Bədiüzzaman həzrətləri ''Küfrün beli qırıldı'' deyərək, ''küfrün təsiri azaldı'' söyləməkdədir. Hz. Mehdi (ə.s) dövründə isə küfr fikirlə tamamilə sona çatacaq
ucgen

Bədiüzzaman həzrətləri ''Küfrün beli qırıldı'' deyərək, ''küfrün təsiri azaldı'' söyləməkdədir. Hz. Mehdi (ə.s) dövründə isə küfr fikirlə tamamilə sona çatacaq

689

Bədiüzzaman həzrətləri “Risaləyi-Nurda” göstərmişdir ki, dəccaliyyət və süfyaniyyət əvvəl getdikcə yayılacaq. Sonra hz. İsa (ə.s) və hz. Mehdi (ə.s)-ın fikri mübarizələri ilə bu fitnələr tamamilə sona çatacaq.

Təbiiyyun, maddiyyun fəlsəfəsindən (materializm, Darvinizmdən) yaranan Nəmrudyanə (üsyankar) bir cərəyan getdikcə axır zamanda fəlsəfəsi maddiyyun vasitəsi ilə (materialist fəlsəfə) yayılaraq qüvvətlənəcək. İlahiyyəti (Allahın varlığını) inkar edəcək bir dərəcəyə gələr. (Məktubat səh. 57)        

Təbiiyyun, maddiyyun fəlsəfəsindən yaranan cərəyan - Nəmrudyanə...

Bədiüzzaman həzrətləri üsyankar, anarxist, terrorist fəaliyyətlərin materialist və Darvinist ideologiyalardan dəstək aldığını vurğulayır.

Getdikcə axır zamanda...

Bədiüzzaman həzrətləri nə deyir? “ Məndən sonra küfr artacaq" deyir. Getdikcə sözü isə küfrün daha da şiddətlənəcəyinə işarə edir.

Fəlsəfəsi maddiyə vasitəsi ilə intişar edərək qüvvət tapıb

Demək ki, fitnələr materialist və Darvinist ideologiyalardan aldığı dəstəklə yayılacaq və qüvvət tapacaqdır. Qüvvət tapmaq nə deməkdir? Bədiüzzaman həzrətlərindən sonrakı dövrdə dinsizliyin, fitnənin, zülmlərin daha da artacağı deməkdir.

İlahiyyatı inkar edəcək bir dərəcəyə gəlir.

Bədiüzzaman həzrətlərindən sonra Darvinist, materialist ideologiyalar elə inkişaf edib, qüvvət tapacaqdır ki, Allahın açıqca inkar edildiyi bir dövr olacaqdır. Məhz davamlı artaraq inkişaf edən bu fitnəni, bu bəlanı hz. Mehdi (ə.s) dayandıracaq.

Darvinist, materialist fitnəni fikirlə tam susdurmaq hz. Mehdi (ə.s)- ın vəzifəsidir

Fənn və fəlsəfənin təsiri ilə və maddiyyun və tabiiyyun taunu (materializm, Darvinizm və ateizm xəstəliyi) bəşər aləminə intişar etməsi ilə (insanlar arasında yayılması) hər şeydən əvvəl fəlsəfəni və maddiyyun fikrini (materializm, Darvinizm və ateizm kimi Allahı inkar edən dinsiz axınları) tam susduracaq tərzdə imanı qurtarmaqdır... (Emirdağ Lahikası, səh. 259)       

Fənn və fəlsəfənin təsəllütü ilə maddiyyun və tabiiyyun taununun bəşər içinə intişar etməsi

Yəni, materialist, Darvinist və ateist ideologiyaların sözdə elmi istifadə edərək insanlar arasında sanki bir epidemiya, xəstəlik kimi yayılması.

Hər şeydən əvvəl fəlsəfəni və maddiyyun fikirini tam susduracaq tərzdə imanı qurtarmaqdır.

Deməli, hz. Mehdi (ə.s), Darvinist materialist ideologiyaları biliklə, elmlə, fikirlə tam olaraq susduracaq, yəni fikirlə aradan qaldıracaq və insanların imanına vəsilə olacaqdır.

Bədiüzzaman həzrətləri dövründə Darvinist və materialist ideologiyalar tam mənasıyla susdurulmuşdurmu?

Xeyr, susdurulmamışdır.

Ustadımız imanın yayılmasında çox qiymətli böyük xidmətlər etmiş, bu fəaliyyətləri ilə hz. Mehdi (ə.s)-a təməl hazırlamış, ancaq onun dövründə dinsiz ideologiyaların tam olaraq təsirsiz hala gətirilməsi mümkün olmamışdı. Darvinizmin və materializmin fikirlə tam məğlub edilməsi, bu vəsilə ilə insanların imanlarının xilas edilməsi hz. Mehdi (ə.s)- ın vəzifəsidir və bu vəzifəni tam yerinə yetirəcəkdir.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr