Yevangelist masonların İncili qaynaq göstərməyə çalışdıqları saxta izahlara diqqət!
ucgen

Yevangelist masonların İncili qaynaq göstərməyə çalışdıqları saxta izahlara diqqət!

2043

Yevangelist və ya müsəlman kimi görünən bəzi masonlar müqəddəs kitablardakı hökmlərə özlərinə görə şərh gətirərək səmimi dindarları səhv yönləndirməyə çalışırlar. Bəzi yevangelist xristianların İslama yönəlmiş çirkin baxışları məhz bu səyin nəticəsidir. Xristian dindarlar üzərində yaradılmağa çalışılan İslama qarşı bu baxış əslində saxta və çirkin oyundur. Masonlar bu saxta oyun vasitəsi ilə diqqətləri başqa istiqamətə çəkərək inananlar üzərində oyun oynayır, inananların güclənməsinə əngəl törədir, Allaha qarşı etdikləri çirkin və hiyləgər təbliğat üçün zəmin hazırlayırlar.

Bu oyunun məqbul görünə bilməsi, səmimi yevangelistlərdən dəstək görə bilməsi üçün yevangelist masonlar daha da çirkin bir üsul istifadə edir və saxta iddialarına İncili qaynaq göstərirlər. Səmimi dindarlara ancaq bu yolla təsir edə biləcəklərini bilirlər. İncili qaynaq göstərərək İslamı dəccaliyətlə əlaqələndirməyə çalışan zehniyyət (İslam dinini tənzih edirik) dəccal sisteminin əsl qaynağı olan mason zehniyyətdir. Bu zehniyyət İncildəki bəzi ifadələri TAMAMİLƏ HƏQİQƏTDƏN FƏRQLİ VƏ YANLIŞ ŞƏRH EDƏRƏK insanları səhv yönləndirirlər.

Bir qaynaqda masonluğun əsl hədəfinin xristianlığı həqiqi inancından uzaqlaşdırmaq olduğu bu şəkildə izah edilir:

Masonluğun əsas məqsədi xristianlıq tərəfindən meydana gətirilən dini və siyasi dünya nizamını kökündən sökmək və yerinə ÖZ DÜŞÜNCƏ ŞƏKİLLƏRİNƏ UYĞUN BİR NİZAM GƏTİRMƏKDİR. Bu, cəmiyyətin yeni nizamının naturalizmdən törəyəcəyi mənasına gəlir.[1]

Yevangelistlər İncilin onlara sülhü, dostluğu və qardaşlığı əmr etdiyini, qan tökməyə Allahın icazə vermədiyini unutmamalıdırlar.

Adnan Oktarın 28 sentyabr 2010 tarixli Kaçkar TV reportajından:
Beləcə masonluğun əsl hədəfi xristianlığı həqiqi məqsədindən uzaqlaşdırmaqdır. Lakin masonluq dəccal sistemi olduğundan hiyləgərcə hərəkət edir, xristianlığı həqiqi məqsədindən uzaqlaşdıra bilmək üçün İncili istifadə edir, özünü dindar göstərir. Bu təhlükəli oyuna qarşı mütləq ayıq olmaq lazımdır.

Bunu ifadə etmək lazımdır ki, İncildə keçən dəccaliyyət Peyğəmbərimiz hz.Muhamməddən (səv) rəvayət edilən hədislərlə tam bir uyğunluq içindədir. Bu səbəbdən müsəlman aləminin gözlədiyi dəccal ilə xristian aləminin gözlədiyi dəccal eyni azğın inancı yayacaq və eyni xüsusiyyətlərə sahib olan eyni dəccal olacaqdır. Lakin yevangelist masonlar hiyləgər bir üsul istifadə edərək dəccalın bütün xüsusiyyətlərini İslama aid etməyə çalışır, bunun üçün də öz fikirlərinə görə İncili dəlil göstərməyə çalışırlar.

Yevangelist görünüşlü masonların göstərdiyi bu çirkin cəsarət və qızışdırma siyasəti dünya üzərindəki səmimi Müsəlmanlara qarşı kin və hirsi təhrik etmə məqsədlidir. Bu kəslər özlərini dindar göstərərək, ittihamlarını İncilə istinadən etdiklərini iddia edərək, İslamda olmayan bir hökmü, zülm və qırğınları İslama aid etməyə çalışırlar. Bu hiyləgər kəslərin oyunlarına qarşı xüsusilə, səmimi xristianlar çox diqqətli olmalıdırlar. Bu çirkin oyun nəticəsində səmimi dindar xristianların bir qismi İslamı səhv tanımaqda, səhv şərh etməkdə, İslamın gözəllik, sülh və sevgi dini olduğundan xəbərsiz qalmaqdadırlar. Bu oyun eyni zamanda müsəlmanlarla xristianlar arasında süni ayrılığın meydana gəlməsinə səbəb oldu. Bu hiyləgər plan nəticəsində eyni Allaha inanan səmimi dindarlar birlik ola bilmirlər, hətta əksinə aralarında nifaq və qarışıqlıq olması məqsədi güdülür. Bu vəziyyət, əlbəttə, bütün dünyaya dinsizliyi, darvinizmi, anarxiyanı, zülmü, döyüşləri, cinayətləri, degenerasiyanı yaymaq istəyən dəccal sistemi masonluğun hiyləgərcəsinə fəaliyyətlərini davam etdirməsi üçün axtardığı ən uyğun zəmini təmin edir.

Masonluq tarix boyu etdiyi kimi, ancaq inananların arasını ayırdığı zaman güclənə bilir. Buna görə mason idarənin dinsizliyi yaya bilməsi, öz ideologiyasını gücləndirməsi üçün, iman edənlərin gücsüz qalması, parçalanması lazımdır. Buna görə masonlar üçün səmimi dindarların arasındakı ittifaqı pozmaq, onları bölmək əhəmiyyətli hədəfdir. Bunun üçün də masonlara görə ən etibarlı üsul İncili qaynaq olaraq göstərməkdən çəkinməyən yevangelistlər kimi özlərini təqdim edən masonları istifadə etməkdir. Yevangelist kimi görünən masonların oyununa gələn səmimi dindar xristianlar da, əslində bilmədən və əlbəttə, istəmədən masonların dinsizliyi yayma siyasətinə alət olurlar. Elə buna görə bu oyuna qarşı bütün həqiqi dindarlar ayıq olmalı və əsl fikri mübarizə ilə, birlik ruhu içində Allah inancına qarşı çıxan ideologiyalara qarşılıq verməlidirlər. Dindarlar üçün ən böyük təhlükənin dinsizliyi yayma məqsədi daşıyan masonluq və masonluğun nəzarətində olan darvinizm, materializm kimi ideologiyalar olduğu heç bir zaman unudulmamalıdır.

[1] Mansignor George F. Dillon, Grand Orient Freemasonry Unmasked “As the secret power behind communism”, s. 16

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr