AXIRZAMANDA QAN AXIDAN DƏCCALDIR. HZ. MEHDI (Ə.S) DƏCCALIN SEL KİMİ AXITDIĞI QANI DAYANDIRMAĞA GƏLƏCƏKDİR
ucgen

AXIRZAMANDA QAN AXIDAN DƏCCALDIR. HZ. MEHDI (Ə.S) DƏCCALIN SEL KİMİ AXITDIĞI QANI DAYANDIRMAĞA GƏLƏCƏKDİR

2067

Peyğəmbərimizin (s.ə.v) hz. Mehdi (ə.s) ilə bağlı xəbər verdiyi ən vacib məlumatlardan biri hz. Mehdinin (ə.s) heç vaxt qan axıtmayacağıdır. Peyğəmbərimiz (s.ə.v) hz. Mehdinin (ə.s) mənəvi lider olduğu dövrdə Yuxuda olan kimsə oyandırılmaz və bir damla belə qan axıdılmaz,- deyə bildirir. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 29)

Başqa hədisdə isə Peyğəmbərimiz (s.ə.v) belə buyurur:

(Hz. Mehdi (ə.s)) dövründə nə kimsə oyandırılacaq, nə də kimsənin burnu qanayacaqdır. (El-Kavlu'l Muhtasar Fi Alamatil Mehdiyy-il Muntazar, s. 44)

            Qan axıtmamaq Allahın hz. Mehdi (ə.s) olan əmridir. Buna görə , hz. Mehdi (ə.s) İslam əxlaqını dünyaya hakim edərkən sevgi, şəfqət, mərhəmət dostluqdan başqa yollara müraciət etməyəcək. Çünki bunun əksi Allahın əmrinə zidd olar.

            Hz. Mehdi (ə.s) sevgi və şəfqət insanıdır. Allahın hz. Mehdinin (ə.s) ruhunda yaratdığı güclü sevgi və şəfqətin bütün dünyaya təsir edəcəyi hədislərdə belə bildirilir:

İmami-zamanın (hz. Mehdinin (ə.s)) bərəkəti ilə insanların qəlbləri qarşılıqlı sevgi və əmin-amanlıqla dolacaq. (Bihar-ul Envar, cilt 53, s. 187; Mikyaal al-makaarem, cilt 1, s. 52) 
(Hz. Mehdi (ə.s) dövründə sevgi və mərhəmət bütün dünyaya hakim olacaqdır. (İkbal'ul-a'mal s. 507; Bihar-ul Envar, cilt 21, s. 312)

            Axırzamanda hz. Mehdinin (ə.s) qan axıdacağını deyən bəzi pis niyyətli şəxslər bəzi hədislərin çatışmamazlığından istifadə edərək, bəzi hədisləri isə şüurlu şəkildə təhrif edərək onun haqqında belə bir yalan uydurmuşlar. Axırzamanda qan axıdılacağı doğrudur, amma qanı hz. Mehdi (ə.s) yox, dəccal axıdacaqdır.  Dəccaliyyət qan deməkdir. Dəccal axırzamanda müsəlmanlara qarşı kin və nifrətini son həddə gətirəcək, müsəlman aləmi başda olmaqla bütün insanları tarixdə görünməmiş zülmə düçar edəcək. Hədislərdə peyğəmbərimiz (s.ə.v) axırzamanda yaşanan mühiti bizə belə tərif edir:                       

“...fitnələr, qarışıqlıqlar, qiyamlar çox olar, insanlar bir-birilərini öldürərlər. İnsanlar öz canlarına qəsd edərlər və yer üzünü bəlalar bürüyər. Bu çətin zamanda ... Məlun (lənətlənmiş) dəccal ... çıxar.” (İmam Şarani, Ölüm, yamet, Ahiret ve Ahir zaman alametleri, s.482)
“Dünya hərc-mərclik (cinayətlər, ölümlər, qarışıqlıq) içində qalanda, fitnələr zühur edəndə, yollar kəsiləndə, bəziləri bəzilərinə hücum edəndə...” ( yamet, ahiret ve ahir zaman alametleri, s. 454)

Allah hz. Mehdini (ə.s) tökülən qanların qarşısını almaq üçün göndərəcəkdir. Hz. Mehdi (ə.s) qan tökülməsinə qarşıdır. Hz. Mehdi (ə.s) insanları şiddətə, qarşıdurmaya aparan, bir-birlərini heyvan kimi görmələrinə səbəp olan eqoizmi, zalımlığı, mərhəmətsizliyi təlqin edən dəccaliyyətin dini olan darvinizmi və materiazimi sözün əsl mənasında susduracaq. Bunu edərkən elm və fəlsəfədən yararlanacaq, dəccaliyyəti öz silahı ilə zərərsizləşdirəcək.

Dəccaliyyətin susdurulması ilə müharibələrin, qarşıdurmaların, qəzəb və kinin yerini sevgi, şəfqət, mərhəmət, sülh, etibar, qardaşlıq və dostluq tutacaq. Hz. Mehdi (ə.s) dövründə bütün silahlar yox ediləcək, hərbi texnikaya sərf edilən vəsait elmə, sənətə, texnologiyaya və insanların xeyrinə olan digər işlərə xərclənəcəkdir. Peyğəmbərimiz (s.ə.v) hz. Mehdi (ə.s) dövründəki bu gözəlliyi bizə 1400 il əvvəl bu şəkildə xəbər vermişdir:

Düşmənçilik və kini də qaldıracaqdır ...  Qab su ilə dolduğu kimi yer üzü sülhlə dolacaqdır. Dini birlik də olacaq, artıq Allahdan başqasına ibadət olunmayacaq. Müharibələrsona çatacaq. (Sünen-i İbn-i Mace, 10/334)
Hərbçilər ağırlıqlarını (yəni silahı və s.) buraxacaq. Heç kimin arasında düşmənçilik qalmayacaq. Və bütün düşmənçiliklər, həsəd, kin yox olub gedəcəkdir. (İmam Şarani, Ölüm-yamet-ahiret ve Ahir zaman alametleri, s. 496)

 

Adnan Oktarın 18 Oktyabr 2010 tarixli Adıyaman Asu Tv reportajından

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr