Dünyada müsəlmanlara yönəldilmiş təzyiq siyasətinin həlli nədir?
Müsəlman ölkələrindəki vəhşiliklərə qan tökülmədən, elm, ağıl və biliklə necə son qoymaq olar?
Bu gün İslam dünyasının qanayan yarası olan Fələstin İraq, Şərqi Türküstan, Suriya, Pakistan, Əfqanıstan, Birma və Patanidə müsəlmanların böyük əksəriyyəti 100 ildən çoxdur ki, əzilir və təzyiq görür. Müsəlman xalq demək olar ki, hər gün yadelli əsgərlərin və ya hökumət mənsublarının hücumuna məruz qalır, bu ölkələrdə vətəndaş müharibələri, qarşıdurmalar, aclıq və insan haqlarının tapdanması ən yuxarı səviyyədə baş verir. Xalq bu qarşıdurmalarda şəhid edilir, şəhid olmayanlar da ya düşərgələrə sürgün edilir, ya da itkin düşür və bir daha onlardan xəbər almaq olmur. Xalqın böyük qismi yurd-yuvasından çıxmağa məcbur edilir, məcburi köçə etiraz edənlər isə şəhid edilirlər. Qadınların təcavüzə məruz qaldığı, məscidlərin talan edildiyi, müsəlmanların evlərinə, tarlalarına hücum edilərək əziyyət gördüyü bu ölkələrdə şəhid edilənlərin sayı yüz mini ötüb keçir. Bu ölkələrdəki son vəziyyəti əks etdirən və KİV-də çıxan bəzi xəbərlər müsəlman dünyasının başına gələn dəhşəti nümayiş etdirir.
Ancaq müsəlman ölkələrində baş verən bu hadisələrdən sonra İslam aləmində bəzi dəyişikliklərin olacağını Peyğəmbərimiz (s.ə.v) hədislərində müjdələyir. Peyğəmbərimizin (s.ə.v) “… HEÇ BİR TƏRƏFİN XİLAS OLA BİLMƏYƏCƏYİ FİTNƏ ZÜHUR EDƏCƏK, BU FİTNƏ QALDIĞI YERDƏN DƏRHAL BAŞQA TƏRƏFƏ YAYILACAQ VƏ BU VƏZİYYƏT BİR MÜNADİNİN SƏMADAN SƏSLƏNƏRƏK: “EY İNSANLAR, ƏMİRİNİZ ARTIQ MEHDİDİR!” – DEYƏNƏ QƏDƏR DAVAM EDƏCƏK (El Kavlul Muhtasar Fi Alamatil Mehdiyyil Muntazar, səh. 22)” hədisindəki müjdəsinə görə, fitnələrlə dolu, qorxu və zorakılığın hakim olduğu bu qaranlıq dövrün dəyişməsi uca Allahın hz. Mehdini (ə.s) göndərməsi vasitəsilə mümkün olacaq (doğrusunu Allah bilir). Ancaq müsəlman ölkələrində davam edən bu zülmün dayanması üçün qardaş-bacılarımızın da üzərinə bəzi vəzifələr düşür.
Unutmaq olmaz ki, zülmə göz yummaq zülm etməkdir. İslam dünyasında axan hər damla qandan, dağıdılan hər evdən, şəhid olan hər məsumdan, yaralanıb şikəst qalan hər məzlumdan, aclıq və yoxsulluq içində yaşayan hər insandan Türk-İslam Birliyi üçün cəhd göstərməyən hər müsəlman məsuldur.
Zülmün sona çatmasını istəyən qardaş-bacılarımız: “Ya Rəbb, İttihadi-İslamı bir an əvvəl meydana gətir”, – deyə dua etməlidirlər
Hədislərə və İslam alimlərinin açıqlamalarına görə, hz. Mehdi (ə.s) hicri təqvimi ilə 1400-cü ildən etibarən vəzifəsinə başlayacaq, dəccaliyyətin silahı olan darvinizm və materializmi tam mənada susduran ideoloji mübarizə aparacaq, parçalanmış İslam aləmini birləşdirəcək, Quran əxlaqının dünyaya hakim olmasına səbəb olacaq. “Hz. Mehdinin (ə.s) böyük mübarizəsinə necə yardım edə bilərəm?” – deyə düşünən müsəlman qardaş-bacılarımız hər şeydən əvvəl müsəlmanlar arasındakı qardaşlığın möhkəmlənməsi, sevgi və dostluğun güclənməsi, İslam aləminin birləşməsi üçün fəaliyyət göstərməlidirlər. Allah Quranda müsəlmanların birləşməsini bildirmişdir. Birləşmədikdə mənəvi güclərini itirəcəklərini və əzilib məğlub olacaqlarını xəbər vermişdir:
Kafirlər də bir-birinin dostlarıdır. Əgər siz bunu etməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar. (Ənfal surəsi, 73)
Elə isə dəccaliyyətin bütün cəbhələrinin birləşərək müsəlmanlara təzyiq göstərdiyi axırzamanın bu ən çətin dövründə müsəlmanlar da təcili surətdə birləşməlidirlər. Yer üzündə fitnə-fəsadın sona çatması üçün iman gətirənlər bir-biri ilə dost olmalı, ittifaq qurmalı, birlik və bərabərlik içində olmalıdırlar. Türk-İslam dünyası bu birliyi istəməlidir. Birlik istəməyənin ayrılıq istədiyi məlum olur və ayrılığın Türk-İslam dünyasına heç bir faydası yoxdur. MÜSƏLMANLARIN GÜCÜ, QÜVVƏSİ VƏ MƏNFƏƏTİ BİRLİK OLMAQDADIR.
Məzhəblər arasındakı çəkişmələr sona çatmalı, fərqlər ayrı-seçkilik kimi görünməməlidir
Eyni Allaha, eyni kitablara, eyni peyğəmbərlərə inanan, eyni qibləyə üzünü tutan insanların bölünməsi, hətta düşmənçilik dərəcəsində bir-birlərinə qarşı cəbhə alması ancaq şeytanın təşviqi ilə meydana gəlmiş fitnədir. Bu fitnəni dərhal dayandırmaq vacibdir. Sünni, şiə, vəhabi, cəfəri və digər məzhəblərə mənsub bütün müsəlmanlar din qardaşı olduqlarını dərk etməli, işgəncəyə məruz qalan, yurd-yuvalarından sürgün edilən, öldürülən, şikəst edilən müsəlmanların fəryadına cavab verməli, bu günə qədər onsuz da xeyli vaxt itirdiklərinə görə, daha artıq vaxt itirmədən dərhal hərəkətə keçməlidirlər. Unutmaq olmaz ki, birləşmək və ayrılığa düşməmək Allahın hamımıza fərz qıldığı hökmdür. Allahın bu hökmünü təcili yerinə yetirmək Allahın rizasına ən uyğun davranış olar.
Müsəlman ölkələrindəki qardaş-bacılarımız zülmə qarşı elmlə mübarizə aparmalıdırlar
Dünyanın bir çox bölgəsində təzyiq və zülm altında yaşayan müsəlmanların başına gələnlər sadəcə KİV-lərdən öyrəndiyimiz bir neçə xəbərlə məhdudlaşdığına görə, İslam dünyasında bir çox insan bu bölgələrdəki zülmü tam mənası ilə dərk etmir. Halbuki, müsəlman qardaşlarımız böyük təzyiq altında yaşayırlar.
Ancaq bunu da qeyd etməliyik ki, bu bölgələrdə yaşayan və zülm altındakı qardaş-bacılarımızın zülmə qarşı apardığı haqlı mübarizə mütləq Quran əxlaqına və Peyğəmbərimizin (s.ə.v) sünnəsinə uyğun olmalıdır. Darvinist, materialist, kommunist ideologiyaların təsiri və təlqinləri ilə aparılan zorakılıq və şiddətə əsaslanan mübarizə həm Quran əxlaqına ziddir, həm də Allah belə bir mübarizədə zəfər nəsib etməz. Şiddət şiddəti doğurar, şiddətə əsaslanan mübarizə müsəlman qardaşlarımızın daha çox zorakılığa məruz qalmasına səbəb olar. Müsəlman qardaşlarımızın haqlı mübarizəsinin uğurla nəticələnməsi ancaq silahlı mübarizənin ideoloji mübarizəyə çevrilməsi və güclü maarifləndirmə ilə dəstəklənməsilə mümkündür. Bunun üçün də müsəlman xalqın təhsilli, mədəniyyətli, hüquq, diplomatiya və beynəlxalq siyasət sahəsində bilikli, eyni zamanda, Quran əxlaqına uyğun hərəkət edən güclü kadrlara ehtiyacı var.
Əlbəttə, müsəlman bacı-qardaşlarımızın arasında yüksək mədəni səviyyəyə malik, açıqfikirli çox sayda ziyalı var. Əsas odur ki, bu ziyalılar, gənclər maarifləndirilsin, doğru istiqamətləndirilsin. Bu, müsəlman qardaşlarımızın haqlı mübarizəsinin bütün dünyaya ən gözəl şəkildə izah edilməsində mühüm rol oynaya bilər. Buna görə, bütün qardaş-bacılarımızın özlərini mədəni cəhətdən təkmilləşdirməsi, anti-darvinist, anti-materialist, anti-kommunist fəaliyyət göstərməsi çox vacibdir.
Allah Quranın bir çox ayəsində möminlərin bir-birlərinin dostu olduğunu bildirmişdir. Buna görə, müsəlmanların bir-birlərini dost tutması, bir-birlərini qoruması və bir-birlərinə dəstək olması Allahın onlara əmridir.
Allah “Maidə” surəsindəki bir ayədə möminlərin bir-birlərini dost tutmasını belə bildirir:
Sizin dostunuz ancaq Allah, Onun elçisi və rüku edərək namaz qılan və zəkat verən möminlərdir. (Maidə surəsi, 55)
Növbəti ayədə isə Allah möminlərin bir-birlərinə dost olduqları təqdirdə inkarçılara qarşı apardıqları mübarizədə mütləq qalib gələcəklərini belə bildirir:
Hər kəs Allahı, Onun Peyğəmbərlərini və iman gətirənləri özünə dost tutarsa, şübhəsiz ki, qələbə çalanlar məhz Allahın firqəsidir. (Maidə surəsi, 56)
Müsəlman ölkələri axtardıqları sülh və əmin-amanlığı tapmaq üçün İttihadi-İslamın qurulmasına cəhd göstərməli, hz. Mehdidən (ə.s) bəhs etməlidirlər
“BİR FİTNƏ OLAR, BUNU DİGƏR FİTNƏLƏR TƏQİB EDƏR, BİRİNCİLƏR SONUNCULARIN QARŞIDURMAYA ÇEVRİLMƏSİNİ QILINCLA QAMÇILAYAR VƏ BUNDAN SONRA BÜTÜN HARAMLARIN HALAL SAYILDIĞI FİTNƏ GƏLƏR. SONRA DA XİLAFƏT (MÜSƏLMANLARIN MƏNƏVİ LİDERLİYİ) YER ÜZÜNÜN ƏN XEYİRLİSİ OLAN HZ. MEHDİYƏ (Ə.S) EVİNDƏ OTURARKƏN GƏLƏR. (Kitab-ül Burhan fi Alametil Mehdiyyil Muntazar, səh. 26)” hədisində bildirildiyi kimi, müsəlman ölkələrində baş verən hadisələrdə təzyiq göstərən rejimlərə qarşı xalqın küçələrdə toplanması xalqın və dövlətin qüvvələrini qarşı-qarşıya qoymuş, silahla bir-birlərinə qarşı çıxmışlar. Halbuki, dəyişiklik küçə qarşıdurmaları, yağmalama, təcavüzkarlıq və zorakılıqla olmaz. Zorakılığa əsaslanan metodla meydana gələn dəyişiklik əsla insanların həsrətini çəkdiyi və ehtiyacı olan sülhü, rifahı və əmin-amanlığı gətirməz. Bəzi uğurlar və irəliləyişlər əldə edilə bilər. Ancaq daimi və tam həll yolu olmaz. Daimi və həqiqi həll ancaq Allahın və Rəsulullahın (s.ə.v) göstərdiyi yola tabe olaraq əldə edilə bilər. Allahın və Rəsulunun (s.ə.v) göstərdiyi həll yolu isə bütün İslam aləminin mənəvi lider ətrafında birləşməsi, Türk-İslam Birliyinin qurulmasıdır.
Küçələrdəki etiraz aksiyaları və verilən süni qərarların əvəzinə qətiyyət və israrla Türk-İslam Birliyinin istənilməsi şərtdir. Bunun üçün də Mehdiyyət daima gündəmdə tutulmalıdır.
Dünyanın bir çox bölgəsində bir növ əsir edilmiş qadınlara, uşaqlara, yaşlılara, işgəncə görən məsum insanlara, ibadətxanaları yandırılıb dağıdılan müsəlmanlara, əsir düşərgələrində amansız şəkildə işlədilən məzlumlara görə bütün İslam aləmi cavabdehdir. Allah “Nisa” surəsinin 75-ci ayəsində müsəlmanların ehtiyac içindəki məzlumlar üçün cəhd göstərməli olduğunu bildirir:
Hörmətli Adnan Oktar: İttihadi-İslamı israrla anlamaq istəmirlər
ADNAN OKTAR: İttihadi-İslam Quran ayələri ilə açıqlanmışdır, fərzdir, inkar edilməməlidir. Bəzi şəxslər anlamaq istəməsə də, bir deyil, iki deyil, yüzlərlə ayə ilə fərz olduğu aydındır. İnsanlar bir bəla gəldikdə, əziyyət çəkdikdə bunu araşdırmalıdırlar. Məsələn, fərz edək ki, İraqa bəla gəlib. “Allah bu bəlanı niyə verdi?” – deməlidirlər. Niyə Əfqanıstana bəla gəlib? Niyə gəldiyini araşdırmalıdırlar. Məsələn, Liviya, Misir, Fələstin – hamısı araşdırmalıdır. “Biz namazımızı qılırıq, oruc da tuturuq, zəkat da veririk, həccə də gedirik, hətta dəfələrlə gedirik, ümrə ziyarəti də edirik, kəlimeyi-şəhadət də gətirmişik, amma Allah daima bəla verir, görəsən niyə?” – deyirlər. Ayədə bildirilib, İttihadi-İslam olmadıqda, Allah insanlara bəla verir. Bütün dünyada müsəlmanlar əziyyət görürlər. Allaha həmd olsun, bircə Türkiyədə rahatlıq var. Çox yerdə də bəlanın səbəbinin bu olduğunu Allah xəbər verir. “Otur, səhərə qədər on min zikir çək” – deyirlər. Qarşındakı insan cahildir. Səhərə qədər “Quranı oxuyub anla”, – deyin; “Fiqh oxu, onu anla”, – deyin. On min dəfə zikir, təsbih çəkə-çəkə oradaca yuxulayıb qalır. Allahı zikir etmək Quranı anlayıb Allahı fikrində tutmaq və Quranın hökmlərini yerinə yetirmək deməkdir. “100 min dəfə zikir etdim”, – deyib öyünür. Biliyini artır, mədəniyyətini artır, təbliğ et, İslamı yay, İttihadi-İslamdan danış. Bunların fərz olduğu açıq-aşkardır, Qurandakı ayələrlə sabitdir. Bunu etmədiklərinə görə də Allah bəla verir. Bunu ağılla da anlamaq mümkündür. Çünki parçalanmış qüvvənin gücü olmaz, birləşdikdə güc qazanar. “Tək əldən səs çıxmaz”, – deyirlər, budur, tək əllə heç nə etmək olmur. İki əllə olur, bunu qəbul etməlidirlər. Birləşmək üçün danışırlar, ancaq qısa, ümidsiz danışırlar, çünki birləşməyəcəklərini bilirlər. Çünki şiə sünnini, vəhabi şiəni, sünni heç birini qəbul etməz. Nurçu nəqşibəndini, nəqşibəndi Nur tələbəsini qəbul etməz. Həll yolu nədir? Həll yolu Mehdidir. Çünki Mehdi (ə.s) nə nurçu, nə nəqşibəndi, nə vəhabi, nə sünni, nə də şiədir, yəni heç bir məzhəbə mənsub deyil. Deməli, hz. Mehdinin (ə.s) rəhbərliyi altında birləşmək lazımdır. Ona görə, Peyğəmbərimiz (s.ə.v) bunu asanlıq, nemət və gözəllik kimi müjdələmişdir. Bunu israrla anlamaq istəməsələr, iztirab davam edər. (2 mart, 2012-ci il, A9 TV)