Bəzi insanlar Darvinist zehniyyətin dünyaya necə böyük bəla gətirdiyini anlamırlar. Onun üçün də bütün dünyada insanların yaşadıqları əziyyətləri dəqiq dəlillərlə göstərərək bəlanın böyüklüyünü daha da aydınlaşdıracağıq.
Hal-hazırda dünyanın bir çox ölkəsində cinayətlərin fövqəladə dərəcədə çoxalmasının son dərəcə adi hala gəlməsi, kütlə qırğınlarının soyuqqanlılıqla edilməsi və insanların bunlara eyni soyuqqanlılıqla tamaşaçı qalmasının tək səbəbi vardır: İnsanların bir-birlərini inkişaf etməmiş heyvan növü kimi görmələri. Avropanın hər hansı bir ölkəsində sinifdə müəllim və yoldaşlarına silah qaldıran şagird də, Afrikada kəndlərə girib insanları öldürən canilər də eyni məntiqin məhsuludurlar. Bütün dünyanı qana bulayan Hitler, Stalin, Lenin, Mao, Mussolini də eyni məntiqə sahib idilər. Bunların hamısının dayaq nöqtəsi Darvinizmdir. Çünki azğın Darvinist məntiqdə məsuliyyətsiz heyvan növü kimi görülən insanın (əgər o insan Darvinist məntiqli insanlar tərəfindən zəif və gücsüz damğası vemişsə) həyatda qalması üçün heç bir səbəb yoxdur. Hətta öldürülüb məhv edilməsi iyrənc məntiqlərinə görə, guya inkişafa şərait yaradacaq.
Axır zamanda cinayətlərin bu dərəcə artması, insanların canına qəsd edilməsinin adi görülməsi, qırğınların sanki normal qarşılanması Darvinizmin bütün dünyaya saxta hakimiyyət qurmasından irəli gəlir. Bu həqiqət 1400 il əvvəl Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən hədislərdə bildirilmişdir:
Cinayətlər artmadıqca… qiyamət qopmaz. (İmam Şarani, Ölüm Qiyamət və Diriliş, s. 468)
Günahsız insanlar öldürülüncəyə qədər hz. Mehdi (ə.s.) çıxmayacaq və qırğınlara yer və göydəkilər tab gətirmə bilməyəcək hala gəldikdə zühur edəcək... (əl-Kavlu'l Müxtəsər Fi Əlamət-el Mehdiyy-il Muntazar, s. 37)
Əxlaqsızlıq və pozğunluq axır zamanda geniş yayılaraq bütün dünyanı əhatə edəcək
Yalnız cinayətlər deyil, hal-hazırda dünyada geniş yayılan əxlaqsızlıqlar da eyni azğın düşüncə tərzinin məhsuludur. Dünyanın bir çox ölkəsində yaşanan əxlaqi degenerasiya tarix boyunca belə geniş və aşkar yaşanmamışdır. Tarixin heç bir dövründə əxlaqsızlıq bu qədər aşkar olmamışdır. Peyğəmbərlərin göndərildiyi inkarçı qövmlərinin azğın və çirkin əxlaqların hamısı bir yerdə axır zamanda bütün dünya səviyyəsində yaşaşanılır.
Peyğəmbərimizdən (s.ə.v) rəvayət edilən hədislərdə axır zamanda əxlaqsızlığın yayılacağı belə xəbər verilmişdir:
"Fahişəlik açıq olmadan… qiyamət qopmaz." (Ramuz-Əl Ehadis, 91/7)
"Zinanın çoxalması qiyamət əlamətlərindəndir." (Buxari, Təcridi 1/16)
"Qiyamət yaxınlaşınca… qadınla yolun ortasında cinsi münasibətə girəcək qədər həya ortadan qalxar." (Son Zamanlarla Əlaqədar hədislər, s. 97)
"Kişilər kişilərlə, qadınlar qadınlarla kifayətləndiklərində… qiyamət yaxınlaşmış olacaq." (Ramuz-Əl Ehadis, 448/8; Ölüm Qiyamət və Diriliş, s. 480)
"Bir zaman gələcək qadınla yolun ortasında zina ediləcək. Kimsə buna etiraz etməyəcək." (Məhəmməd B. Rəsul Al-Hüseyni Əl Berzenci, Qiyamət Əlamətləri, s. 142)
Axır zaman hər cür əxlaqsızlıq və pozğunluğun açıqca, hətta bəzi qruplar tərəfindən təqdir edilərək yaşandığı dövr olacaq. Əlbəttə, bunun əsasını təşkil edən yenə Darvinist, materialist ideologiyadır. Çünki Darvinist ideologiya Allah inancını inkar etdiyi, heç bir əxlaqi dəyər tanımadığı, insanları guya təsadüflərin məhsulu bir heyvan kimi gördüyü üçün bütün dünyaya yayılmış bu azğın fəlsəfənin belə dəhşətverici nəticələrinin olması da təbii haldır.
Axır zamanda əxlaqsızlıq və vəhşilik "müasirlik", "cəsurluq" və "azadlıq" adı altında bir çox ölkədə sanki qanuni hala gətiriləcək. Şübhəsiz, müasir dünya görüşünə sahib olmaq, dövrün inkişaflarını yaxından izləmək, yeniliyə açıq olmaq gözəl xüsusiyyətlərdir. Amma bunu əxlaqsızlıq və degenerasiya üçün vasitə kimi istifadə etmək böyük səhvdir.
Axır zamanda bu əxlaqi degenerasiyanı dəstəkləyən müxtəlif ünsürlərlə də dolub-daşacaq. Necə dünyanın bir çox ölkəsində barlar, gecə klubları kimi əyləncə məkanları əxlaqsızlığın yuvası halına gəlmişdir. Fahişəlik sektorundan pul qazanma sanki qanuniləşir, müxtəlif dövlətlər tərəfindəndə dəstəklənir. Bəzi Uzaq Şərq ölkələrindəki vəziyyət nəzərə alınsa, bu həqiqət daha yaxşı aydın olacaq. Aparılan təbliğatlar nəticəsində homoseksuallıq az qala məqbul və adi göstərilməyə çalışılmış, televizorlarda və yazılı mətbuatda sanki təşviq edilir. Homoseksualların haqqları, dərnəkləri, evliliklər kimi utancverici mövzular rahatlıqla gündəmə gətirilir, hətta bu iyrənc rəftarlar bəzi ölkələrin rəsmi qanunları ilə qorunur. Dünyanın bir çox yerində müxtəlif televiya verilişləri və bəzi maqazin jurnallarında təqdim edilən əxlaqsızlıqlar, evlilikdən kənar münasibətlər, fahişəliklə dolanışığını təmin etməsi, homoseksuallıq, qumarbazlıq, sui-istismar, israf kimi pis əxlaq xüsusiyyətləri son dərəcə adi hal kimi göstərilir. Ən əhəmiyyətlisi isə budur ki, belə xəbər və şəkillər xalqın şüurlu düşünməyən insanlarını da bənzər həyata cəlb edirlər.
Fahişəliyin geniş şəkildə yayılması və hətta bir çox ölkədə mətbuat tərəfindən sanki təşviq edilməsi də axır zamanda yaşanan əxlaqi degenerasiyanın görülməsi baxımından əhəmiyyətlidir. Bəzən kiçik yaşdakı uşaqlar belə şəxsən öz ailələri tərəfindən fahişəliyə təşviq edilirlər. İnsanlar evlilikdən kənar münasibətlərə cəlb edilir və bu hallar da cəmiyyət tərəfindən olduqca adi qarşılanır. Televiziya proqramlarında, filmlərdə, seriallarda verilən təşviqlərdən də bunu görmək mümkündür. Evlilik xarici əlaqələrdən doğan uşaqlar ciddi ictimai problem halını almışdır. Hər il küçəyə buraxılan uşaqların sayı olduqca çoxdur və bu uşaqların bir qisimi həyatını küçələrdə narkotik və fahişəlik sektorunda keçirirlər. Axır zamanda yaşanan bu mənzərə Peyğəmbərimizin (s.ə.v) hədislərində 1400 il əvvəlindən xəbər verilmişdir:
Böyüyə hörmət, kiçiyə mərhəmət qalxacaq. Zina edən uşaqlar çoxalacaq. Elə hal alacaq ki, küçə ortasında qadınla zina edəcəklər. (Məhəmməd B. Rəsul Al-Hüseyni Əl Berzenci, Qiyamət Əlamətləri, s. 140)
50-60 il bundan əvvəl əxlaqsızlıq kimi bilinən və şiddətlə qınanan rəftarlar dünyanın bir çox ölkəsində darvinistlərin təbliğatı nəticəsində əksər insan tərəfindən son dərəcə sıravi hadisələr kimi görülür. Halbuki zina Allah tərəfindən haram edilmiş böyük cinayət və günahdır. Uca Rəbbimiz ayəsində belə bildirir:
Zinaya yaxınlaşmayın, həqiqətən o, 'çirkin bir həyasızlıq' və pis bir yoldur. (İsra surəsi, 32)
Axır zamanda hər cür pis əxlaq təqdir ediləcək, haramlar halal sayılacaq
Peyğəmbərimiz (s.ə.v) axır zamanda inkarçıların Quran əxlaqından tamamilə uzaqlaşacağını və haramların halal sayılacağını xəbər vermişdir:
"Hz. Mehdi (ə.s) bütün haramların halal sayıldığı böyük fitnədən sonra zühur edəcək." (əl-Kavlu'l Müxtəsər Fi Alamatil Mehdiyy-il Muntazar, s. 23)
"Haram olan şeylərin halal sayılması…qiyamət əlamətlərindəndir." (İmam Şarani, ölüm-qiyamət-Axirət və Ahirzaman Əlamətləri, s. 454)
Axır zaman hər cür pis əxlaqın açıq-aşkar yaşandığı və cəmiyyətin bəzi üzləri tərəfindən əxlaqsızlıqlara qəsdən təşviq edildiyi bir dövr olacaq. Quranda Allah insana vicdanlı davranmlarını nəsihət etmişdir. Axır zaman isə məktəblərdə, ali təhsil müəsisələrində bütün haramların halal sayılmasına səbəb olan ideologiyaların tədris edildiyi bir dövrdür. Gözəl əxlaq, hörmət, sevgi, vəfa, tolerantlıq, təvazökarlıq kimi xüsusiyyətlərin yerini hiylə, saxtakarlıq, mərhəmətsizlik, eqoizm, mənfəətçilik kimi çirkin xüsusiyyətlər tutacaq. Bu çirkin əxlaqların hakim olduğu cəmiyyətlərdə ayaqda qala bilmək üçün insanların bir çoxu çirkin xüsusiyyətlərə əl atırlar: Yalan geniş istifadə edilir, ikiüzlülük, demək olar ki, hər tərəfə hakim olmuşdur. İkiüzlülüyün və mənfəətçiliyin gətirdiyi etibarsızlıq isə hər yeri bürüyüb.
Qısqanclıq çox adi hal kimi qəbul edilir və sevginin guya əsas xüsusiyyətlərindən biri kimi göstərilərək insanlar təşviq edilirlər. Quranda təvazökarlıq təriflənir, insanlar qısqanclıq, paxıllıq və həsəd kimi hislərdən uzaq durmağa təşviq edilir. Əgər Quranda bildirilən bu gözəl əxlaq yaşanmasa, bunun nəticəsi kimi də təcavüzkarlıq, ehtiras və mərhəmətsizlik geniş yayılacaq.
Halbuki Uca Rəbbimiz dünyada təkəbbürlənənlərin aqibətini bizlərə belə xəbər vermişdir:
Onlar dünyada haqsız yerə böyükləndilər və dedilər ki: "Qüvvət baxımından bizdən daha üstünü kimmiş?" Onlar, həqiqətən özlərini yaradan Allah`ı görmədilərmi? O, qüvvət baxımından özlərindən daha üstündür. (Fussilət surəsi, 15)
Quran əxlaqı insanların bir-birlərini sevmələrini və bir-birilərinin haqqlarını öz haqqlarından üstün tutmalarını nəsihət edir. Halbuki Darvinist ideologiyanın gətirdiyi güclü və üstün olanın ayaqda qalması fikri insanların zehninə yerləşmişdir. Onlara görə də, “insan bir heyvan növüdür” və bunun nəticəsində də, insanlar var gücü ilə mübarizə aparmalıdırlar. Heyvanlarla eyni bioloji qanunlara tabedir. Digər sözlə desək, insan da meşə qanunlarına görə yaşamalıdır. Bu səhv məntiqin bütün dünyaya hakim olması axır zamanın əvvəlki dövrlərdən daha fərqli və çətin olduğunun ən böyük dəlillərindən biridir.
Bu insalara görə, homoseksuallıq kimi fövqəladə dərəcədə azğın davranış təbii seleksiyanın bir məhsuludur. Bir qisim insanlar bu pozğunluqların haram hərəkət və əxlaqsızlıq olduğu həqiqətindən uzaqlaşaraq, insanın guya keçmiş atalarından gələn təbii və genetik davranış xüsusiyyəti olduğunu təlqin edilir. Bu əxlaqsızlıqların yayılması son dərəcə adiləşib. Müasir dövrdə bir çox cəmiyyətdə bu saxta təlqin göz görə-görə geniş yayılıb, bu əxlaqsızlığın yayılması da asanlaşdırılıb.
Halbuki Quranda bütün bu azğınlıqlar haram edilmişdir. Uca Rəbbimiz ayəsində beləbildirər:
"Siz insanlardan (cinsi arzuyla) kişilərləmi yaxınlıq edirsiniz? "Rəbbinizin sizlər üçün yaratmış olduğu qadınları buraxırsınız. Xeyr, siz sərhədi tapdalayan bir qövmsünüz." (Şuəra surəsi, 165-166)
Görüldüyü kimi, Darvinizm axır zamanda dünyanın müxtəlif ölkələrində hər cür azğınlıq və əxlaqsızlıq qanuniləşdirilməsinə, cinayət, saxtakarlıq və haram pul qazanmaq kimi çirkin xüsusiyyətlərin adi hala gəlməsinə səbəb olmuşdur. Axır zamanda bu azğın ideologiya bütün dünyaya yayıldığına görə, belə böyük fəsadlara yol açmışdır. Cəmiyyətinin degenerasiyasına yol açan məhz bu Darvinist ideologiyadır.