Bütün insanlar dünyada baş verən anarxiyadan, günbəgün artan qanlı terror hadisələrindən qurtulmaq arzusundadır. Dünyanın hər yerində vicdan sahibi insanların lənətlədiyi bu bəla, Allahın izni ilə, İslam dininin gətirdiyi gözəl əxlaq, sülh, uzlaşma, sevgi və şəfqət ilə tarixin dərinliklərinə qərq olacaqdır.
Dünyanın bir çox yerində anarxik terror hadisələrinə qarşı alınan tədbirlər təsirli olmayıb, güclü dövlətlərin belə bu bəlanı təsirsiz hala gətirmək cəhdləri öz nəticəsini verməyibdir.
Din əxlaqından tamamilə uzaq böyüdülmüş, özünü və digər insanları bir az inkişaf etmiş heyvan növləri kimi görən, həddindən artıq məsuliyyətsiz, özbaşına və təcavüzkar insanları yola gətirmək, onlara hakim olmaq, onların tamamilə qarşısını almaq qeyri-mümkündür. Bu gün bir çox ölkədə hələ də davam edən bu təcavüzkarlığın və zülmün qarşısını almağın tək yolu insanlara İslam dininin gətirdiyi gözəl əxlaqı başa salmaqdır.
Terroru dəstəkləyən anarxiya
Anarxiya terrorizmlə dəstəkləndiyi zaman sülhün, dostluğun, qardaşlığın, uzlaşmanın və xoşməramın qarşısında duran qaranlıq fikir və ideologiyaların tətbiqi olaraq qarşımıza çıxır. İslam Dininin əsasını isə bu kimi gözəl əxlaq xüsusiyyətləri təşkil edir. Bu səbəbdən anarxiya eynilə terror kimi İslam dini ilə tamamilə ziddiyyət təşkil edir.
1) Anarxiya eynilə kommunizm, faşizm, irqçilik kimi təxribatçılığı əsas götürür və şiddət yolu ilə mövcud nizamı yıxaraq yerinə öz ideologiyasına uyğun olan yeni bir sistem təsis etməyi hədəfləyir. Anarxistlər şiddəti, zorakılığı, döyüş ve mübarizəni sanki müqəddəs anlayışlar kimi görürlər. (Harun Yəhya, İslam Terroru Lənətləyir)
Bir Müsəlman özünə pislik edildiyində belə Quran əxlaqına uyğun olaraq yaxşılıqla cavab verməlidir. Bununla bağlı ayələrdən birində Allah belə buyurub:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et. O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. (Fussilət surəsi, 34)
Ayəyə uyğun olaraq hərəkət edən bir insanın anarxiyanın məntiq və yöntəmlərinə rəğbət bəsləməsi, bu qanlı ideologiyaya ən cuzi meyl göstərməsi, əlbəttə, mümkün deyildir.
2) Anarxiyanın bir digər xüsusiyyəti də, sözdə adlandırdıqları “müqəddəs” hədəf uğrunda minlərcə günahsız insanları göz qırpmadan fəda etməsi və bunu bir qəhrəmanlıq olaraq görməsidir. "Hədəflər əməllərə bəraət qazandırar" məntiqi ilə düşünən anarxistlər hər cür terror hadisələrini rahatlıqla reallaşdıra bilərlər.
Allah isə Quranda insanlara haqsız yerə hücüm etməyin, günahsız insanları öldürməyin böyük günah olduğunu bildirir. Allah bir ayəsində belə bildirir: “...kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar...” (Maidə Surəsi, 32)
Tək bir insanın öldürülməsi bütün insanların öldürülməsi hesab olunursa, törədilən cinayətlərin, qətillərin və gündəmdəki adı ilə “intahar hücumları” nın nə qədər böyük günah olduğu açıqdır.
3) Anarxiya əxlaqi və insani dəyərlərini itirmiş, zalım və qəddar bir cəmiyyət qurmağı planlayır. Anarxiyanın təzyiq etmək üçün istifadə etdiyi qruplar ən cuzi qığılcımda belə parlamağa hazır hala gələr və bunun ardınca dərhal dava-dalaş başlatarlar.
Əlbəttə, duyğularına qapılaraq çıxartdıqları bu şiddət Quranın əmrlərinə tamamilə zidddir. Allah Quranda Müsəlmanları əsəbləşdikləri zaman əsəblərinə hakim olan, ağıllı, mötədil və mülayim insanlar olaraq təsvir edir. Allah bir ayədə belə buyurur:
“O müttəqilər ki... qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir.” (Al-i İmran Suresi, 134)
4) Anarxiyaya istiqamət verən başqa bir xüsusiyyət də, kütlə psixologiyası, yəni təxribatçıların tədricən artmasıdır. Tanımadığı bir insana səbəbsiz yerə hücum edə bilər, insanları kütləvi şəkildə qətl edə bilər, hətta özünü belə ölümə atmaqdan çəkinməz... Terrorda iştirak edənlərin əksəriyyətinin iradə və vicdanları zəif olduğu üçün kütlə psixologiyasında özlərini itirib “sürü” halına gələ bilərlər.
Möminlər isə çoxluğa uymaq əvəzinə, daima ağılları və vicdanları ilə hərəkət edərlər. Bu da Quran əxlaqı ilə mümkündür.
5) Allah Quranda sülhü və uzlaşmağı məsləhət görür. Diqqət edilərsə, bu xüsusiyyətlər anarxiyanın ana qanunu olan təxribatçı xarakterlə tamamilə zidddir. Allah yaxşılıq etməyi və insanların arasını düzəltməyi əmr edir. Anarxiya, terror, şiddət mənalarını ifadə edən hər cür fitnəkarlıq hallarını qadağan edir və bu hadisələri həyata keçirənləri lənətlədiyini bildirir. (Rad Surəsi, 25)
Nəticə
Anarxiya, terror, təbiət etibarı ilə, din əxlaqının gətirdiyi sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, yardımlaşma, qənaətkarlıq kimi əxlaqi dəyərlərə tamamilə zidd bir quruluş irəli sürür. İlahi dinlər tərəfindən lənətlənmiş olan “ zalimlik” anlayışı anarxiyanın mayasında vardır və bu zalimlik terror qrupları tərəfindən müntəzəm olaraq təriflənilir, qanuni göstərilir və təşviq edilir.
Dünyanın hər yerində vicdan sahibi insanların lənətlədiyi bu bəla, Allahın izni ilə İslam dininin gətirdiyi gözəl əxlaq, sülh, uzlaşma, sevgi və şəfqət ilə tarixin dərinliklərinə qərq olacaqdır.