Təxminən bir əsr yarımdır darvinist və materialist təlqinlərin təzyiqi altındakı Avropa xalqı, Yaradılış Atlasının Avropada paylanması ilə ilk dəfə gerçəkləri açıqca görmə imkanı tapdı. Təkamül nəzəriyyəsinin elmi bir dəyəri olmadığını, ideoloji qayğılarla gündəmdə tutulduğunu gözlər önünə sərən bu əsər, Avropa xalqında ciddi inanc dəyişikliyinə səbəb oldu. Fərqli ölkələrdə aparılan anketlər, darvinizmə inananların sayında əhəmiyyətli azalma olduğunu ortaya qoyarkən, Avropada artıq yaradılış inancının hakim olduğunu göstərdi.
FRANSA / Science Actualités / 16 fevral 2007
Fransız elm saytında aparılan anket, xalqın artıq təkamülə inanmadığını ortaya qoydu.
Fransız “Science Actualités” saytı, Fransada “Yaradılış Atlası”nın paylanmasından sonra meydana gələn böyük təsirin ardından, anket təşkil etmişdir. Bu anketin nəticələrinə görə Fransada darvinizmin yerlə bir olduğu aydın olmuşdur. “Təkamül mövzusundakı düşüncələriniz” başlıqlı anket nəticələrinə görə, xalqın 92%-nin təkamülə inanmadığı ortaya çıxmışdır.
ALMANİYA / Die Welt / 17 aprel 2008
Darvinizm Almaniyada da yerlə bir oldu. Almaniya: “Canlılığı Allah yaratdı” -deyir.
Almaniyanın ən əhəmiyyətli yayım orqanlarından olan “Die Welt” qəzetinin internet saytında, yaradılış mövzusunda anket təşkil edildi. Anketdə soruşulan “Sizə görə həyat necə meydana gəldi?” sualına iştirakçıların 86%-i “Allah yaratdı” şəklində cavab verdi.
DANİMARKA / Ekstra Bladet / 29 iyun 2007
Danimarka xalqı artıq təkamülə inanmır.
Danimarkanın yüksək tirajlı gündəlik nəşrlərindən “Ekstra Bladet” qəzetinin internet saytında yer verdiyi anket nəticələrinə görə, “Danimarkalılar artıq təkamülə inanmır”. Anketdəki “İnsanların meymundan gəldiyini düşünürsünüzmü?” sualına, Danimarka xalqının 88%-i “Xeyr” cavabını vermişdir.
ALMANİYA / Süddeutsche Zeitung / 8 iyul 2007
Almaniyada aparılan anketə görə xalq təkamülə inanmır: “Təkamülmü, xeyr təşəkkürlər” -deyir.
Almaniyanın ən böyük qəzetlərindən “Süddeutsche Zeitung”un internet saytında, təkamülün reallaşıb reallaşmadığı ilə əlaqədar təşkil edilən anketə görə, insanın bir Yaradıcının əsəri olduğuna inananların nisbəti 87% çıxmışdır.
İSVEÇRƏ / Blick / 4 may 2007
İsveçrədə anket nəticəsinə görə, xalq: “Yaradılış tədris olunsun” -deyir.
İsveçrənin məşhur qəzetlərindən “Blick”in internet saytında təşkil edilən anketdə, yaradılışa inananların nisbəti 85% çıxmışdır.