con Qunter (John Gunther) və başqalarının ortaq cəhətləri isə bölgə xalqını təhqir edən, alçaldan yazılar və düşüncələrdir.
Qərb ilk əvvəl Balkanlara Osmanlınn Avropadakı torpağı gözü ilə baxdı. Sonra isə bölgəyə bir ad verərək Osmanlının da istifadə etdiyi osmanlıca “dağlıq, meşəlik ərazi” mənasında olan Balkan kəlməsini istifadə etdi. Bölgəni tanıdıqca digər mütəmləkələrində tətbiq etdiyi strategiyaları tətbiq etməyə başladı.
Qərb dövlətləri bir bölgəni və ya ölkəni nəzarətə almaq üçün əvvəlcə o ölkə və ya bölgəni parçalara ayırırlar. Dağılan və bütövdən ayrılan bu kiçik parçaları nəzarətə almaq daha asandır. Çünki millətçilik ifadəsi ilə əsas torpaqlardan qoparılan, iqtisadi, hərbi və siyasi gücü zəif olan bu ölkələr hər zaman güclü bir dövlətin yanında olmaq istəyirlər. Böyük sahələrə yayılmış güclü bir ölkə əvəzinə, kiçik parçalara ayrılmış gücsüz, himayə edilə bilən birdən çox ölkəyə nəzarət etmək daha asandır.
Dünya siyasi tarixini araşdıranda Qərbin əsas strategiyasının “böl, parçala və idarə et” olduğunu öyrənmiş oluruq. 20-ci əsrin əvvəlində Balkanlarda başlayan və bütün dünyaya yayılan Balkan müharibələri və I Dünya Müharibəsi Avropanın Balkanlara təmkinlə yaxınlaşmasına və siyasətlərini Balkanların riskli kosmopolit sistemi üzərində inşa etmələrinə səbəb olmuşdur. Qərbin Yuqoslaviyanın dağılma mərhələsində yaşanan daxili müharibələrə, qırğınlara, zülmlərə səssiz qalmasının səbəbi də Balkanların bu sistemidir.
Yuqoslaviyanın dağılması mərhələsində Balkan ölkələri bir-bir müstəqilliklərini elan etdilər. Bu müstəqillikdən sonra baş verən müharibələrdə də Avropa Birliyi öz içində birlik olaraq Balkan probleminə çıxış yolu göstərmədi. Bölgədəki hadisələr çox gec də olsa, NATO və ABŞ-ın müdaxiləsi ilə sona çatdı və bu müdaxilələrdən sonra AB bölgədə təhlükəsizlik və asayişi təmin etmək üçün hərəkət etməyə başladı.
Avropa Birliyinin adında nə qədər “Birlik” kəlməsi olsa da, hər zaman Birliyi təşkil edən ölkələrin fərdi olaraq, ayrı bir strategiyası olmuşdur. Məsələn, dağılma mərhələsində Almaniya Xorvatıstan və Sloveniya ilə yaxın münasibətləri qura bilməyən Fransa və İngiltərə tərəfindən cilovlanmaq istənilmişdi. Bu iki ölkənin müxalifətinə baxmayaraq, Almaniya 1991-ci ildə müstəqilliyini elan edən iki ölkəni dərhal tanıyaraq gizli-gizli başlamış münasibətlərini çox inkişaf etdirmişdi.
Avropa Birliyi ölkələri arasındakı bu daxili çəkişmələrə bir də Rusiyanın Serbiya münasibətləri əlavə olunanda Balkanlardakı problemlərin həll oluna bilməməsi çox normal görünür. Bu qədər fərqli tarazlıq ünsürünün olduğu bir mühitdə qeyri-sabitlikdən başqa bir nəticə ola da bilməz. Bütün bunlara baxanda, Balkanlardakı hüzursuzluğun səbəbinin bölgə xalqları deyil, qərb ölkələrinin güc müharibələri olduğu görünür.
Hal-hazırda Avropa Birliyinin öz içində ən vacib problemi əsl mənada birliyin olmamasıdır. İqtisadi, maliyyə, enerji, immiqrasiya, xarici siyasət mövzularında ortaq bir ağıl və fikir ilə hərəkət edə bilmirlər. Avropaya yaxınlaşma yolundakı Ukrayna örnəyi də Avropa Birliyinin acizliyini göstərən ən konkret örnəkdir. Avropaya yaxınlaşma tərəfdarlarının iqtidara gəldiyi Ukrayna Krım kimi çox mühüm bir bölgəsini itirdi, şərqində isə ciddi problemlər, daxili müharibələr yaşayan bir ölkəyə çevrildi.
Ukraynada baş verən küçə hadisələrinin eynisi Sarayevoda da baş verdi. Tuzlada başlayan hadisələrin sürətlə bir çox şəhərə yayılması nəticəsində ciddi problemlər yaşansa da, ölkə sakitliyə qovuşdu. Bosniya gəncləri bunu çox yaxşı bilməlidirlər ki, ölkədəki problemlərin həlli ölkədən Avropaya köç etməkdə və ya Avropa Birliyinə qoşulmaqda deyil. Unutmamalıdırlar ki, günlərlə davam edən və minlərlə şəhid verdikləri Srebrenitsa qırğınının baş verdiyi günlərdə Avropa Birliyi ölkələri kömək etmək üçün heç bir şey etməzkən, mərhum Nəcməddin Ərbakan (Necmettin Erbakan) rəhbərliyindəki Türkiyə var gücü ilə boşnak qardaşlarımıza dəstək olmuşdu. Türkiyə hələ bir çox mövzuda Bosniyaya dəstək olmağa davam edir və edəcək.
Balkanlar və Bosniya Osmanlıdan sonra hüzuru, rahatlığı və təhlükəsizliyi heç cür yaşaya bilmədi. Yuqoslaviya rəhbərliyində sistematik bir etnik təmizlənməyə məruz qalan Bosniya xalqı müstəqillikdən sonra yaşadığı 3 illik müharibədə dünya tarixinə keçəcək təzyiqlərə, təcavüzlərə və cinayətlərə məruz qaldı. Nə qədər gənc Bosniya xalqı üçün Avropa Birliyi yaxşı həll kimi görünsə də, boşnak xalqı 3 illik müharibə boyu Qərb ölkələrinin baş verənlərə qarşı səssiz qalmasını heç vaxt unutmayacaq. Həmçinin Avropada yüksələn millətçilik axınları da Bosniya üçün ayrı bir problemdir. Bosniyada hüzura və barışa gedən yol ölkə gəncliyinin milli və mənəvi dəyərləri mövzusunda məlumatlandırılmalarıdır. Avropa Birliyinə üzv olmaq, əlbəttə ki, Bosniya üçün çox böyük bir nailiyyət və ölkə sabitliyi üçün çox böyük bir addım olacaq. Lakin müsəlman ölkələrin təşkil edəcəyi bir birlik əsl kökdən həllin tək yoludur. Yeniliklər 21-ci əsrin İslam ölkələrinin birliyi əsri olacağını göstərir. Osmanlının Avropadakı sərhədi olan Bosniya da bu birliyin Avropadakı mərkəzi olacaq.
Adnan Oktarın Bosnia Times'da nəşr olunan məqaləsi: