Hörmətli Adnan Oktar görünməz Mehdi inancının təhlükəsini izah edir
ucgen

Hörmətli Adnan Oktar görünməz Mehdi inancının təhlükəsini izah edir

1002

Qiyamətdən əvvəlki son dövr olan axır zaman, Peyğəmbərimiz (s.ə.v.)-in hədislərində müjdələndiyi kimi, Hz. Mehdi (ə.s.)-ın zühuru və Hz. İsa (ə.s.)-ın nüzulu ilə çox mübarək bir dövrə işarə edir. Yer üzündəki fitnələri ortadan qaldıracaq, bütün dünyaya sülh, ədalət, bolluq, dinclik, xoşbəxtlik və rifah gətirəcək çox mübarək və dəyərli bir şəxs olan Hz. Mehdi (ə.s.)-ın zühuru  əsrlərdir İslam ümməti tərəfindən gözlənilən müjdəli bir hadisədir. Ancaq, bəzi məzhəblər və qruplar arasında Hz. Mehdi (ə.s.)-ın görünməz olduğu barədə səhv bir inancı vardır. Hörmətli Adnan Oktar bu "görünməz Mehdi" inancının səhv olduğunu reportajlarında tez-tez vurğulayaraq bütün İslam aləminə səslənməkdə və Hz. Mehdi (ə.s.)-ın görünməz deyil, bir şəxs olduğunu dəlilləriylə ortaya qoymaqdadır.

Peyğəmbərimiz (s.ə.v.)  hədislərində Hz. Mehdi (ə.s.)-ın xüsusiyyətləri haqqında bir çox məlumatlar vermiş və insanların Hz. Mehdi (ə.s.)-ı bir şəxs olaraq görəcəklərini bildirmişdir. Rəvayətlərdən və İslam alimlərinin izahlarından Hz. Mehdi (ə.s.)-ın mənəvi bir şəxs olmayacağı, fiziki xüsusiyyətlərinə, xarakter və əxlaqına kimi  təsvir edilmiş mübarək bir şəxs olacağı, açıq və dəqiq bir şəkildə aydın olmaqdadır.

Hörmətli Adnan Oktar da  müxtəlif tarixlərdə olan reportajlarında Hz. Mehdi (ə.s.)-ın şəxs olduğunu və şəxsi mənəvi gözlənilməsinin təhlükəsini izahlı olaraq açıqlamaqdadır.

 

Hz. Mehdi (ə.s.)-ın ana və atası olacaqdır

Hz. Mehdi (ə.s.) bütün peyğəmbərlər və övliyalar kimi anadan  doğulmuşdur. Heç bir peyğəmbər, heç bir övliya təkrar-təkrar qeyb olub ortaya çıxmamışdır. Heç bir peyğəmbər ruh halına gəlib itməmişdir və heç bir peyğəmbər ruh halında əsrlərlə yaşayıb sonra təkrar dünyaya geri dönməmişdir. Özlərinə dünyada bəxş edilən müddət boyunca təbliğat vəzifələrini  insan olaraq yerinə yetirmişdirlər. Bu vəziyyət, əsrimizdə zühur etmiş və vəzifəsinə başlamış olan Hz. Mehdi (ə.s.)-a da  aiddir. Hörmətli Adnan Oktar bu həqiqəti belə açıqlayır

ADNAN OKTAR:  Ələvi və şiə qaynaqlarına da baxaq. Hz. Mehdi (ə.s.)  anadan doğulmuş bir insandır. Yəni, uşaqlıqdan etibarən böyüyüb inkişaf edən bir insandır. Yüz illərlə bir quyunun içərisində qalıb, oradan çıxan bir insan deyildir. Açıq şəkildə deyim ki, bu bir xurafatdır. Belə bir şey yoxdur. "Quyunun içərisindədir " deyirlər, dərin quyu kimi bir şeydir, ətrafını da dəmir barmaqlıqlarla əhatəyə alıblar, "onun içindən çıxacaq" deyirlər. Amerika təbii ki, belə bir şeydən dəhşətli dərəcədə narahat olar.  Adam "mən gördüm" deyir, "işıq surətindədir " deyir. İndi sabah bir gün "Allah, Hz. Mehdi (ə.s.)-a əmr etdi, Hz. Mehdi (ə.s.) də bizə bildirdi" desə,  adamlar  nə edəcəkdir? Ona görə çox narahatdırlar. Bax, Əhməd Necat çox ağıllı, mehriban bir insandır. Hz. Mehdi (ə.s.) aşiqidir, çox sevimli bir insandır. Xəmaney də elədir. İndi yığışıb bir araya gəlsinlər, bu mövzunu dəqiqləşdirsinlər. "Hz. Mehdi (ə.s.) görünməz bir Mehdi deyil" deyəcəklər. Hz. Mehdi (ə.s.) görünən bir insandır. Anadan doğulmuşdur. Zühur yeri də İstanbuldur. Şiə qaynaqlarında, Hz. Mehdinin çıxacağı yer İstanbul olduğu, demək olar ki,  yüz hədisdə keçir və hamısında İstanbul olaraq deyilir. Şərq tərəfindən gəlir, Qərbə doğru gəlir və dənizi keçəcəyi ifadə edilir. Bu formada olsa, Amerika belə  Hz. Mehdi (ə.s.)-a hazırdır, massonlar da, tampliyerlər də hazırdır, hamısı hazırdırlar. Yəni bunu qəbul edirlər. Yəni sevgini müdafiə edən, qan tökməyə mane olan, silahları aradan qaldırmağı məqsəd qoyan bir Mehdiyə qarşı CIA, FBI və s. hamısı hazırdırlar, qəbul edirlər. (Kanal Avropa və Çay TV, 31 Oktyabr 2010)

Hz.Mehdinin peyğəmbərlərə oxşayan xüsusiyyətləri olacaqdır

İmam Zeynal Abidin əleyhissəlam belə demişdir:

"Bizim Qaimimiz (Mehdi) ilə Allahın rəsulları arasında bir sıra bənzərliklər vardır. Nuh (ə.s.), İbrahim (ə.s.), Musa (ə.s.), İsa (ə.s.), Əyyub (ə.s.) və Məhəmməd sallallahu əleyhi və alih peyğəmbərlərin hər biri ilə bir bənzərliyi vardır. Nuh (ə.s.) ilə uzun ömürlü olmasında, İbrahim (ə.s.) ilə doğumunun gizli olması (Doğumunun evdə olmasında) və xalqdan kənar olmasında, Musa (ə.s.) ilə qorxu halı (Mehdi (ə.s.)-a  təhlükələrin sıxlığıyla öldürmə, tələ qurma, həbs olunma, nəzarət altına alınma, sürgün kimi hər cür təhlükəylə burun-buruna olmasıyla) və gizlində yaşamasında (davamlı gizlənərək yaşamasında), İsa (ə.s.) ilə xalqın onun haqqındakı ixtilafa düşməsi (bir qisim insanların, ‘Mehdi (ə.s.) gələcək', bir qisminin də ‘gəlməyəcək' deməsində), Əyyub (ə.s.) ilə bəladan sonra qurtuluşun gəlib-çatmasında (Hz. Mehdi (ə.s.)-a da bir çox çətinlik, xəstəlik və dərd gəlməsi, ancaq eynilə Hz. Əyyub (ə.s.) kimi Allahın rəhmətiylə hamısından xilas olmasıyla), Məhəmməd sallallahu əleyhi və alih ilə də qılıncla qiyam etməsində (Peyğəmbərimiz (s.ə.v.)-in müqəddəs əmanətləri olan mübarək bayrağı, qılıncı və jileti (əbası), Mehdi (ə.s.)-ın yanında olmasıyla), bənzərliyi vardır. "(Kamalud-Din s. 322, 31-ci babın 3-cü hədis)

 

Bu hədisi şərifdə, Hz. Mehdi (ə.s.)-ın bütün peyğəmbərlərə bənzəyən bir şəxs olacağı, görünməz olmayacağı çox açıq olaraq ifadə edilmişdir. Hörmətli Adnan  Oktar  Hz. Mehdi (ə.s.)-ın həyatının bütün peyğəmbərlərin həyatının xülasəsi kimi olacağını və bir şəxsiyyət olduğunu belə vurğulayır:

 

ADNAN OKTAR: Peyğəmbərimiz (s.ə.v.) onu Hz. Yusif (ə .s.)-a bənzədir. Hz. Mehdi (ə.s.) bütün peyğəmbərlərin xülasəsidir. Bütün peyğəmbərlərin xülasəsi yəni özüdür. Peyğəmbərimiz (s.ə.v.) "Hz. Mehdi hər peyğəmbərə bənzəyər" deyir. "Əyyub (ə.s.)-a da, Hz. İbrahim (ə.s.)-a da, mənə də bənzəyər" deyir. "Hz. Yusif (ə.s.)-a hansı tərəfdən bənzəyər ya Rəsulullah (s.ə.v.)?" soruşurlar. "Zindana atılması baxımından bənzəyər" deyir. Amma, Hz. Mehdi (ə.s.), Hz. Yusif (ə.s.) kimi də gözəldir. Yəni Hz. Yusif (ə.s.)-ın başına gələnlər də Hz. Mehdi (ə.s.)-ın başına gələcəkdir. Onsuz da Yusif hekayəsi Hz. Mehdi (ə.s.)-ı izah edir, eyni zamanda Quranda da: Kəhf Surəsi əvvəldən axıra qədər Mehdiyyəti izah edir. Diqqətlə baxılsa, bu surə əbcədlərinə görə tam Mehdiyyətə hakimdir. Hətta Peyğəmbərimiz (s.ə.v.) deyir; "Dəccalla qarşılaşdığınız zaman Kəhf Surəsini oxuyun" deyir. Bu nə deməkdir? "Mehdiyyət onun içindədir" deyir. Buna aid çoxlu hədislər  vardır, baxın dəccalla qarşılaşdığınızda Kəhf surəsini oxuyun. Peyğəmbərimiz (s.ə.v.) buyurur: "Dəccaliyyətə qarşı döyüşün, mübarizənin sirrlərini və Mehdiyyəti Kəhf surəsinin içində tapacaqsınız". (Qocaəli TV, 9 Fevral 2010)

 

Hz. Mehdi (ə.s.)-ın fiziki xüsusiyyətləri hədislərdə təfərrüatlı olaraq izah edilir

Peyğəmbərimiz (s.ə.v.) hədislərində axır zamanda gələcək olan mübarək şəxs olan  Hz. Mehdi (ə.s.)-ın fiziki xüsusiyyətləri haqqında bir çox məlumatlar vermişdir. Peyğəmbərimiz (s.ə.v.)-in Hz. Mehdi (ə.s.) haqqındakı təsvirləri çox təfərrüatlı və açıqdır. Hz. Mehdi (ə.s.) ortaya çıxdığında onu görənlər bu əlamətlərdən dərhal onu tanıyacaqlar. Hədislərə görə:

Hz. Mehdi (ə.s.), Peyğəmbərimiz (s.ə.v.)-in soyundan olacaqdır. Hz. Mehdi (ə.s.)-ın çiynində "Peyğəmbərlik" möhürü vardır və 40 yaşlarında görünəcəkdir. Hz. Mehdi (ə.s.)-ın üzünün gözəl və nurlu, saçlarının qara, qaşlarının yay kimi, iri  və çəkik gözlü , gözəl burunlu, parlaq dişli, alnının isə açıq və geniş olacağı da hədislərdə bildirilir. Bundan başqa, Hz. Mehdi (ə.s.)-ın saqqalı qara, sıx və bol olacaq, yanağında da bir xal  olacaqdır. Dərisinin rəngi Ərəbi (qırmızıyla qarışıq ağ) olacaqdır. Bütün bunların hədislərdə bildirildiyinə görə, Hz. Mehdi (ə.s.) çox heybətli, orta boylu, iri gövdəli, geniş qarınlı, gözəl üzlü, Bəni İsrail görünüşlü bir insan olacaqdır.

Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in tək-tək saydığı bu fiziki xüsusiyyətlər əlbəttə, görünməz bir Mehdiyə aid ola bilməz. Hörmətli Adnan Oktar Hz. Mehdi (ə.s.)-ın fiziki xüsusiyyətlərinin bəzilərini belə açıqlamışdır:

ADNAN OKTAR:  Biz, həmçinin İsmaili, Əlyəsəni, Yunisi və Lutu da (hidayətə qovuşdurduq) və onları aləmlərdən (özləri ilə bir dövrdə yaşayan bütün insanlardan) üstün tutduq. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da (bir qismini hidayətə çatdırdıq), onları seçdik və düz yola yönəltdik. (Ənam surəsi, 86-87). Peyğəmbərimiz (s.ə.v.) hansı soydan idi? Hz. İbrahim (ə.s.)-ın soyundan idi. Mehdi (ə.s.) hansı soydandır? Peyğəmbərimiz (s.ə.v.)-in soyundandır. Bəni İsrail görünüşlü olmasının səbəbi də budur. İbrahim soyundan gəlməsidir. (Samsun Əks TV -25 Noyabr 2010)

 

"Əbu Cəfər, İmam Məhəmməd Bağır (ə.s.) Həzrətlərinin cəddləri bilirsiniz ki, Hz. Mehdi (ə.s.)-ın da cəddidir, Əhli Beytin lideri, Peyğəmbər Əfəndimiz (s.ə.v.)-i nəzərdə tutur, möminlərin əmri, Əleyhissalamın minbərdən dediklərini nəql etmişdir. Yəni Rəsulullah (s.ə.v.)-in dediklərini, minbərdən nə danışdısa nəql etmişdir. Peyğəmbərimiz (s.ə.v.) deyir. "Axır zamanda soyumdan gələn bir adam çıxacaqdır. Bir az al (qırmızı) rənglə qarışıq, geniş bədənli" tünd əsmərdir. Baxın azacıq al rəngdə, yüngül qırmızıya çalar, geniş bədənli ərəbidir. Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in rəngi də ərəbidir. Ərəbi dediyimiz rəng, yəni, ağ olub, qırmızıya çalandır. ''Geniş bədənli olacaq, iri və geniş qarınlı olacaq, ayaq arası sümükləri geniş və böyükdür, diqqətə çarpan olacaqdır. Peyğəmbər (s.ə.v.)-in xalı olacaqdır. Hz. Mehdinin iki çiyinləri arasında Rəsulullah (s.ə.v.) əfəndimizdəki kimi görünən bir peyğəmbərlik möhürü olacaqdır. Bu xal göyərçin yumurtası kimi  yumru olacaqdır. İki kürəyi arasında, kürəyinin sol hissəsində üstü xallarla (ət xal kimi) dolu Peyğəmbər  möhürü olacaqdır. O Hz. Mehdi (ə.s.) yüksələcəkdir." İnşaAllah. (Adıyaman Asu, Kral Qaradəniz və Akın TV, 21 Dekabr 2009)

 

Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in bir çox sayda hədisində, adıyla, xüsusiyyətləriylə və edəcəyi işlərlə təfərrüatlı olaraq təsvir edilən Hz. Mehdi (ə.s.)-ın şəxs olaraq gələcəyinə dair müxtəlif müjdələr vardır. Bütün bu məlumatlar çox diqqətlə araşdırıldığında Hz. Mehdi (ə.s.)-ın bir şəxs olduğu, ağıl və vicdan sahibi olan hər insana asanlıqla aydın olmaqdadır.

Hz. Mehdi (ə.s.) həbsə şəcəkdir

Peyğəmbərimiz (s.ə.v.)-in Hz. Mehdi (ə.s.)-ın bir şəxs olduğunu sübut edən hədisi şəriflərindən biri də,  Hz. Mehdi (ə.s.)-ın həbs ediləcəyini deməsidir.

"Bu işi edəcək olanın (yəni Hz. Mehdi (ə.s.)-ın) iki qeybi (itməsi, gizlənməsi) vardır. Bu iki qeybin biri o qədər uzun olacaq ki, bəziləri: "O öldü", bəziləri də: "O getdi" deyəcəklər. Nə onu sevənlər, nə də başqaları onun yerini bilməyəcəklər, yalnız ona çox yaxın olan xidmətçisi onun yerini biləcəkdir." ("Əl-Saa Fi Əşrat-İs Saa" s. 93, Misir nəşri)

Görünməz Mehdi isə, həbs edilə bilməz. Bu ziddiyyəti Hörmətli Adnan Oktar çox hikmətli bir şəkildə açıqlayır:

ADNAN OKTAR: Bir dəfə həbs edilməsi bəs edər. Görünməz Mehdini sən necə həbs edəcəksən?  Dünyanın hər yerində ola bilən, yəni bir anda hər yerdə ola bilən bir insanı sən necə həbs edə bilərsən? Həbs etsən də nə mənası var? Bədəni oradadır, sən "milyonlarla bədəni" var deyirsən. Aydındır ki, belə deyil. Həbs edilən Mehdi (ə.s.)-ın anadan və atadan olduğu aydındır. Anadan  doğulmayan bir insanın həbsedilməsi bir məna daşımaz. Hədislərdə əziyyət çəkəcəyindən bəhs edilir. Görünməz bir adam, nə əziyyəti çəkəcək? Heç bir şey edə bilməyən, görünməz bir insan necə əziyyət çəkə bilər?  Bu səbəbdən bu səhv inanc, səhv düşüncəni Allah bir şəkildə ortadan qaldıracaqdır. Yəni necə olacağını indi bilmirəm. İzah edirik, görəcəksiniz möcüzəvi bir şəkildə o da ortadan qalxacaqdır." (Samsun Aks TV-dəki canlı reportajı -25 Noyabr 2010)

 

Hz. Mehdi (ə.s.) bazarlarda gəzəcəkdir

Hədislərdə, Hz. Mehdi (ə.s.)-ın insanlar arasında tanınan, bilinən, göz qarşısında olan, adı və şöhrəti hər kəs tərəfindən bilinən, ancaq “Hz. Mehdi (ə.s.) sifətiylə tanınmayan” bir kimsə olacağı göstərilir.

"Sədr Seyrəfi deyir ki: İmam Əbu Abdullah Cəfəri Sadiq əleyhissalamdan eşitdim ki: ... Haqqı əlindən alınan və inkar olunan məzlum imamınız və bu (qeybin) sahibi (Hz. Mehdi (ə.s.) onların arasında gəzər, bazarlarında gəzər, onların ayaq basdığı yerlərdən keçər. Amma onlar onu (Hz. Mehdi (ə.s.)-ı tanımazlar, ta ki, sonunda Allah Hz. Mehdi (ə.s.)-ı onlara tanıtması üçün eynilə Hz. Yusif (ə.s.)-a verdiyi kimi ona icazə verər." (Şeyx Məhəmməd b. İbrahim Numanı, Gaybəti Numani, səh. 189)

ADNAN OKTAR: Gözləmələrinə ehtiyac yoxdur, çünki onlar “"Mehdi (ə.s.) gəldi" deyir. Bu bir təkiyyədir (dini, mənəvi və ya dünyəvi zərərlərin qarşısını almaq üçün insanın  müxaliflər qarşısında imanını və ya inancını gizləməsi deməkdir), təkiyyəni yığışdırsınlar. Bu Hz. Mehdi (ə.s.)-ı qorumaq üçün edilən bir təkiyyədir. Görünməz Mehdi (ə.s.) üçündür. Yəni, "bazarlarda gəzər" deyir. Doğulacağı yeri, hər şeyi məlumdur.  Cübbəlinin dediyi tərzdə, izah etdiyi xurafat tərzində, elə bir Mehdi əsla çıxmayacaqdır. Görünməz Mehdi əsla çıxmaz, bir insanın ruhuna hülul (qeyri-qanuni olanını göstərib İslamiyyət belə edir demək) edən Mehdi əsla çıxmayacaqdır.  (Qocaəli TV və Aba TV 13 Noyabr 2010)

 

Hz. Mehdi (ə.s.)-ın olduğu məkanla birlikdə surəti hər yerdə görünəcəkdir

 

"Qaim (Hz. Mehdi (ə.s.)) aşkara çıxdığında, insanların imamlarıyla aralarında bir vasitəçi olmayacaqdır. O (Hz. Mehdi (ə.s.)) onlara (dünyaya) öz məkanından səslənəcək, onlar da  onu  dinləyəcək, hətta onu görəcəklər." (Müntəkab-ül Əzhar, s. 483) hədisi şərifində Peyğəmbər Əfəndimiz (s.ə.v.) Mehdi (ə.s.)-ın açıq-aydın insanlar tərəfindən görülüb səsinin eşidiləcəyini ifadə etməkdədir. Bu əlbəttə, Hz. Mehdi (ə.s.)-ın bir şəxs olduğunun göstəricisidir.

 

ADNAN OKTAR: Baxın, 1400 il bundan əvvəl Peyğəmbərimiz (s.ə.v.) deyir: "Mehdi (ə.s.) olduğu məkanla birlikdə surəti hər yerdə meydana çıxacaqdır", televiziyanı açıq şəkildə demiş olmurmu bununla?     

 

ALTUĞ BERKER: Bəli müəllimim.                             

 

ADNAN OKTAR: Yəni "bütün insanlar seyr edəcək, dünyanın hər tərəfində onu seyr edəcəklər" deyir. Baxın, hətta əksəriyyəti deyir ki, Müntəkab-ül Əzhar adlı əsər, səhifə 483-də, Peyğəmbərimiz (s.ə.v.)-dən hədis: "Hz. Mehdi (ə.s.) onlara (dünyaya) öz məkanından səslənəcəkdir." Olduğu yerdən dünyaya səslənəcəkdir. "Onlar da danışmasını dinləyəcək, hətta onu görəcəklər." Həm radio, həm televiziya, həm internetə, 1400 il bundan öncə Peyğəmbərimiz (s.ə.v.) açıq şəkildə işarə etmişdir. (Qaziantep Olay TV, 23 Noyabr 2010)

 

Hz. Mehdi (ə.s.) mübarək bir şəxs olaraq çıxacaq, yanındakı az topluluq  ilə Dəccaliyyəti fikirlə məğlub edəcək və qalib gələcəkdir. Beləcə, Allahın izniylə, Hz. Mehdi (ə.s.)-ın əsrimizdəki mənəvi liderliyi ilə İslam əxlaqı bütün dünyaya hakim olacaqdır.

 

Mənəvi şəxs hər zaman məğlub olar

Hz. Mehdi (ə.s.)-ın, İslam əxlaqının dünyaya hakim olması üçün böyük bir fikri mübarizə başladacağı Peyğəmbər Əfəndimiz (s.ə.v.)-in hədisi şəriflərindən aydın olur. Bir ruh olaraq çıxacaq Mehdi (ə.s.) isə Darvinizm, materializm, ateizm kimi dinsiz ideologiyaları təmsil edən Dəccaliyyətin dünya miqyasında yox edilməsini təmin edə bilməz. Hörmətli Adnan Oktar görünməz Mehdi inancının İslam aləminə verə biləcəyi zərəri belə açıqlayır:

ADNAN OKTAR:  Görünməz Mehdi əsla çıxmaz. Mənəvi  Şəxs hər zaman məğlub olar. Çünki başsız bir bədən, başı olmayan bədən, onsuz da məğlub olmuşdur. Müsəlmanlar darmadağındır. Nur tələbəsi qardaşlarımızın bir qismi deyir:  "Mənəvi Şəxs olaraq çıxdı". Nur tələbələri məğlub olaraq darmadağın oldu. Mənəvi Şəxs deyilən Mehdi, müsəlman Nur tələbələrini bir araya yığa bilmir, mənəvi şəxs olan Mehdi parçalanmağa səbəb olur. Şəxs olan Mehdi (ə.s.) bir araya gətirər. Şəxs olan və tələbələri olan Hz. Mehdi (ə.s.) Müsəlmanları bir araya gətirə bilər. Yoxsa, parçalanmaqdan xilas ola bilməzlər. Allahu aləm, Allah göstərir çünki. (Qocaəli TV və Aba TV, 13 Noyabr 2010)

Mənəvi  şəxs olan Mehdi, müsəlmanlar arasında parçalanmağa səbəb olar:

Hz. Mehdi (ə.s.) müsəlmanların dincliyini, birliyini təmin edəcək, İslam əxlaqının gözəlliyini bütün dünyada yerləşdirəcəkdir. Hörmətli Adnan Oktar görünməz Mehdi inancının, bu birliyin pozulmasına və Müsəlmanlar arasında parçalanmağa səbəb olacağını belə ifadə edir:

ADNAN OKTAR: İranın edəcəyi iş, dərhal bir şəxs olan Mehdi (ə.s.)-ı qəbul etməkdir. Baxın, görünməz Mehdi (ə.s.) düşüncəsində İslam ölkələrini İranla qarşıdurma mövzusunda razı edə bilərlər. Vəhabi qardaşlarımızı da razı edə bilərlər. Bir qisim sünni müsəlmanları da razı edə bilərlər. Çünki, deyəcəklər ki, bunların görünməz Mehdisi sizə bir əmr verəndə, görünməz Mehdi (ə.s.) şiələrdən başqa heç bir şey qəbul etmirəm və qalan hamısını yox edin deyərsə, hansı ki orada da, Cübbəli tərzində olanlar var. Hamısını doğrayın desə, nə deyəcəyik, nə edəcəyik? Bu qarşısı alınmaz bir güc halına gələr, çox böyük təhlükədir. İran bu böyük fitnəyə qarşı, şeytanın bu oynuna qarşı dərhal, Rəsulullah (s.ə.v.)-in səhih hədislərinə güvənərək, Quranın məntiqinə, ağlına güvənərək görünən Mehdi (ə.s.)-ı qəbul etməsi vacibdir. İran Hz. Mehdi (ə.s.)-ın gəldiyini qəbul edir, amma, "görünməz Mehdi (ə.s.) var" deyir. "Bəzən görünür, bəzən görünmür" deyir. Qardaşım, elə şey olar? Bundan böyük bir fəlakət meydana gələr, həm də çox təhlükəli bir şeydir. Biz nə deyəcəyini haradan biləcəyik? Məsələn, işıq halında meydana çıxdı deyir, biz nə deyəcəyik? Ya da, şeytan işıq halında meydana çıxarsa nə edəcəksən? "Gedin Müsəlmanları darmadağın  edin desə, nə edəcəksən? "(Kaçkar TV, 23 Noyabr 2010)

                                                                            

Görünməz Mehdi inancı  "nəfsi müdafiə" adı altında müsəlman ölkələrə hücum edilməsinə səbəb ola bilər.

Hörmətli Adnan Oktar müxtəlif tarixlərdəki reportajlarında İslam aləmi üçün  ola biləcək təhlükəyə belə diqqət çəkir:

 

ADNAN OKTAR: Görünməz Mehdi (ə.s.) olduqca çox  təhlükəlidir. Buna görə indi  İrandan qorxurlar. İndi məsələn, biri çıxıb desə ki, "Mehdi (ə.s.) mənə bunu dedi, "get Təl Əvivi bombala" desə,  onlar da, "Məsih (ə.s.) da bizə "bütün İslam ölkələrinə atom bombası atın" dedi, desələr ondan sonra, "Hz. İsa (ə.s.) sizi də indi buludlara aparacaq" desə, gedib onları da vurarlar, onları da öldürərlər. "Baxın hamınızı buludlara çıxartdıq" deyəcəklər. Dəliliyin ucu bucağı yoxdur. Onun üçün Mehdiyyət ağıllı olmağı, məqbulluğu, tutarlılığı, şəfqəti, mərhəməti gətirir. (Qocaeli TV 20 Avqust 2010)

ADNAN OKTAR: Amma görünməz Mehdi (ə.s.)-ın dəhşətini insanlara yaşatmaq haramdır. İnsanlara əziyyət verirlər. Amerika da "nəfsi müdafiə" adı ilə, Allah əsirgəsin, ağlasığmaz işlər edə bilərlər. İsrail günümüzdə özünü heç mühafizədə hiss etmir. Yəni, hal-hazırda görünməz Mehdi (ə.s.)-ın əmrinin nə olacağını bilmirlər. Halbuki, görünən Mehdi (ə.s.)-la danışa bilərsən. Həmsöhbət ola bilərsən, zəmanət ala bilərsən, şəfqətini, mərhəmətini şəxsən görə bilərsən, amma, işıq surətində olan varlıqla necə danışmaq olar? Necə razı salacaqsan? Yəni nəyi danışacaqsan? " Mehdi (ə.s.) yalnız əmr edər, iş qurtarar" deyirsən. Haranı vur, haranı yıx deyəcəyi müəyyən deyil ki. Cübbəli, "Mehdi (ə.s.) asacaq, kəsəcək, yıxacaq, hər yeri bir-birinə qatacaq" deyir. Mən bunu Əhməd Necata qəbul etdirdim, yəni qan tökməyəcəyini hədislə isbat etdim. Birləşmiş Millətlərdə də, başqa yerlərdə də çıxıb danışdı. Bu hissəni başa düşdülər, qan tökməyəcəyini, silahları yığdıracağını başa düşdülər. "Bunu dəfələrlə mətbuat qarşısında açıqlasın" dedim, Allah razı olsun, çıxdı mətbuatın qarşısında dəfələrlə açıqladı. Amma bu görünməz Mehdi (ə.s.) mövzusunda, İran xalqının inancı da olduğu üçün müdaxilə edə bilmirlər. Xalqın reaksiyasından çəkinirlər. Çünki xalq adı kimi əmindir görünməz olduğundan. (Kanal Avropa və Çay TV, 31 Oktyabr 2010)  

 

İslam Birliyinin meydana gəlməsi üçün müsəlmanların bir liderə ehtiyacı vardır

Bu Lider Hz. Mehdi (ə.s.)-dır

Müsəlman qanı axmaması, İslam ölkələrindəki kasıblığın və yoxsulluğun sona çatması, Türk-İslam coğrafiyasındakı qarışıqlıq, anarxiya və terrorun tam şəkildə ortadan qalxması, dinc, etibarlı, firavan və aydın bir mədəniyyət qurulması üçün, İslam Birliyinin yaradılması şərtdir. Birlik olmayan İslam aləminin, zərər görən Müsəlmanları qoruması və saxlaması mümkün ola bilməz. Amma 1 milyarddan çox əhalisiylə İslam aləmi birlik olsa, dünyanın hər hansı bir yerində Allahın izniylə tək bir Müsəlmanın barmağının ucu da zərər çəkməz. Ancaq bu birliyin qurula bilməsi üçün bir liderə, yəni, bir şəxsə ehtiyac var. Bu lider Hz. Mehdi (ə.s.)-dır.

ADNAN OKTAR: Müsəlmanların bir lideri olmalıdır. İndi soruşaq. Massonların lideri varmı? Var deyərlər. Xüsusilə, massonlara mütləq bir başçı lazımdır. Xristianların varmı? Var, papaları var. Yəhudilərin varmı? Var. Buddistlərin Laması var, elə deyilmi? Müsəlmanların? "Müsəlmanların lideri olmasına ehtiyac yoxdur" deyirlər. Bu düzgün deyil. O halda başsız qalan bir birlik dağılar və bu hala gələr. Mütləq müsəlmanların başçısı olmalıdır. Quranda elə bir birlik yoxdur ki, başıçısı olmasın. Mütləq hər birliyin başçısı var. Məsələn, Quranda Səba xalqı var, onların da Quranda bir qadın liderləri var idi, elə deyilmi? Məsələn, Firon qövmü var, onun başında Fironu var. Nəmrut qövmü var, başında Nəmrut var. Məsələn, Ad qövmü var, Səmud qövmü var, mütləq bu qövmlərin başında bir lider olur. Türkiyənin də lideri var. Bir inancın liderinin olmaması mümkün deyil. Allah ayədə də deyir, "Ey iman edənlər, Allaha itaət edin, elçiyə itaət edin və sizdən olan əmr sahiblərinə də itaət edin." (Nisa surəsi, 59). Müsəlmanların başçısının olmamasını istəməsi bəzi kəslərin Avropa Birliyinin, Böyük Orta şərq Layihəsinin fikirləriylə üst-üstə düşür. Böyük Orta şərq Layihəsində də başçısız bir müsəlmanlıq tələb olunur. Ateist massonlar da bunu istəyirlər. Biz belə istəmirik. Biz mütləq müsəlmanların bir lideri olsun istəyirik. (Qocaeli TV və Aba TV, 11 dekabr - 2010)

 

Bədiüzzaman Hz. Mehdi (ə.s.)-ın şəxs olduğunu bildirmişdir:

Hz. Mehdi (ə.s.), həm mürşid (doğru yolu göstərən adam), həm qütbü əzəm (Müsəlmanların özünə bağlandıqları böyük övliyalardan, zamanın ən böyük mürşidi) olaraq bir şəxsi nuranini göndərəcək və o şəxs də Əhli Beyti Nəbəvidən (Peyğəmbərimiz (s.ə.v.)-in soyundan) olacaqdır. (Məktubat, sf. 411, 412, 441)

Bədiüzzaman bu sözündə bir "şəxsi nurani"dən bəhs edir. Bu şəxsi nuraninin bir xüsusiyyəti əhli beytdən olmasıdır. Yəni bu adam seyid olacaqdır. Digər xüsusiyyətləri də;

1. … bir müctəhid

2. … bir mücəddid

3. … hakim

4. … Hz. Mehdi

5. … mürşid

6. … qütbü əzəm

7. … bir şəxsi nurani

olmasıdır. Göründüyü kimi, Ustadın axır zamanın ən böyük fəsadı, zamanında gələcək bu şəxs üçün istifadə etdiyi xüsusiyyətlərin heç biri bir mənəvi şəxsə deyil, şəxsə aid sifətlərdir. Heç bir mənəvi şəxsin, bir birliyin, bir qrupun sifəti, seyid, müctəhid, mücəddid, hakim, Hz. Mehdi (ə.s.), mürşid, qütbü əzəm ola bilməz. Bunların hamısı yalnız bir şəxsə, bir adama verilən sifətlərdir. Ustadın bu sifətlərlə xarakterizə etdiyi Hz. Mehdi (ə.s.) da, digər əsr başlanğıclarında gələn mücəddidlər kimi bir şəxsdir və axır zamanda zühur edəcəkdir.               

Necə ki, Ustadın ən yaxşı tələbələrindən olan Seyid Saleh Özcan xoca əfəndi, Ustadın özünə şəxsən  söhbətləri sırasında Hz. Mehdi (ə.s.)-ı özü deyil, amma, Seyid Saleh Özcanın görəcəyini dediyini belə ifadə etmişdir:

"Mənim fikirlərimdə vardı ki, Hz. Mehdi (ə.s.)-ı görə bilərəmmi? Hz. Mehdi (ə.s.) necə olacaq? O vaxtlar şeyx vardı, bu Cizrədə (şəhərdə) bir Şeyx Əfəndi vardı. Onun bir xəlifəsi Ustada  bir məktub yazmışdı. Məktubu yazarkən, ondan sonra Ustad Tahirə dedi ki, "O məktubu gətir". Getdi gətirdi, oxumağa başladı. O zaman Hz. Mehdi (ə.s.)-dan bəhs etdi. Hz. Mehdi (ə.s.)-dan bəhs etdikdə mənim ağlımda da o var idi ki, "Görəsən Mehdi (ə.s.)-ı görə bilərikmi?". O zaman Ustad başıma yüngülcə vurdu: "Mən Hz. Mehdi (ə.s.)-ı görməyəcəyəm, amma sən görəcəksən" dedi." (10 Aprel 2010)

PAYLAŞIN
logo
logo
logo
logo
logo