Osmanlı idarəçilik sistemi prezident sistemi deyil
ucgen

Osmanlı idarəçilik sistemi prezident sistemi deyil

1944

Son günlərdə Cənub-şərqdə məqsədləri muxtariyyət, ya da federasiya yolu ilə bölünmək olan bir qrup insanın bu barədə yanlış düşüncələr ortaya qoyduqlarına şahid oluruq. Osmanlı idarəçilik sistemi ifadəsi adı altında əyalətlərə bölünməyi müdafiə etmək də bu hiylələrdən biridir.

Halbuki Osmanlı dövründə bölünməyin əksinə birləşdirici siyasi sistem mövcud olub. Hərbi, iqtisadi, incəsənət və siyasi cəhətdən dövrünün üstün gücü olan Osmanlının birlik qayəsi və qoruyuculuğu idarəçiliyində də əks olunmuşdur. Osmanlıda kiçikdən böyüyə qədər bütün idarəçi fərdlər mərkəzi sistemə tam bağlıdır. Osmanlı dövlətində idarəçilik sistemi tam itaətkarlıq əsasında qurulub. 1517-ci ildə Məmlük sultanlığına qalib gələrək Misiri ələ keçirdikdən sonra xəlifəlik də Osmanlıların əlinə keçib. Bu da İslam bayrağı altında birləşən onlarla xalqın Osmanlıya beət etməsinə vəsilə olub.

Osmanlı dövlətindəki bəylərbəylik sistemi

Osmanlıda idarəçilik sistemi bəylərbəylikdir. Torpaqlarını genişlədən Osmanlı, ərazisinə qatdığı bölgələri (kiçik şəhər və qəsəbə) Sancaq adlandırıb və mərkəzdən təyin edilən sancaq bəyləri tərəfindən idarə edilən sistem qurmuşdur. Bir çox sancaq birləşərək bəylərbəyliklərini, başqa ifadə ilə desək, əyalətləri meydana gətirib. Sancaq bəyləri də bəylərbəyi adı altında İstanbula hesabat verən valilərə tabedir. Bəylərbəyləri mərkəz tərəfindən təyin olunur. Bölgələrdə heç vaxt özlərinin vali seçmə hüquqları olmayıb. Əyaləti idarə edən bəylərbəyi padşahın hakimiyyətini təmsil edən ən yüksək idarəçidir.

Bəylərbəyi “paşa sancağı” olaraq seçilən, əyalət mərkəzinə vali kimi göndərilən hərbi və mülki idarəçidir. Bəylərbəyləri sakitlik zamanı öz mərkəz sancaqlarını idarə edir. Müharibə zamanı isə bütün sancaq bəylərini əmrinə tabe edərək orduya qatmaq səlahiyyətinə sahibdir.

Bir çox əyalət yeni fəth edilən yerlərdə nizam yaratmaq üçün qurulub. Osmanlı müharibə vəziyyətində olduğu qonşuları ilə sərhəd təhlükəsizliyini əyalət sistemi ilə təmin edir.

Osmanlı əyalətindəki bütün idarəçilər mərkəzə tabedir

Bəylərbəyindən başqa ərazinin maliyyəsindən məsul olan dəftərdar və hüquqi işlərə başçılıq edən qazılar də mərkəz tərəfindən təyin olunur.Yerli idarəçi olmalarına baxmayaraq, bəylərbəyinə deyil, İstanbuldakı başdəftərdara tabedir. Əyalətin təhlükəsizliyindən məsul bu günki təhlükəsizlik naziri statusunda olan subaşılar da İstanbuldakı mərkəzə tabe idilər. Osmanlıda texnologiya, nəqliyyat, əlaqə vasitələrinin irəliləməsindən sonra 1864 nizamnaməsi ilə bəylərbəylik sistemi vilayət sisteminə çevrildi.

Osmanlının sahəsi 1699-cu ildə ən yüksək səviyyəyə çatıb təxminən 24 milyon kvadrat kilometr olub. Yəni bu günki Türkiyənin haradasa 30 qatıdır. Əlaqə ancaq poçt çaparları ilə qurulurdu. İstanbuldan yola çıxan Xaç xəlifəsi aylarla davam edən yol səfərlərindən sonra Məkkəyə çatırdı. Bəylərbəyi sistemi bu bölgələrdə nizam yaratmaq və vergi toplamaq üçün qurulub.

OSMANLIDA KÜRDLƏR

16-cı əsrə gələndə Səfəvilərin idarəçiliyi altında böyük təzyiqlər və çətin dövrlər keçirən kürdlər Osmanlıya sığınmaq istəyiblər. Kürd tayfa başçılarından olan İdris-i Bitlisi bütün kürd tayfalarını Yavuz Sultan Səlimin ətrafında toplayaraq Çaldıran döyüşündə Osmanlının tərəfində iştirak ediblər. 1514-cü ildə Səfəvi təhlükəsi aradan qalxdıqdan sonra kürd tayfalarının ən çox məskunlaşdığı Bitlis, Urmiya, Cizrə, Əyil, Hizran, Qarzan, Palu, Siyirt, Hısnı Keyfa (Hasankeyf), Meyyafarikin və Cəzirə-i ibn Ömər kimi ümumilikdə 25 bölgə padşaha beyət edib. O vaxtdan bu günə qədər də əsalətli, cəfakeş, vəfalı, imanlı və çox dəyərli olan kürdlər dövlətin əsas ünsürləri kimi özlərinə yer qazanıblar. Kürdlər yüz illərlə padşaha irqinə fikir vermədən tabe olublar, bu tabeçiliklərini də böyük bir Allah eşqi ilə davam ediblər.

Kürdistan bir əyalət deyil

Hal-hazırda bəzi HDP-lilərin iddasına əks olaraq Osmanlıda Kürdistan adlı bir əyalət heç olmayıb. Kürdlərin də yaşadığı və bir-birindən ayrı olmaqla Diyar- Bəkir (Diyarbəkir), Van, Mosul, Raqqa, Ərzurum, Hələb kimi bir çox bəylərbəylikləri mövcud olub. İndiki Türkiyənin ərazisinin kağız üzərində bölgələr şəklində adlandırılması da buna görədir. Osmanlıda da padşahlığın regional irəliləməsinə qarşı bəylərbəyliklərin yer və statusu müəyyən olunub.

Diyarbəkir bəylərbəyi sadəcə Cənub-şərqi Anadolunun bir qismini əhatə edir. Şimali İraq və Şimali Suriyanın bir hissəsi Raqqa və Mosul bəylərbəyliklərinə tabedir. Bu gün kürd qardaşlarımızın əksəriyyətinin yaşadığı Van gölü və ətrafı da Van bəylərbəyliyinin sərhədləridir. Ancaq o dövrdə əhalinin tərkibində əsas da ermənilər olmaqla türk, kürd və ərəblər də bu əyalətdə yaşayıblar.

Diyar-i Bəkr bəylərbəyliyi qurulanda Diyarbəkir şəhərinin əhalisi 15000, bəylərbəyliyin ümumi əhalisi isə 180000-dir. Bu rəqəmlər bu gün orta böyüklükdə bir rayon qədərdir. Həmçinin Cənub-şərqdəki bəylərbəyliklərdə müsəlmanlar qədər xristianlar da var. Müəyyən bir irqə, bir dinə və məzhəbə görə nizamlanan bir əyalət yoxdur.

Yenə çox əhəmiyyətli bir nüans budur ki, valilər əyalətlərə təyin ediləndə irqi ayrı-seçkiliyə yol verilməyib. Məsələn, 1515-1867-ci illər arasında 352 il mövcud olan Diyarbəkir bəylərbəyliyini mərkəzin göndərdiyi 270 ayrı vali idarə edib. Diyarbəkirə ilk təyin olunan bəylərbəyi kürd olan Bıyıklı Mehmet paşadır, 5 il vəzifədə olub. Sonra təyin edilən Hüsrev paşa boşnakdır, sarayda da vəzifədə olub. Sonrakı valilərdən Damat Rüstəm paşa xorvat əsillidir. Bir başqa paşa olan Ayas Mehmet arnavud əsillidir. Bunun kimi onlarla fərqli irqdən vali Diyarbəkirdə idarəçi olub və əvvəl də, sonra da dövlətdə bir çox yerdə vəzifədə olub. Eyni şəkildə başqa əyalətlərə də bir çox kürd, vali kimi təyin edilib. Tarixdə bir neçə istisna haldan başqa, bölgə əhalisi padşaha və dövlətə həmişə tabe olublar. İrqi üstünlük deyil, müsəlman qardaşlıq inancı ilə hərəkət ediblər. Kürd bəyləri, ərazidəki tayfalar padşah fərmanını öz mənfəətlərindən və istəklərindən üstün tutublar. Padşaha, dövlətə, İslama səmimi bağlı olublar. Bu gün Osmanlıdan danışanların ibrət almalı olduğu gözəl əxlaq budur.

Əyalət sistemindən bəhs edənlər Osmanlı sisteminin bu gün Cənub Şərqdə də qurulmağa çalışılan muxtarlıq sistemi ilə əlaqəsi olmadığını çox yaxşı bilir. Osmanlının adından istifadə edərək planlarını məqbul göstərməyə cəhd edirlər. Bu qeyri-səmimi sözlər stalinist, din düşməni, materialist və darvinist PKK və bu terror təşkilatının banisi Öcalanın millətimizi aldatmaq cəhdlərindən ibarətdir.

Digər tərəfdən, valilik, məmurluq, nazirlik, prezident, sədr kimi idarəçilik irqə, etnik mənşəyinə deyil, ağla və vicdana bağlı bir şeydir. İnsanın imanı mədəniyyəti ilə əlaqəlidir.

Anadolulular türklər, kürdlər, lazlar, çərkəzlər, arnavudlar, ərəblər min ildən çoxdur ki, birlikdə yaşayırlar. Bu müddət ərzində ailə qurub, millətimizlə qaynayıb-qarışıblar. Millətimizin ortaq xüsusiyyəti gözəl əxlaqlı, mənəviyyatlı və çox dindar olması ilə ortaya çıxır. Belə bir quruluş içində irq axtarmaq əvəzinə ortaq cəhətləri axtarmaq daha doğrudur. Millətimiz, bütün 80 milyon, güclü və böyük Türkiyə içərisində müsəlman əxlaqı ilə, sevgi ilə, qardaşlıqla, birlik halında yaşamaq inancı və idealı olan bir quruluş içində yaşamaq arzusundadır. Bölünməyə səbəb olan əyalətlər vətənimizə sadəcə parçalanma gətirər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo