Təsadüflər Darvinistlərin guya hər şeyi edən, sanki möcüzə yaradan saxta ilahıdır. Darvinistlərin sadə dünyasına görə zaman və təsadüflər xəyali şəkildə hər şeyi meydana gətirə bilər. Bu ağılsız inanca görə təsadüflər insanların bacara bilmədiklərini bacarırlar, laboratoriyadan və elm adamlarından daha üstün məlumat, qabiliyyət və texniki imkana sahibdirlər. Darvinizmə görə təsadüflər hər şeyi mükəmməl və qüsursuz şəkildə meydana gətirən səhv etməyən mütəxəssisdir. Darvinistlərin həyata dair izahlarının arxasındakı xəyali qəhrəman hər zaman şüursuz təsadüflər olmuşdur.
Darvinistlər bunu insanlara qəbul etdirmək üçün müxtəlif üsullardan istifadə edirlər. Əlbəttə ki, heç bir ağıllı insan sürünənin tamamilə dəyişərək mükəmməl görünüşlü, süzərək uçan quşa çevrildiyinə inanmaz. İnsanları belə bir məntiqə zidd hekayəyə inandırmaq üçün bir növ sehr sistemindən istifadə etmək lazımdır. Bu səbəbdən də Darvinist yalanlar müxtəlif elmi terminləri ehtiva edən nağıl şəklində insanlara təlqin edilir. Bu nağıla görə canlı varlığın meydana gəlməsindəki hər mərhələ təsadüflərin əsəridir və təsadüflər bunu möcüzələrlə həyata keçirmişdir. Bir Darvinistdən "ilk canlı hüceyrənin necə ortaya çıxdığını" soruşsanız, alacağınız cavab "bir palçıq yığını içində möcüzəvi şəkildə öz-özünə" olacaq. Gözün necə meydana gəldiyini soruşsanız, "möcüzə" cavabını alacaqsınız. "Qanadlar necə meydana gəldi, quşlardakı mükəmməl tüklər necə meydana gəldi" desəniz, "bir gün möcüzə oldu" deyə cavab verəcəklər. Darvinistlərin ağıl və elmdən kənar izahlarında bu xəyali müddəti istiqamətləndirən heç bir şüur, heç bir ağıl yoxdur. Halbuki kainat son dərəcə həssas tarazlıqlar üzərində qurulmuşdur. Kainatda qüsursuz nizam mövcuddur. Bu nizamdakı ən kiçik yanlışlıq bütün sistemin tamamilə yox olmasına gətirib çıxara bilər. Hər bir canlı növü də son dərəcə kompleks struktura və heyrətamiz xüsusiyyətlərə malikdir. Bütün bu təfsilatların hər biri üstün güc və qüdrət sahibi bir ağılın, yəni Uca Allahın əsəridir.
Darvinist hekayələrdə isə bu mükəmməl tarazlıq və heyrətamiz komplekslik gözardı edilir. Elmi terminlərlə bəzədilən təkamül hekayəsinin içində bütün bu axmaqlıqlar sanki sehrbaz kimi daim təlqin edilir və bir çox insanın diqqətini belə cəlb etmir.
Teoloq R. C. Sproul bu mövzu ilə əlaqədar bunları söyləmişdir:
Elm adamları təsadüfə güc verdiklərində fizikanın sahəsini sehrə tərk etmiş olurlar. (Darvinistlərə görə) Təsadüf yalnız dovşanları deyil, bütün kainatın heçdən meydana gəlməsini təmin edən sehrli dəyənəkdir.
Darvinistlər bunu nə qədər təlqin etməyə çalışsalar da, əslində möcüzə bəxş etdikləri güc ağılsız, şüursuz təsadüflərdir. Təsadüflər arxasında heç bir şüurlu faktor olmadan, heç bir ağıllı, istiqamətləndirici, hazırlayıcı güc olmadan meydana gələn hadisələrdir. Təsadüfi baş verən bir hadisənin yoxlama-yanılma ilə ən doğrusunu tapa bilməsi, gələcəkdə meydana gələcək hadisələri təxmin edib buna görə tədbir alması, bir orqanın nəyə bənzəyəcəyini əvvəlcədən hazırlaya bilməsi, fədakarlıq etməsi, vəfa və sevgi göstərməsi şübhəsiz ki, mümkün deyil. Bir iynəni belə meydana gətirə bilməyən xəyali bir gücün, dünyadakı möhtəşəm canlı müxtəlifliyini meydana gətirdiyini iddia etmək ağıla, məntiqə və elmə ziddir.
Burada "bir iynəni belə meydana gətirə bilməz" ifadəsi Darvinist iddialara cavab olaraq və bu iddiaların qeyri-mümkünlüyünü vurğulamaq üçün istifadə edilmişdir. Əslində təsadüflərin nə isə "meydana gətirdiyini" iddia etmək çox böyük məntiqsizliyə və ağılsızlığa işarə edir. Lakin Darvinistlər bu məntiqi istifadə edərək bütün dünyanı aldada bilmişlər. Darvinistlərin qəribə məntiqlərinə görə kifayət qədər vaxt verildikdə təsadüflərin etməyəcəyi şey yoxdur.
Nobel mükafatı alan təkamülçü bioloq Corc Valdın aşağıdakı sözləri Darvinistlərin təsadüf + zaman düsturuna sehrli düstur kimi inandıqlarını açıqca ifadə edir:
“Yalnız gözləmək lazımdır: Zaman möcüzələr yaradır. Çox vaxt verildikdə qeyri-mümkün olan mümkün, mümkün ola biləcək virtual olaraq qəti hala gəlir.”
Əlbəttə, bütün bu məntiqsiz izahların məqsədi Darvinistlərin canlılığın meydana gəlməsinə istədikləri kimi, yaradılışdan başqa bir izah gətirə bilmək səyidir. Şübhəsiz ki, zamanla təsadüflərin bir yerə gəlib, bir palçıq yığınından çiçəklər, pişiklər, balıqlar, quşlar, sürünənlər, insanlar meydana gətirdiyinin qəbuledilməz olduğunu Darvinistlər də bilirlər. Lakin onlar doğrunu qəbul etmək yerinə, məntiqsiz olanı məntiqli göstərməyə çalışırlar.
Göründüyü kimi, Darvinistlərin bütün izahları aldanışa əsaslanır. Darvinistlərin bəzəkli sözlərini, latınca təriflərini, qəliz elmi sözlərini çıxartsaq geridə "bütün canlılıq təsadüfi hadisələr nəticəsində, şüursuzca, təsadüflərin bir yerə gəlməsi ilə, heç bir şüurlu müdaxilə olmadan təsadüfən meydana gəldi" aldatmacası qalır. Darvinistlərin insanları inandırmağa çalışdığı aldatmaca əslində budur.
Müasir dövrümüzün ən məşhur Darvinistlərindən biri olan ateist təkamülçü bioloq Richard Davkinsin aşağıdakı sözləri Darvinist məntiqin nə qədər yanlış olduğunu görmək üçün kifayətdir:
... Heyvanlar tələsik və keçmişdən yamaqlanaraq gələn, kobud, gülünc canavarlar olmalı idilər. Lakin ovlanan çitanın son dərəcə zərif hərəkətlərini, dağ keçisinin aerodinamik gözəlliyini və ya yarpaq görünüşlü həşəratın (kamuflaj yolu ilə etdiyi) göz yanıldıcı detallarına istiqamətləndirdiyimiz diqqətimizi necə əlaqələndirə bilərik?
Allah dəccalı elə böyük bir tələyə salmışdır ki, dəccal tərəfdarları istədikləri kimi Allaha qarşı mübarizə aparmaq üçün "təsadüf" kimi məntiqsiz, ağılsız və ibtidai məktəb şagirdlərini belə güldürəcək nağıla sığınmaq məcburiyyətində qalmışlar. Təsadüf elə azğın və ağılsız bir iddiadır ki, həşəratların üstün qabiliyyətlərini istifadə edərək texnoloji alətlər meydana gətirdiyini iddia etmək belə bunun yanında daha məntiqli olar. Lakin dəccalın sehri bir qisim insanları bu axmaqlığa inandırmış və məktəblərdə tədris ediləcək səviyyəyə çatdırmışdır. Ancaq insanlar təsadüflərin məntiqsiz şəkildə ilahlaşdırıldığını və onlara bir yaradıcı xüsusiyyəti verildiyini (Allahı tənzih edirik) görüb anladıqca dəccalın axırzamandakı ən böyük oyunu olan Darvinizm yazıq vəziyyətə düşür.
Allah ayələrində belə buyurur:
İndi soruş: onları yaratmaq çətindir, yoxsa Bizim (başqa) yaratdıqlarımızı?
Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq.
Bəli, sən onlara (müşriklərin Allahın qüdrət əlamətlərini gördükləri halda qiyamətə inanmamalarına) təəccüblənirsən, onlar isə (sənin bu inamına) istehza edirlər
Onlara (Quranla Allahın dəlilləri ilə) öyüd-nəsihət verildikdə düşünüb ibrət almazlar.
Bir möcüzə gördükdə isə ona istehza edərlər.
Və belə deyərlər: “Bu ancaq açıq-aşkar bir sehrdir.
Məgər biz öldükdən, torpaq və sürsümük olduqdan sonra dirildiləcəyikmi?!
Eləcə də (bizdən) əvvəlki atalarımız (dirildiləcəklərmi)?!”
De: “Bəli, özü də zəlil (xar) olaraq (dirildiləcəksiniz). (Saffat surəsi, 11-18)