Rəsulullah  (s.ə.v)  rəvayət etmişdir:  “Tezliklə  ağıllı bir insanı görməyəcəyiniz  halda, insanların öz ağılları haqqında  təəccüblənib  qalacaqları, kor  və  kar bir fitnə sizə yönələcək. (O zaman) insanlar heyvanlara bənzəyəcək şəkildə ağılları yox olacaqdır.

Necə ki,  insanlardan  heç   kim o fitnədən gizlənib sığınacaq tapmayacaq. Heç  kimin “Nə üçün,    niyə,  bəsdir artıq”   kimi   şeylər  deməyə gücü çatmayacaq. Fitnə  bir yerdə qurtarmadan    başqa  bir  yerdə   başlayacaq.  Hər kəs özünü bir şey üzərində biləcək (yəni hər kəs özünü ağıllı, imanlı və  doğru biləcək).   Halbuki,  heç bir şey  üzərində olmayacaqdır... Nəslimdən biri ortaya çıxana qədər fitnənin daxil olduğu   heç bir ev qalmayacaqdır...  (Ət-Təşrif Bil Minən, Məlahim və Fitən kitabı, Seyyid İbn Tavus s. 68,70,72)