İnsanların əksəriyyətinin həmişə doğru etdiyinə inanmaq nə üçün düzgün düşüncə tərzi deyil?
Bəzi insanların “çoxları edir” məntiqinə sığınmasının səbəbi nədir?
Bir insanın Quran əxlaqı əvəzinə düşünmədən və mühakimə etmədən insanların əksəriyyətinin istəyinə uyğun hərəkət etməsi, qərar verməsi nə üçün onu daima uğursuzluğa sürükləyir?
Əsrlər boyu cəmiyyətdə bəzi insanlar əksəriyyətin etdiyini doğru qəbul etmişdir. Bəzi insanları din əxlaqının tələblərini yerinə yetirməkdən çəkindirən ən böyük maneələrdən biri də budur. İnsanları yaşadıqları cəmiyyətin onlar haqqında nə deyəcəyindən, nə düşünəcəyindən asılı edən bu yanlış düşüncə tərzi din əxlaqına uyğun yaşamayan əksər insanlar tərəfindən həyat tərzi kimi mənimsənilmişdir. Nəticədə, bu insanların cəmiyyətdə əksəriyyət təşkil etməsi digər insanları da səhv istiqamətləndirmiş və onları bu kütlənin yaşadığı yanlış həyat tərzinin və qayda-qanunlarının doğru olduğuna inandırmışdır. Halbuki düşünmədən əksəriyyətlə ayaqlaşmaq şeytanın bir oyunudur və insanı dünyada və axirətdə itkiyə məruz qoyar. Quranda Allah müsəlmanlara belə əmr edir:
Onların aralarında Allahın nazil etdiyi (Kitabla) hökm ver və onların istəklərinə tabe olma. Onlardan ehtiyat et ki, Allahın sənə nazil etdiyi (hökmlərin) bəzisindən səni sapdırmasınlar. Əgər onlar üz döndərsələr, bil ki, Allah onları bəzi günahlarına görə müsibətə düçar etmək istəyir. Həqiqətən, insanların çoxu fasiqlərdir. (Maidə surəsi, 49)
Ayədən də məlum olduğu kimi, Allah insanlara haqsız çoxluğa və onların nəfslərinə uyğun qayda-qanunlarına tabe olmamağı əmr edir, Quran əxlaqına uyğun hərəkət etməyin həll yolu olduğunu bildirir. Ancaq insanların əksəriyyəti vicdanları qəbul etməsə də, özlərini çoxluğun həyat tərzi ilə ayaqlaşmağa məcbur hiss edir, bunu cəmiyyətin bir fərdi olmaq üçün labüd hesab edirlər. Halbuki əksəriyyətin nə etdiyi, nəyə inandığı, nəyi müdafiə etdiyi bir insan üçün əsla etibarlı mənbə və dəyər ölçüsü deyil.
Bəzi insanlar “çoxları edir” məntiqinə niyə sığınırlar?
İnsanların bir qismi, eynilə haqq dinin əmri kimi “madam ki, bu cəmiyyətdə yaşayırıq, cəmiyyətin həyat tərzinə və qoyduğu qaydalara tabe olmalıyıq” məntiqinə tabe olmağa özlərini məcbur hiss edirlər. Din əxlaqının həqiqi mənasını qavramamış bu insanlar dünyada Allahın əmrlərindən başqa insanların tabe olduğu bəzi qaydalar olduğuna, insanın da sosial varlıq olduğuna görə, bu qayda-qanunlara əməl etməli olduğuna inanırlar. (Qeyd etmək lazımdır ki, burada bir şəxsin, cəmiyyətin rahatlığı üçün lazımi bəzi qaydalara tabe olmasından bəhs edilir. Əgər əksəriyyət din əxlaqına uyğun yaşamırsa, bir insanın din əxlaqından uzaqlaşması, Quranda qadağan olunduğu halda, əksər insanlar içki içdiyinə, qumar oynadığına, saxtakarlıq etdiyinə görə, bunları etməyi təhlükəli görməməsi yanlışdır). Bu əxlaqa malik insanlar cəmiyyətin fərdlərini razı salmağı ən zəruri vəzifə hesab edirlər. Buna görə, cəmiyyətin “başqaları nə deyər, insanlar necə qiymət verər, nə düşünər, mənim haqqımda yaxşı desinlər, ağıllı, zəkalı desinlər, varlı desinlər, əliaçıq desinlər, mənim haqqımda belə düşünməsinlər, bunu deməsinlər, belə danışmasınlar” kimi fikirlərin içindən çıxa bilmirlər. Nəticədə isə din əxlaqına uyğun yaşamadıqları üçün əsla həqiqi xoşbəxtliyi və rahatlığı tapa bilmir və nə razı salmaq istədikləri insanları razı salır, nə də özləri razı qalırlar.
Əksəriyyət haqsız ola bilər
Əksəriyyətin mənimsədiyi həyat tərzi, saxta qayda-qanunlar və hərəkətlər insanları doğruya yönəltməz. Əksinə, Allah Quranda əksəriyyətə tabe olmağın insanı azdıran təhlükə olduğunu belə xəbər verir:
Buna görə, əksəriyyətin Quran əxlaqına zidd həyat tərzini seçməsi, insanları ələ salması, zülm etməsi, ailələrinə, hətta dövlətlərinə qarşı çıxması, Allahın haram etdiyi hərəkətləri düşünmədən etməsi cəmiyyətdə yaşayan başqa insanlara təsir etməməlidir. Bundan əlavə, bu cür insanların əksəriyyət təşkil etməsi də onların etdiyi səhvlərə haqq qazandırmır. Məsələn, bir xalqın oda, günəşə və ya ulduzlara sitayiş etməsi başqasının da eyni inancı mənimsəməsi üçün əsas deyil.
Bir xalqın içində fırıldaqçılıq, zalımlıq, oğruluq və bunun kimi əxlaqsız davranışlara səs çıxarılmasa da, bir şəxs “çoxu bunu edir” məntiqi ilə eyni hərəkətləri etməyə məcbur deyil.
Bir xalqın içində ancaq varlılara hörmət edilməsi, gözəl əxlaqlı kasıb insanların maddi gücü olmadığına görə əzilməsi digər insanların da bu düşüncə tərzini dəstəkləməsinə əsas vermir.
Əksinə, bəzi insanların vicdanları qəbul etmədiyi halda, məhz əksəriyyətin qınamasından qorxaraq bu zalım məntiqi doğru qarşılaması böyük vicdansızlıq olar. Çünki insan cəmiyyət tərəfindən qınanmaqdan, təcrid edilməkdən və ya alçaldılmaqdan qorxaraq vicdanı ilə doğru olduğunu bildiyi şeyi etməkdən çəkinməsi ağıllı hərəkət deyil. Allah Quranda müsəlmanların mühüm xüsusiyyətinin insanların qınamasından qorxmaması olduğunu belə xəbər verir:
“Əksəriyyətə tabe olmaq” məntiqi cəmiyyətə ancaq itki gətirər
Yuxarıdakı nümunələrdə qısa şəkildə bildirildiyi kimi, insanlar Allahın razı qaldığı həyat tərzindən fərqli həyatı mənimsəyiblərsə, əksəriyyətə tabe olmaq məntiqi onlara qazanc gətirməyəcək. Belə ki, əqli cəhətdən çökmüş və əxlaqi degenerasiyaya uğramış fərdlərdən ibarət cəmiyyət dünyada ciddi qarışıqlığın içinə sürüklənir. Mənfəətə əsaslanan çəkişmələr, düşmənçiliklər, qəzəb, nifrət, qısqanclıq kimi mənfi duyğu və düşüncələr insanlar arasında sürətlə yayılır. Dünya isə yaşamaq mümkün olmayan, narahatlıq və xaosun hakim olduğu yerə çevrilir. Bu, Allahın Ona şərik qoşanlara dünyada verdiyi qarşılıqdır. Axirətdə bu insanları daha pis son gözləyir. Bu son Quranda belə xəbər verilmişdir:
Onlar yer üzündə (Allahdan) yaxa qurtara bilməyəcəklər. Onların Allahdan başqa himayədarları da yoxdur. Onların əzabı qat-qat artırılar. Çünki onlar (haqqı) eşidə bilmirdilər və görmürdülər. Onlar özlərini ziyana uğradarlar. Uydurduqları (bütlər) isə onlardan qeybə çəkilib gedər. Şübhə yoxdur ki, axirətdə ən çox ziyana uğrayanlar da onlardır. (Hud surəsi, 20-22)
Müsəlmanlarn rəhbəri Qurani-kərim və Peyğəmbərimiz (s.ə.v.)- in sünnəsidir
Müsəlman əksəriyyətin səhv davrandığı mühitdə Allahın əmr etdiyi kimi vicdanla və Quran əxlaqına uyğun davranmalıdır. Buna görə, əksəriyyətin Quran əxlaqına uyğun olmayan həyat tərzini seçməsi, gündəlik həyatda buna uyğun qərar verib bu cür düşünməsi cəmiyyətdə yaşayan digər şəxslərə təsir etməməlidir.
Müsəlmanlar harada olsalar da, nə etsələr də, qəlblərində və söhbətlərində daima Allaha olan imanlarını və bağlılıqlarını əsas götürürlər. Həyatlarının məqsədi Allahın rizasını, rəhmətini və cənnətini qazanmaq olduğu üçün hər an bu məqsədə uyğun hərəkət edirlər. Hər işdə Quranda bildirildiyi kimi, Allaha təslim olurlar. Bu əxlaqlarına görə, çoxluq içində Quran əxlaqına uyğun hərəkət edən yeganə insan olsalar da, bu onları əsla zəiflətməz. Əksinə, daha diqqətli davranar və Allahın razı olmadığı davranışlardan çəkinərlər. Allahın iznilə, heç bir şərait və mühit onları gözəl əxlaqdan, Allahı və axirəti düşündürməkdən uzaqlaşdırmaz. Rəbbimiz Quranda möminlərin bu xüsusiyyətini belə bildirmişdir:
Hz. İbrahim insanların əksəriyyətinə tabe olmamış, bütün müsəlmanlara nümunə olmuşdur
Quranda hz. İbrahimin və onunla birlikdə olan möminlərin onları qınayan insanlardan çəkinməyən qətiyyətli davranışları nümunə göstərilir. “Həqiqətən, İbrahim Allaha müti, hənif bir rəhbər idi. O, müşriklərdən deyildi. (Nəhl surəsi, 120)” ayəsilə təriflənən hz. İbrahim və yanındakı möminlər insanların əksəriyyətinin bütlərə sitayiş etdiyi cəmiyyətdə yaşayırdılar. İnsanların onları qınamasına, hədə-qorxu gəlməsinə baxmayaraq, ancaq Allahdan qorxduqlarına görə, bu cəmiyyətin batil hərəkətlərinə kəskin reaksiya vermişdilər. Hz. İbrahimin bu qətiyyətinə görə, müşrik qövmü onu cəzalandırmağa qərar vermişdi. Lakin buna baxmayaraq, hz. İbrahim Allaha bağlılıqda qətiyyət göstərmişdir. Allah bu gözəl davranışına görə, onu qövmünün əziyyətindən xilas etmişdir. Bu, ayələrdə belə bildirilmişdir:
O dedi: “Siz yonub düzəltdiklərinizəmi sitayiş edirsiniz? Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”. Onlar dedilər: “Bundan ötrü bir bina tikin və onu orada odlayın!” Onlar (İbrahimə) hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik. (O dedi): “Mən Rəbbimə doğru gedirəm. O, məni doğru yola yönəldəcəkdir”. (Saffat surəsi, 95-99)
Ancaq insanların bəziləri hz. İbrahim kimi qətiyyətli ola bilmir. Qəlbləri Allahdan uzaq olduğu üçün vicdanlarını da dinləmirlər. Vicdanlarının qarşısına “insanların əksəriyyəti edir, onlar edirsə, doğrusu budur” kimi səhv məntiqlə sədd çəkir və Allahdan qafil, insanların razılığını üstün tutan, onların qınamasından çəkinən həyat yaşayırlar.