Avropa və İslam
ucgen

Avropa və İslam

1568
Bütün dünyada olduğu kimi, Avropada da İslam sürətlə yüksəlir və bu yüksəlmə xüsusilə bir neçə ildir ki, daha çox diqqət çəkir. Son illərdə “Avropada İslamın yüksəlişi”, “Müsəlmanların Avropadakı mövqeyi”, “Avropa cəmiyyətləri vəmüsəlmanlar arasındakı dialoq” kimi əsas başlıqlar altında bir çox məqalə nəşr olunmuşdur. Alimlər tərəfindən hazırlanan bu nəşrlərlə yanaşı, kütləvi informasiya vasitələri də İslam və müsəlmanlar mövzusuna olduqca çox yer ayırıblar. Bumarağın təməlində, şübhəsiz, müsəlmanların sayının getdikcə artması dayanır. Üstəlik, bu artım iddia edildiyi kimi, yalnız müsəlman ölkələrin Avropaya inteqrasiyasından qaynaqlanır. Əlbəttə, bu inteqrasiyaların də müsəlman əhalinin artımındaəhəmiyyətli bir təsiri vardır, ancaq bir çox tədqiqatçının bu mövzuya yönəlməsindəki əsl səbəb din dəyişdirib müsəlman olmağı seçənlərin sayındakı artımdır.
 
Araşdırmaların göstərdiyi həqiqətlər
 
Avropa cəmiyyətləri içində İslamı seçərək din dəyişdirənlərin getdikcə çoxalmasını maraqla izləyən təşkilatlardan biri mərkəzi Vatikanda olan Katolik Kilsəsidir. 1999-cu ilin oktyabr ayında edilən Avropa Katolik Kilsələr Yığıncağının əsasgündəm mövzusu yeni minillikdə kilsənin hansı mövqedə olacağını qiymətləndirmək idi. Yığıncaqda iştirak edən bütün dindarların üzərində dayandıqları mövzu isə İslamın Avropadakı sürətli yüksəlişi oldu. National Catholic Reporter jurnalınınverdiyi xəbərə görə bəzi radikal şəxslər müsəlmanların Avropada güclənməsinin qarşısını almağın tək yolunun İslama və müsəlmanlara qarşı tolerantlıqdan imtina etmək olduğunu ifadə edərkən, daha obyektiv və qərəzsiz olan şəxslər də vurğulayıblar ki, hər iki dinin mənsubları eyni Allah’a iman gətirdiklərinə görə bu, iki din arasında hər hansı bir qarşıdurma və ya mübarizənin əsas mövzusu ola bilməz. Belə ki, yığıncağın almanca keçirilən bir iclasında Almaniya Kardinalı KarlLehmann, "İslamda bir çox xristianın, təxmin ediləndən də çox olduğunu" ifadə edərək, radikalların İslam ilə əlaqədar qarşıya qoyduqları iddialarında düzgünlük payı olmadığını söyləmişdir.
 
Avropadakı müsəlmanlarla bağlı aparılan araşdırmaların ortaya qoyduğu bir həqiqət də bir tərəfdən, müsəlmanların sayı artarkən, bir tərəfdən də müsəlmanlar arasında dini şüurlanmanın yaşanmasıdır. Fransız Le Monde qəzetinin oktyabr2001 tarixində keçirdiyi bir anketə görə Avropadakı müsəlmanlar 1994-cü ildə aparılan araşdırmaya nisbətən daha çox namazlarına davam edib, daha çox məscidə gedirlər, oruc tutanların sayı da 1994-cü ilə nisbətən daha çoxdur. Özü də, buşüurlanma daha çox universitet tələbələri arasında görülür.
 
Avropa İslam mərkəzi olmaq yolunda addımlayır
 
“Aktual” jurnalı isə 1999-cu ildə xarici mətbuata istinad edərək hazırlanmış bir xəbərində qərbli tədqiqatçıların bundan təxminən 50 il sonra Avropanın İslamın ən əhəmiyyətli yayılma mərkəzlərindən biri olacağını bildirir.
 
Sosioloji və demoqrafik araşdırmaların işarə etdiyi bu nailiyyətlərlə yanaşı, tarixi bir həqiqəti də unutmamalıyıq. O da Avropanın İslam ilə yeni tanış olmadığı, əslində İslamın Avropanın ayrılmaz bir parçası olduğudur.
 
Avropa ilə İslam mədəniyyəti, bir-biri ilə yaxın əlaqəsi olan iki mədəniyyətdir. Əvvəl İber yarımadasında qurulmuş Əndəlüs Dövləti, daha sonra Səlib yürüşləri və Osmanlının Balkanları fəthi Avropa və İslam cəmiyyətləri arasındayaxınlaşmaya səbəb olmuşdur. Orta əsrlər qaranlığı içinə basdırılmış Avropadakı inkişaf və tərəqqi hərəkatlarının əsl qabaqcılının İslam olduğu bu gün bir çox tarixçi və sosioloq tərəfindən dilə gətirilir.
 
Avropalı dövlət adamları və İslam
 
İslam ilə xristianlıq arasında hər hansı bir qarşıdurmanın ola bilməyəcəyi və İslam ilə terrorizmin tamamilə təzad təşkil etdiyi avropalı liderlərin üzərində dayandıqları əhəmiyyətli bir mövzudur. Eynilə ABŞ-da olduğu kimi, Avropaölkələrinin bir çoxunda da dövlət adamları və siyasətçilər İslamı tərifləyən ismarıclar verir və Quran əxlaqına duyduqları marağı dilə gətirirlər. Bu adların başında İngiltərənin Baş Naziri Toni Bler (Tony Blair) gəlir.
 
Bu günə qədər üç dəfə Quranı oxuduğunu söyləyən Toni Blerin İslama duyduğu marağı türk mətbuatında ilk dəfə zəkat ilə bağlı sözləri ilə yer tapdı. Ramazan bayramı münasibəti ilə müsəlmanlara qonaq etdiyi bir yığıncaqda, "Bizimcəmiyyətimiz də İslamın bölüşmək və paylaşmağı əmr edən zəkat anlayışından nümunə götürməlidir və unudulmamalıdır ki, dünyanın çətin şərtləri ancaq bu çətinliklərin paylanılması ilə yenilə bilər" deyən Bler daha sonrakı açıqlamaları ilə dəQuran əxlaqına duyduğu heyranlığı tez-tez dilə gətirmişdir.
 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr