A9 TV, 2 sentyabr 2015
(İlk təyinlərə görə Muğlanın Bodrum mahalında suriyalı immiqrantları daşıyan qayığın batması nəticəsində on insan öldü. Qəzada həyatını itirən kiçik suriyalı uşaqların cəsədi sahilə çıxdı.)
Zülm dünyanı ağlasığmaz tərzdə əhatə etdi. Hz. Mehdi (ə.s)-ın və İsa Məsihin zühuru üçün Allah dünyanı məcbur edir. Belə zülm görülmədi. Bax, insanları orada çəllək bombalarıyla bombalayırlar və bunlar da qayıqlarla qaçırlar. Onları da orada dənizə tökürlər, uşaq-muşaq onlar da sahilə vurur. Və bütün dünya da bunu, bu zülmü seyr edir. İstəsələr Suriyanın azğınlığını dərhal dayandırarlar. Toplanarlar, ultimatum verərlər, dərhal dayanar. "Biz belə bir zülm istəmirik" deyirlər, amma insanların mənfəətlərinə uyğun gəlir. Və bütün dünya da seyr edir. Əlbəttə ki, etiraz edənlər var, amma səsləri o qədər də çıxmır. O körpə xilas olmuş, cənnətə getmişdir, amma bu yerdə qalanlar axirətdə nə edəcəklər? Görək onları dənizə tökənlər, o hala gəlməsinə vəsilə olanlar əbədi cəhənnəmdə necə edəcəklər?
4-5 milyon əsgər toplama gücümüz varkən PKK-nı bitirə bilməməkdən söhbət gedə bilməz
Mən Allahın hər hansı bir quluyam, mənə hər hansı bir imkan verilsə, 400 min polis var, jandarma var, üstünə də 4 milyon əsgər 72 saatın içərisində. Yəni 5 milyon əsgər və polis. Bu işlər bununla necə həll olmaz? Necə həll olmaz? Qanun da çıxararsan, beş milyon əsgəri də vacib yerlərə yerləşdirərsən bir gecənin içərisində bitirərsən. Uzağı iki gecə davam etsin.
(Yeni Daxili İşlər Nazirimiz Salamı Altınok; "Baş qaldırmasına icazə verməyəcəyik, çox şiddətli şəkildə başlarını əzəcəyik" dedi.)
Bax, dövlət adamı belə danışar. Bundan sonra Salami ata deyəcəyəm. Haqqını vermişdir. Gözəl əxlaqlı, nurlu, etibarlı, əfəndi, sadə bir insandır. Alnı səcdə görən, nurlu bir cavandır. Dəliqanlılığına, cavanlığına yaraşacaq tərzdə danışmışdır. Amma cavanın sözü yerdə qalmaz. Lazım olanı etsin. Başını əzmə; yəni "beynini, fikirlərini dağıdacağam" deyir. Başını əzəcəyəm dediyi fikrini deməkdir. Allah ayədə nə deyir? Şeytandan Allaha sığınıram. "Haqqı batilin üstünə atarıq, o da onun beynini darmadağın edər" deyir. Hocamın demək istədiyi odur, Salami Atanın demək istədiyi budur. Gözəl danışmışdır. Mübarək, möhtərəm, təmiz bir insandır. Kimsənin söz söyləyəcəyi kimi biri deyil. Hocaya qəti zəmanət verirəm.
İdealist gənclər cənab Dövlət Bahçeliyə dəstək olmalıdırlar
Amerika MHP-ni iqtidarda istəmirmiş. MHP-nin daxili quruluşu yaxşıca təmin edilməlidir. MHP-nin içində o qədər də hüzur olmadığını eşitdim. Onun təmin edilməsi lazımdır. İdealist gənclər Bahçeliyə çox ciddi bir dəstək versinlər ki, Bahçelinin əli də güclənsin. Liderin əlini həmişə güclü tutmaq lazımdır. İçəridə belə qaynama olmaması üçün idealist gənclik tək tərəfli qəti rəftar qoymalıdır. "Bu da ola bilər, oda ola bilər" olmaz. Amma Allah göstərməsin, Allah ömrünü uzun etsin Haqqın əmri baş verdiyində liderliyi bitər. O zaman yeni liderə eyni sədaqəti göstərməlidir. MHP-də "bu da ola bilər, o da ola bilər" bu, lüks olar MHP üçün. MHP bir fikir partiyasıdır, bir ideologiyası var, bir məqsədi var. Burada lider ətrafında toplanmaq şərtdir. Başqa cür olmaz. Başqa cür olmaz. Bahçeli nə etsəydi, macəraya girsinmi? Partiyası böyük bir partiya deyil. İnsanlar macəraya salmağa çalışırlar. O siyasətin təhlükələrini görən bir insandır. İqtidar olmaq istəmədiyindən deyil, güclənmək istəyir. "Mövcud sistem görülsün ondan sonra biz ortaya çıxaq" düşünür, amma əlbəttə, MHP-nin daxilini güclü saxlamaq çox çətindir. Çox çətin bir şeydir, asan deyil. Böyük Birlik Partiyasında da bax, nə qədər çətinlik çəkdilər, nə qədər hadisə baş verdi. Birliyi bərabər tutmaq çətin olur.
Əlbəttə ki, MHP AK Partiyanın PKK siyasətinə çox inciyir, inciməkdə də haqlıdır. Amma siyasi gücü də yetərli deyil, amma gənclik içərisindəki təşkilatlanması yaxşıdır. Dövlət içindəki heyətləri də yaxşıdır, o cəhətdən özünə güvənir. Amma iqtidar olmaq ayrı bir mövzudur, o çox çətin bir şeydir. Onda ayaq oyunları olur, bilmirəm nə olur, insanlara nəzarət etmək o qədər asan bir şey deyil.
Dərin Amerikanın təhdidinə qarşı ölkələr birləşməlidir
Onu heç cür düşünə bilmirlər. İraq, Suriya, Türkiyə, Pakistan, Hindistan, Mərakeş, Tunis, Əlcəzair bütün İslam aləmi birləşsə, Amerika yerində qalar. "Sən nə istəyirsən bizdən?" desələr həddini bilər. Amma hamısı ayrı-ayrı olduğu üçün Amerika tək-tək hamısını təhdid edir. Türkiyəni də təhdid etdiyi aydındır. Halbuki, bir gecə hamısı toplansalar desələr, "biz ortaq bir əmr mərkəzi quraq. Bu nədir belə? Gələn qoçuluq edir, gedən qoçuluq edir. Bunlara bir ortaq xətt çəkək" desələr, mövzu bitər. "Yox yoldaş", deyərsən, məsələn, "biz burada Amerikan bazası istəmirik, hamınız çıxın". Bu qədər. "Mümkünsə insan kimi yaşamaq istəyirik, hüzur içində yaşamaq istəyirik, nə edirsinizsə edin" desələr, Amerikan xalqı da bunu normal qarşılayar.
(Baş nazir Davutoğlunun səksən bir rayonun bələdiyyə başçısına dövlət nüfuzu üçün əsgərin hər yerdə vəzifələndirilməsi təlimatı verdiyi ortaya çıxdı. Təlimatda Davutoğlunun terror təşkilatlarıyla mübarizə daxilində dövlət nüfuzunu gücləndirmək üçün Türk Silahlı Qüvvələrinin ehtiyac duyulan hər yerdə vəzifələndiriləcəyini ifadə etdiyi bildirilir. Təhlükəsizlik, jandarma, baş prokurorluq və MİT-ə məlumat toplama səlahiyyəti də verildi. Bu vəziyyət müxalif mətbuat tərəfindən bütün yurd daxilində fövqəladə hal mənasını verəcək qərarlar alıb tətbiq edilə bilmə iddiasıyla tənqid olundu.)
Canım olar mı? Vətən əldən gedir, əlbəttə ki, edəcəklər. Cənub-şərqi işğal etmişlər. Onsuz da cənub-şərqdə dövlət adamları səssiz-səmirsizdilər. İŞİD-ə oranı boşaltdırdıqları kimi PKK-ya verdilər.
(Türkiyənin Vaşinqtondakı səfiri Serdar Kılıç Amerikanın köhnə Ankara səfirlərindən Eric Edelmanın New York Times qəzetində nəşr olunan yazısına eyni qəzet üzərindən cavab verdi. Kılıç 2003-cü ildə İraqın işğal edilməsi dəliliyini dəstəkləyənlərin Türkiyənin özünü müdafiə etmək üçün atdığı addımları tənqid etməsinin ironiya olduğunu ifadə etdi. "Şeytanla bazarlıq edərək bir terror təşkilatını məğlub etmək üçün başqa terror təşkilatlarını günahlarından azad edənlər, bu cür hadisələrin sonunda hər vaxt özlərini bəsləyən əli dişlədiyini çox yaxşı xatırlamalıdır.")
Yaxşı, əllər qarşılıqlı dişlənilir. Amerika onu dişləyər, o da Amerikanı dişləyər. PKK Amerikaya ilişsə, Amerikanı sıxar. Amerika başına iş açmasın düşüncəsiylə qəsdən PKK-ya yaltaqlanır. Guya başa düşmür. Amma belə ağır diplomatik bir dil təsirli olmaz. Açıq, dəqiq danışmalıdır. Eyham yolu ilə danışmağa ehtiyac yoxdur. Amerika çox böyük bir cinayət törədir, onun açıq, dəqiq danışması lazımdır. Bir tək Hocanın danışması da olmaz. Baş nazir danışsın, prezident danışsın, nazirlər danışsın, qəzetlər yazsın "Amerika çox səhv edir" desin. Onda ictimaiyyət Amerikan dövlətinin üstünə gedər. Amma Amerika belə səssiz-səmirsiz, altdan-alta vurur, Türkiyə də səsini çıxartmır, bir iki səs istisna olmaqla. Bununla olmaz. Türkiyənin yeri yerindən oynatması lazımdır. "Dostum, PKK-nı niyə dəstəkləyirsən?" deməsi lazımdır.
Qadınlar baxımlı olmalıdırlar, hər yerdə qadınlara hörmət edilməlidir
Bütün qadınların baxımlı olmalıdır. Çox baxımlı olmaları lazımdır. Amma qadınların çöldə çox yaxşı qorunması lazımdır. Yəni cavanlar arasında, cavanlıq ruhu ilə qadınları çox yaxşı qoruyan bir fəlsəfə inkişaf etdirmələri lazımdır. Hər yerdə hörmət olunmalıdır. Məsələn, tənha yolda gedərsə, elə deyilmi? "Güvənə bilərsiniz, biz etibarlı insanıq. Kimsə yanına gəlib sizi narahat etməz". Bu cür, elə deyilmi? Məsələn, avtobusda dərhal yer vermək. Gedəcəyi yerə qədər, məsələn ağır bir şey varsa, daşımaq. Məsələn, qız deyə bilər "gəl evimizdə qəhvə, çay iç". Əfəndiliklə, "yox, Əstağfürullah" deyəcək. Fürsətçi olmayacaq. Əxlaqsızlıq etməyəcək, yəni bir imkan keçdi deyə olmaz. Çünki onun iffətini çirkləndirdinsə, onu öldürdün deməkdir. Ondan sonra heç bir işə yaramaz. Sən ona qarşı hörməti yox etdiyində onu öldürmüş olursan. Özünü də öldürmüş olarsan. Özünə də hörmət qalmaz. Özün də adi olduğuna inanarsan, onun da adi olduğuna inanarsan. Onun iffətini, qürurunu qoruyacaqsan. Şərəfini qoruyacaqsan. Üzməyəcəksən, dəyər verdiyini göstərəcəksən.
Qadın istədiyi kimi geyinib gəzsin. Çiçək kimi gəzsin. O necə də gözəl bəzəkdir, əmək verir. Bir əmək verib çiçək şəklində gəzir. Sən çiçəyə necə diqqət göstərirsən? Çiçəyi bağçada gedib tapdalayırsanmı? Heç kim üstünə çıxmır, elə deyilmi? Yalnız uzaqdan baxırsan. Qadın da da elədir; qadın çiçək kimidir.
Uzaqdan baxacaqsan. Onu kirləməyə çalışmayacaqsan. Bəzi kişilərdə axmaq fikirdə olurlar. Bir an əvvəl kirlətməli olduğuna inanır. Eşşək adamın biri ondan sonra da onu ortada buraxır. Əzilmiş pərişan olmuş olaraq. O murdar halı ilə rədd olub gedir. Olmaz. O tərtəmiz qalacaq. Bilmirəm, ya qısqanırlar onların gözəlliyini, gəncliyini, xoşluğunu, Allahualəm həsəd aparırlar. O əxlaqsız adamlarda iyrənc kompleks olur. Kirlədib əzdikdən sonra da tərk edirlər. Bu olmaz.
AK Partiyanın Amerikadan çəkinməsinə ehtiyac yoxdur
ABŞ heç nə edə bilməz. Türkiyə lazım olsa, İranla əməkdaşlıq edərək, Rusiya ilə əməkdaşlıq edərək, Çinlə əməkdaşlıq edərək rəftar göstərə bilər. İmanlı gənclik olsa, iddia adamlarından ibarət olan bir gənclik olsa, Amerika bunu düşünə bilməz.
Amma indi Amerika test edir. Məsələn, əsgəri, polisi vurdurur. Xalqın reaksiyasına baxır, bir şey olmadığını görür daha da çox vurdurur, yenə baxır daha da çox vurdurur, yenə baxır, indi bunu test edərək irəliləməyə çalışır.
Məsələn, cənub-şərqdə yüzlərlə kilometr genişliyində PKK dövləti qurdurdu. "Mən İŞİD-ə qarşıyam" deyir. "Niyə qarşısan?" deyirik. "Çünki PKK-nın torpaqlarını işğal edir" deyir. "Geri çəkilsin ki" deyir PKK orada rahat dövlət qursun". Türkiyəyə də deyir ki, "sən İŞİD-ə hücum et, PKK-ya da əsla toxunma" deyir "YPG-yə, HPG-yə, bunlara əsla toxunma" deyir. "Qətiyyən toxunmayacaqsan" deyir. "Biz onlara yer açmaq istəyirik" deyir. Amerika çox qısa müddətdə yüzlərlə kilometr, təxminən yüz kilometr və daha da böyük miqyasda böyük bir ölkəni PKK-ya təslim etdi. Və insanlar orada dövlət qurdu. Səssiz-səmirsiz. Bu dövlət hələ tanınmayıb. Onsuz da Türkiyə tanımaz, bizlər tanımarıq. Amma Amerikanın tanıması an məsələsidir, yəni insanlar dərhal hökumət meydana gətirə biləcək vəziyyətdədirlər. Tayyib hoca deyir ki; "biz qarşıyıq". Qarşısan, amma etdilər. Türkiyənin içində də testə cəhd etdilər, bir ağızlarını axtardılar. Şiddətli reaksiya görüncə imtina etdilər. Həmişə test edirlər.
Mehdiyyətdən sonra dünya bitir
Allah Mehdisini zahir etsin. İsa Məsihi də görək ondan sonra dünyada onsuz da istənəcək bir şey yoxdur. Yəni ondan sonra dünyanın işi bitdi. Allah dünyanı sürətlə Mehdi (ə.s)-a hazırlayır. Mən də təəccüblənirəm, heyrətlənirəm, amma dünya Mehdilik istiqamətində irəliləyir. Mən onu liseydə sonuncu sinifdə anlamışdım. Yəni, həqiqətən, də ürkmüşdüm, Axırzamanda olduğumuzu hiss etmişdim. Mehdi (ə.s)-ın çıxacağını da anladım. Yəni Axırzamanda olduğumuzu da anladım. Və hadisələr heç çaşmadan otuz il içərisində otuz min dəfə vurğulanaraq o istiqamətdə inkişaf edir. Hər hadisə mehdiyyət istiqamətindədir. Və Allah Mehdi (ə.s)-dan başqa kimsəyə İslam Birliyini nəsib etmir.
Bəzi ərəb ölkələrinin mühacirləri qəbul etməməsi çox böyük vicdansızlıqdır
Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri bu günə qədər bir belə suriyalı mühacir qəbul etməmişlər. Hər gün də Avropaya ''niyə mühacir qəbul etmirsiniz?'' deyə hirslənirmişlər. Avropadan futbol komandası alırlar, təyyarələrin kranlarını qızılla örtdürürlər, ləyənləri qızıl, avtomobilləri qızılla örtdürürlər. Amma bu məzlum, bu fağır, kiçik küftələrə bir ovuc yeməyi çox görürlər, bir ovuc. O uşaq nə qədər yemək yeyər? Bir ovuc. Əlbəttə ki, bunun hesabını axirətdə verəcəklər. Yəni, əlbəttə ki, Səudiyyə Ərəbistanının, Qətərin, Birləşmiş Ərəb Əmirliklərinin yaxşıları var, amma pisi də çoxdur.
"Amerikanın ən böyük mason lojasında iman həqiqətləri və Quran möcüzələri anlatdıq"
Məbəd cəngavərlərinin başçısı həmişə mənim kitablarımı oxuyur. Və hər getdiyi yerdə də izah edir. Bu olacaq işdir mi? Amerikadakı əsas lojalara Quranı mən, şəxsən mən göndərdim. Darvinizmlə əlaqədar ilk dəfə orada söhbət edildi. Amerika lojalarına kimsə girə bilməz, dünyanı idarə edən lojalardır. Amerikan ordusunun məşhur generallarının hamısı masondur, Amerikalı nazirlərin hamısı masondur, Ali məhkəmə üzvlərinin hamısı masondur. Hadisəni artıq oradan anla. Amerikanı idarə edən dərin dövlətin hamısı masondur. Onların ən böyük mason lojasında, iman həqiqətləri və Quran möcüzələri anlatdıq. Amerikan ordusunun ən girilməyəcək, ən çətin deyilən hissələrində; Amerikan əsgərləri oturdu, Quran möcüzələri, iman həqiqətləri anlatdıq. Çünki dürüstlüyümüzə, səmimiyyətimizə inanırlar.