Tarix boyu müxtəlif qövmlərə peyğəmbərlər göndərilmişdir. Allahın elçiləri göndərildikləri qövmləri doğru yola çağırmış və onlara haqq dini təbliğ etmişlər. Bəzi insanlar isə keçmişdə elçilərlə birlikdə bir-birindən fərqli bir çox dinin göndərildiyini düşünürlər. Halbuki bu olduqca yanlış düşüncədir. Çünki Allahın müxtəlif dövrlərdə müxtəlif qövmlərə göndərdiyi din əslində eynidir. Məsələn, hz. İsaya (əs) vəhy edilən dinlə ondan əvvəlki dinin bəzi qadağaları aradan qaldırılmışdır. Lakin Allahın göndərdiyi dinlərin əsası demək olar ki, eynidir və bir-birindən az fərqlənir. Keçmiş peyğəmbərlərə göndərilən də, hz. Musaya (əs), hz. İsaya (əs) vəhy edilən də və son peyğəmbərimiz hz. Muhəmmədə (səv) endirilən də Allah Qatında haqq olan tək dindir. Bu həqiqəti xəbər verən ayələrdə belə buyurulur:
Ayədə bildirildiyi kimi, Allahın insanlara göndərdiyi haqq din İslamdır. Digər Quran ayələrində bildirildiyi kimi, bütün peyğəmbərlər ortaq dini qövmlərinə təbliğ etmişlər. Bir başqa ayədə isə "... sizin üçün İslamı bəyənib seçdim..." (Maidə surəsi, 3) buyurulur. Allah Öz Qatında bəyəndiyi bu dini müəyyən vaxtlar ərzində bütün qövmlərə göndərib elçiləri vasitəsilə bütün insanları xəbərdar etmişdir. Haqq dinin təbliğ edildiyi hər insan Allahın elçiləri vasitəsilə dəvət etdiyi bu dinə tabe olmaqla əmr olunmuşdur. Ancaq haqq dini təbliğ edən elçilər gəldikdə bəzi qövmlər onlara tabe olmuş, bəziləri isə inkar etmişlər. Bəziləri də peyğəmbərin ölümündən bir müddət sonra haqq dini dəyişdirərək və ya tamamilə tərk edərək bəzi azğın inanclara yönəlmişlər. Bu həqiqət Quranda belə xəbər verilir:
Haqq dindən uzaqlaşdığı bildirilən qövmlərdən biri də bəzi İsrail oğullarıdır. Allah İsrail oğullarına bir çox peyğəmbərlər göndərmiş və peyğəmbərləri də onlara haqq dini təbliğ etmişdir. Ancaq içlərindən bəziləri hər dəfə peyğəmbərə baş qaldıraraq vəfatından sonra haqq dini dəyişib, azğın inanca çevirmişlər. Hətta Quranda hz. Musa (əs) hələ sağ olarkən aralarından qısa müddət ərzində çəkildikdə belə, İsrail oğullarının bəzilərinin bütlərə sitayiş etdikləri xəbər verilmişdir. (Taha surəsi, 83-94) Hz. Musanın (əs) vəfatından sonra haqq dindən uzaqlaşıb azğınlaşan İsrail oğullarını xəbərdar edib qorxutması üçün Allah müxtəlif peyğəmbərlər göndərmişdir. Bunlardan biri də hz. İsadır (əs).
Hz. İsa (əs) həyatı boyu İsrail oğullarını və bütün cəmiyyəti Allahın göndərdiyi dinin əslini yaşamağa və səmimi qul olmağa çağırmışdır. Onlara təhrif edilən Tövratın gerçək hökmlərini təsdiqləyən İncili öyrətmişdir. Haqq dini əlləri ilə yazıb pozmuş bəzi insanların qəlibləşmiş və dəyişdirilmiş batil təlimlərini tənqid etmişdir. Bəzilərinin öz mənfəəti üçün dinə daxil etdikləri yanlış qaydaları aradan qaldırmışdır. Bütün insanları Allahın birliyinə, səmimiyyətə və gözəl əxlaqı yaşamağa çağırmışdır. Bu həqiqəti Allah bizə Quranda belə bildirir:
Ancaq hz. İsanın (əs) dünyadan ayrılmasından bir müddət sonra onu qəbul edən İsəvilərin bəziləri dinlərini dəyişməyə başlamış və bütpərəst bəzi inanclardan təsirlənərək gerçək İncildə bildirilməyən, "təslis" (Ata, oğul və müqəddəs ruh) (Allahı tənzih edirik) azğınlığını ortaya atmış, "xristianlıq" adı altında tamamilə fərqli din yaşamağa başlamışlar. Nə qədər içində haqq dinin qorunmuş bəzi inanc və tətbiqləri olsa da, hz. İsaya (əs) vəhy edilmiş din özündən sonrakılar tərəfindən təhrif edilmişdir. Bu gün bizə çatan İncillər isə hz. İsadan (əs) uzun illər sonra şəxsiyyəti məlum olmayan insanlar tərəfindən yazılmış və sonrakı dövrlərdə yaşamış tarixçilər tərəfindən hazırlanmışdır. Buna görə də xristianlıq dini Allahın hz. İsaya (əs) endirdiyi haqq dindən xeyli uzaqlaşmışdır.
Allah hz. İsadan sonra haqq dini yenidən bütün dünyaya təbliğ etməsi üçün başqa bir qövm içərisindən peyğəmbər göndərmiş və ona qiyamətə qədər dəyişilməyəcəyini vəd etdiyi haqq kitabı endirmişdir. Allahın insanlar üçün seçib bəyəndiyi dini yer üzünə təbliğ etmək üçün göndərdiyi bu son peyğəmbər hz. Muhəmməd (səv), ona vəhy etdiyi kitab isə Qurandır. Quran bütün insanlara göndərilmiş, şərqdən qərbə, şimaldan cənuba bütün ölkələrdəki insanların məsuliyyət daşıdığı və hesab günü sorğuya çəkiləcəkləri kitabdır. Xüsusilə indiki dövrdə inkişaf edən texnologiya ilə bütün dünya ölkələri birləşmiş və demək olar ki, tək qövm halına gəlmişlər. Buna görə də bu gün dünyada Quranın varlığından xəbəri olmayan, İslamı tanımayan insan demək olar ki, yoxdur. Ancaq bütün bunlara baxmayaraq, insanlardan yalnız bəziləri Qurana iman gətirir. Məhz xristianların bu ziddiyyətli vəziyyətinin bərpa edilməsi üçün hz. İsanın (əs) dünyaya bir daha gəlməsi və insanları haqq kitab olan Qurana çağırması Qurani-kərimdə işarə edilən, hədislərdə ətraflı bildirilən bir müjdədir. Hz. İsa (əs) Allah Qatına ölmədən yüksəldilmişdir və bir müddət keçdikdən sonra təkrar geri gələrək hədislərdə təsvir edildiyi kimi, hz. Mehdi ilə (əs) birlikdə İslam əxlaqını yer üzünə hakim edəcək. Bütün xristian və müsəlman aləmi əsrlərdir bu müqəddəs qonağı ən gözəl şəkildə qarşılamaq və onun üstün əxlaqına layiq ola bilmək üçün hazırlıq görür.
2013-10-03 22:29:13