Mihrabat korusu ötən günlərdə möhtəşəm bir iftara ev sahibliyi etdi. Boğaz mənzərəsinin müşayiəti ilə baş tutan iftarda təqribən 600 nəfər iştirak etdi. Ancaq bu möhtəşəm tədbirin bir də diqqət çəkən bir qonağı var idi.
A9TV-dəki söhbət proqramları ilə yanaşı 300-dən çox kitabın müəllifi kimi tanınan yazar Adnan Oktar iftar dəvətində sevənləri ilə bir araya gəldi. Adnan Oktar ilə görüşmək fürsətini əldə etmək istəyən qonaqlar İstanbulla yanaşı Türkiyənin demək olar ki, bütün rayonlarından gəlmişdilər.
Ərzurum, Kayseri, Ankara, Balıkesir, İzmir, Antalya, Mersin, Bursa, Çorum, Konya və İzmit bu rayonlardan təkcə bir qismidir. İftarda həmçinin Azərbaycandan da qonaqlar gəlmişdi.
Dostluq, qardaşlıq, birlik və sülh söhbətlərinin yer aldığı iftarda bir də sürpriz fasıl ziyafəti oldu.