Saytımızda tez-tez xristianların bəzi inanc və tətbiqləri ilə əlaqədar müxtəlif izahlar yerləşdirilir. Bu məqalələrdə xristianlığın Qurana uyğun olmayan, İncilin yanlış şərh olunmasından qaynaqlanan səhv inanclara və xristianlığa sonradan daxil edilmiş bidətlərə diqqət çəkilir və onların doğru istiqamətləri izah edilir. Ancaq bu məqalələri oxuyub araşdıran xristian qardaşlarımız bu yazılardakı əsl məqsədi və hikməti çox yaxşı anlamalıdırlar.
Burada məqsəd xristianları tənqid etmək, onları pisləmək, İncili tamamilə etibarsız etmək və xristian dinini ortadan qaldırmaq deyil. Haqq olan İncil Quranda təriflənir və haqq peyğəmbər olan Hz. İsaya (ə.s) verilmiş müqəddəs kitab olaraq təsdiq edilir. Bəqərə surəsinin 136-cı ayəsində bildirildiyi kimi: “Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə (möcüzələrə) inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!”.Bu səbəbdən müsəlmanlar da, eynilə xristianlar kimi İncildəki haqq hökmlərə uyğun davranmaqla, hikmətli izahları ucaltmaqla öhdəlik daşıyırlar. Bu baxımdan, xristianlara aid bu məqalələrin məqsədi səmimiyyətə, doğru olana, yəni haqq olan İncilə dəvətdir. Xristianları Hz. İsaya (ə.s) vəhy edilən haqq İncildə olmayan yanlış tətbiqlərdən və batil bidətlərdən təmizləmək və ONLARIN ƏSL İNCİL HÖKMLƏRİNƏ İTAƏT EDƏN XRİSTİAN OLMALARINI TƏMİN ETMƏKDİR. Buna görə də, bu mövzu səhv başa düşülməməlidir.
XRİSTİANLARIN SƏMİMİ DİNDAR OLMALARI İSƏ MÜSƏLMAN OLARAQ BİZİM DƏ İSTƏDİYİMİZ BİR ŞEYDİR. Lakin, eyni zamanda, üzərimizə düşən vəzifə Allahın Quranda "yaxşılığı əmr etmək və pislikdən məhrum etmək" (Ali İmran surəsi, 104) əmrinin tələbi olaraq, bəzi xristianları fərqinə varmadan düşdükləri yanılmalardan uzaqlaşdırmək, onlara haqq və doğrunu göstərməkdir. Beləliklə, bütün inananlar kimi xristianların da bu təhlükələrə qarşı xəbərdar edilmələri, Allahın ifadə etdiyi haqq hökmlərə, ağıla və məntiqə dəvət edilmələri son dərəcə vacibdir.
Quranda Kitab Əhlindən (xristian və yəhudilərdən) bəhs edilir. Kitab Əhli Qurana görə müsəlmanların himayəsinə verilmiş səmimi dindarlardır. Bu səbəbdən Kitab Əhlinin doğru, səhih Tövrat və İncil hökmlərinə itaət etməyi təmin etmək, doğru olanı göstərib onların daha dindar və daha səmimi olmalarını təmin etmək, bir olan Allaha iman etməyə dəvət etmək müsəlmanların vəzifəsidir.
Oxuyacağınız məqalələrdə haqq din olan xristianlığın içinə illər ərzində daxil olmuş və Quranda təhlükə olaraq xəbərdar edilmiş inanclardan bəhs ediləcək. Bu yanılmaları xəbər verən Quran ayələri ifadə edilərkən xristianların müqəddəs kitabları olan İncildən bu yanılmaları ortadan qaldıracaq əsaslar təqdim ediləcək. Bütün inanclarda olduğu kimi xristianlıq inancında da, mövzulara olduqca radikal dünyagörüşü ilə yanaşan, bəhs etdiyimiz bu səhv inancların da olduqca sabit, Qurana qarşı qərəzli fikirlə yaxınlaşan xristianlar ola bilər. Qeyd edilən xristianlara tövsiyəmiz budur ki, buradakı məqalələri obyektiv şəkildə oxusunlar və izah edilənləri ağılla qiymətləndirsinlər. Bu onları İncil hökmlərindən uzaqlaşdırmayacaq, əksinə Allahın izni ilə İNCİLİ DAHA SƏMİMİ ŞƏKİLDƏ QİYMƏTLƏNDİRMƏLƏRİNƏ VƏ İNCİLƏ DAHA MÜKƏMMƏL ŞƏKİLDƏ İTAƏT ETMƏLƏRİNƏ səbəb olacaq.