Bu gün dünyada zülmə və zorakılığa məruz qalan, aclıq çəkən insanların varlığından hamı xəbərdardır. Qəzetlərdə, televiziya kanallarında sahibsiz və möhtac insanların görüntülərinə tez-tez rast gəlmək mümkündür. Bir çox insan onların vəziyyətini görəndə təəssüf hissi keçirir. Buna baxmayaraq, onları bu zülmdən xilas etməyi düşünmür. Bunu başqalarının məsuliyyəti olduğunu düşünür. İnsanların bir qismi də “tək başıma nə edə bilərəm, mənim əlimdən nə gəlir” düşüncəsi ilə hərəkət edirlər. Halbuki bu yanlış fikirdir. Axırzamanda Quran əxlaqının hakim olması üçün görülən hər iş çox vacibdir.
Quran əxlaqının hakim olması üçün kim və necə fəaliyyət göstərə bilər?
Quran əxlaqının hakim olması üçün heç bir imkanının olmadığını düşünənlər nə edə bilərlər?
Hal-hazırda dünya əhalisinə və dünyanın hər yerində yaşayan müsəlmanların vəziyyətinə baxanda Quran əxlaqının yaşanmamasından qaynaqlanan qarışıqlıq, zülm və dözülməz çətinliklərlə üz-üzə qalan insanları görürük. Fələstində, İndoneziyada, Şərqi Türküstanda, Əfqanıstanda, İraqda, Somalidə və ya dünyanın hər yerində yerdə süründürülən, uşaqlarının gözü qarşısında təpiklənən insanlar, daşlarla özlərini müdafiə etməyə çalışan kiçik uşaqlar, güllələrə hədəf olan körpələr, təcavüz və işgəncəyə məruz qalan qadınlar, evlərindən, yurdlarından çıxarılan, şikəst qalan, yaxınlarını-doğmalarını, həyatlarını itirən yüz minlərlə silahsız insan görüntüləri hər kəsə məlumdur.
İnsanlar vəhşiliyə, zülmə məruz qalır, sağ qalmaq uğrunda əsir düşərgələrində mübarizə aparırlar. Müsəlman birliklər bir-bir müstəqilliklərini itirir, onlara yardım edə bilən vicdanlı insanların köməyini gözləyirlər, amma informasiya blokadası olduğu üçün səslərini eşitdirə bilmirlər. Müsəlmanların zülm gördükləri ölkələrdən yalnız bir neçəsində yaşananlara qısa nəzər salsaq, bu mövzunun əhəmiyyəti daha yaxşı aydın olar. Belə vəziyyətdə müsəlmanlar Allahın bildirdiyi şəkildə hərəkət etməlidirlər:
Sizə nə olub ki, Allah yolunda və: “Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!”– deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)
Dünyada baş verən hadisələrə ümumi nəzər salsaq, onların baş verməsinə sevgisizliyin, həmçinin nifrət, kin, düşmənlik, mənfəət, eqoizm və mərhəmətsizlik kimi hisslərin və ağılsızlığın səbəb olduğunu görərik. Bu problemləri həll etməyin və tamamilə ortadan qaldırmağın yolu isə sevgi, şəfqət, mərhəmət, həssaslıq, fədakarlıq, dostluq, xoş münasibət, sağlam düşüncə və ağıldır. Bu xüsusiyyətlər isə ancaq Quran əxlaqını tam şəkildə yaşayan insanlara aiddir. Allah ayələrində Quranın insanları zülmətdən nura çıxardığını belə bildirir:
Ey Kitab əhli! Artıq sizə Kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allahdan bir nur (Muhəmməd) və açıq-aydın bir Kitab gəldi. Allah, Onun rizasını arayan şəxsləri (bu Kitabla) əmin-amanlıq yollarına yönəldir, onları Öz iznilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 15-16)
Ayədə bildirildiyi kimi, dünyadakı ədalətsizliyin, qarışıqlığın, terrorun, qırğınların, aclığın, səfalət və zülmün yeganə həlli Quran əxlaqının dünyaya hakim olmasıdır. Bunun üçün hər bir müsəlman xidmət etməlidir.
Hər bir insanın Quran əxlaqına xidmət etmək imkanı vardır
Hər bir gözəl əxlaqlı və vicdanlı insan yaxşılıq etmək üçün xidmət edə bilər. Məsələn, ağır yük qaldırılan zaman on beş adamdan yalnız dördü yükü qaldırsa, digərləri isə: “Biz zəif və çəlimsizik, kömək edə bilmərik”, – deyib kənarda dursalar, bu doğru hərəkət olmaz. Ancaq on beş adamın on beşi də yükü qaldırsa və hər biri gücünün çatdığı qədər kömək etsə, dörd nəfərin çiynindəki ağırlıq yüngülləşər. Kimin nə qədər kömək etməsi deyil, gücündən bacardığı qədər istifadə etməsi əhəmiyyətlidir.
Rəbbimiz Quranda heç kimə gücünün çatdığından artıq yükləməyəcəyini, hər yaxşı insan üçün bir asanlıq yaradacağını bildirir:
Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər. Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Dərgahımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz. (Muminun surəsi, 61-62)
İmkanın məhdud olması xidmət etməyə maneə deyil
İnsanın imkanının məhdud olmasına görə təəssüflənməsi çox yanlışdır. İnsanın ixlas və səmimiyyətlə, əvəzini yalnız Allahdan gözləyərək xidmət etməsi daha əhəmiyyətlidir. Görülən işin böyük və ya kiçik, verilən sədəqənin az və ya çox olması vacib deyil. Əsas səmimiyyətdir, yalnız Allah üçün səy göstərməkdir.
Məsələn, bir insanın maddi imkanı olmaya bilər. Xəstə olduğu üçün yatağından qalxmaya bilər. Ya da kor, kar ola bilər, iflic olduğu üçün əlləri tutmaya bilər. Gəzə bilməz, danışa bilməz və ya yaza bilməz. Amma belə insan da bu vəziyyəti Allahdan bir nemət, xeyir olaraq görməli və sahib olduğu imkanlardan mümkün qədər istifadə etməlidir. Yatağında qaldığı müddət ərzində Allah yolunda fikri mübarizə aparan insanlar üçün dua edərək, imanda dərinləşmək üçün təfəkkür edərək, yaxınında olan insanlara Allahın ayələrini xatırladaraq, kitab oxuyaraq, yazı yazaraq İslam dininin yayılmasında fəaliyyət göstərə bilər.
Xidmət üçün vaxtının kifayət qədər olmadığını düşünmək böyük yanılmadır:
Maddi imkanın olmaması xidmət etməkdən uzaqlaşmağa səbəb deyil:
İş yerində, məktəbdə, evdə İslama xidmət etmək üçün bir çox imkan ola bilər:
İnsanların bir-birlərinə necə zülm etdiklərini görən, hər gün ətrafında əxlaqsızlığın, mərhəmətsizliyin, imansızlığın fərqinə varan və narahat olaraq sülh, sevgi və rahat cəmiyyət istəyən bir insanın baş verən hadisələrə laqeyd qalması böyük səhv olar. Hər insan az və ya çox, gücünün çatdığı qədər Quran əxlaqının yaşanmasına səy göstərməli, yaxşılıq və gözəllik yolunda çalışmalıdır.
İslama Allah rizası üçün əvəzi gözlənilmədən xidmət edilməlidir
Səmimi müsəlmanlar zülmün və haqsızlıqların sona çatması, insanların gözəl əxlaqlı olması və əsl İslam dininin yaşanması üçün ciddi səy göstərərlər. Rəbbimizə təslim olar, Onun razılığını qazanmaq və yaxşı işlər görmək üçün heç nəyi maneə olaraq görməzlər. Böyük diqqət və dəqiqliklə Allahın razılığına, rəhmətinə və müsəlmanlar üçün hazırladığı cənnətinə layiq olmaq üçün səy göstərərlər. Allah onların bu səmimi səylərini belə bildirir:
Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atırsan. Sən Onunla qarşılaşacaqsan! (İnşiqaq surəsi, 6)
Allaha qəti olaraq inanan bir insan Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq üçün əlindən gələninin ən çoxunu etmək istəyər. Bir işi bitirib digər xeyirli işə keçər, ən sürətli və əhatəli şəkildə din əxlaqına xidmət edər, ciddi səy göstərər. Daim İslamın, müsəlmanların faydasını düşünər, bütün insanların sülh, dostluq, güvən və rahat yaşamaları üçün üzərinə düşəni etməyə çalışar. Allah rizası üçün edilən xidmətlərdəki bu şövq və istək əsl dindarlığın əlamətlərindən biridir.
Səmimi müsəlmanlar “(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış! (Ancaq) Rəbbinə üz tut! (İnşirah surəsi, 7-8)” ayəsinə uyğun olaraq Allahın razılığını, rəhmətini və cənnətini qazanmaq ümidi və sevinci ilə hər anlarında şövqlü, dinamik və çalışqandırlar. Hər an əcr qazanmaq üçün səy göstərər, başqasını gözləmədən, təxirə salmadan önlərinə çıxan hər imkanı qiymətləndirərlər. Etdiklərindən ötrü heç kəsə minnət qoymazlar. Əksinə, Allaha, Allahın razılığına, rəhmətinə və ölmədən əvvəl yığacaqları savablara möhtac olduqlarını bilərək, təvazökar və qənaət içində heç kimdən təşəkkür belə gözləmədən İslama xidmət edərlər.